başlığı paylaş
başlıq içində axtar
şəkillər
zamin hacı


  1. yeni müsavat qəzetinin köşə yazarı. yazılarındakı istehzalara söz ola bilməz.

( cc21 , 10 il əvvəl yazıb )
elapis #77 şikayət kimzaman tuneli paylaş
  1. yazılarında siyasi arenadakı kişilərə əkə deyə müraciət edən yazar: siyavuş əkə, ziya əkə və s.

( atay , 9 il əvvəl yazıb )
elapis #1959 şikayət kimzaman tuneli paylaş
  1. bir zamanlar hökümət əleyhinə yazdığı yazılara görə evinin girişində qaz balonuyla döyülən yazıçı publisist

elapis #10325 şikayət kimzaman tuneli paylaş
  1. 1973-cü ildə füzuli rayonunda anadan olub. sərbəst jurnalist olduğun oxumuşam amma hal-hazırda deyəsən elə yeni müsavat-da yazır.
    yazılarını təzə-təzə oxumağa başlamışam həqiqətən də sözü harda necə deyəcəyini yaxşı bilir. demək olar bütün yazıları "yeni müsavat" qəzetinin saytında yerləşdirib. yazıları günlük çıxır yəni öz peşəsinə önəm verir. yazılarını oxuduğunuz zaman yazılarındakı satiraya "gülməmək" mümkün deyil. kaş ki hər jurnalist bu qədər mənali və yerində yazılar yaza bilə. bircə yazılarında olanı da karikatura kimi çəkib yazılarıyla bərabər qoya bilsə super olar.

elapis #17985 şikayət kimzaman tuneli paylaş
  1. bu günkü yazısında adam sayılmaq səadətindən yazan köşə yazarı:

    ay camaat, gözünüz aydın olsun, hakimiyyət bizi saymağa başlayıbdır. böyük hörmətdir. bu diqqət və qayğıya görə yeni azərbaycan partiyasına, leonid iliç brejnev yoldaşa, prodüser tolikə və argentinanın futbol üzrə milli komandasının baş məşqçisi dieqo armando maradonaya öz minnətdarlığımı bildirirəm.
    əlbəttə, maradonanın bura nə dəxli olduğunu düşünməkdə sərbəstsiniz, hamısı həyəcan və riqqətə görədir, heç özüm də bilmirəm nə yazıram.
    həqiqətən valehedici əhvalatdır. şəxsən məni srağagün axşamüstü, saat 18.15 radələrində sayıblar. belə tarixi hadisəni dəqiqliklə qeydə almışam, onunçün yadımdadır. əgər sizi hələ saymayıblarsa heç narahat olmağa dəyməz. tezliklə növbə sizə də çatar. çünki məmə deyəndən pəpə yeyənə qədər, hər kəs sayılacaq. məni saymaq üçün hökumətin göndərdiyi ağsaqqal elə bu cür də söylədi: bir ayağı burda olan beş dəqiqəlik körpədən tutmuş, bir ayağı gorda olan qocalara qədər hər kəsi saymaq tapşırığı almışıq . gördünüzmü? hələ bu cür kütləvi, elliklə gələn hörmətlə üzləşməmişdik.
    bəli, ağsaqqal kamali-ədəblə qapımızı döydü, əlində də bir topa vərəq. vərəqin içində də cürbəcür hörmətli-izzətli suallar həkk olunubdur. evin böyüyü kimdir, neçə uşağımız var, haçan, hansı şəraitdə arvadağa ilə tanış olmuşuq, toyumuzun keçirildiyi şadlıq sarayının və hazırda yaşadığımız mənzilin kvadratmetri nə qədərdir, çəpişdən-quzudan nəyimiz var, iş yeri evdən neçə kilometr uzaqdadır və sairə. sonuncu sual məni lap təsirləndirdi. gör hökumət necə qayğıkeşdir, narahat olur ki, mən işə gedərkən birdən əziyyət çəkərəm. öl də, zamin, niyə yaşayırsan?!
    birinci sualda da müəyyən narahatlıq oldu, ancaq arvad mübahisə zəminində böyrümə dürtmə ilişdirəndən sonra ağsaqqal sayıcı başa düşdü ki, evin böyüyü kimdir. yəni mənəm. (doğrusu, hələ də anlamıram evin böyüyünün kim olmağı hökumətin nəyinə lazımdır. yəqin, ailələrdə mehribançılığı artırmaq üçün bu sual qoyulub).
    xülasə, ağsaqqal bir çox sualları verdi, bir çox sualları isə vermədi, mənim əvəzimdən özü qrafaları doldurdu. mən bu sayma vərəqələri ilə tanış oldum, gördüm ki, orada 8-ci bənddə milliyətiniz (özü tərəfindən müəyyən edilir) , 9-cu bənddə isə ana diliniz (göstərin) yazılıbdır. ağsaqqal hər iki bəndə mənim yerimə uyğun olaraq azərbaycanlı və azərbaycan dili yazıb qoymuşdu. doğrusu, buna görə bir az narahat oldum, ancaq ağsaqqal bildirdi ki, hökumətin tapşırığı belədir. mən ona sual etdim ki, əgər qrafaya ləzgi, talış, rus, kürd, udin və sairə yazdırmaq mümkündürsə - o, bunun mümkünlüyünü söylədi - niyə türk və türk dili yazdırmaq da mümkün olmasın? ağsaqqal çiynini çəkdi, göstərişə əməl elədiyini söylədi. mən də çox üstünü vurmadım - 20 ildə səni ilk dəfə adam sayıblar, gərək qanqaraçılıq salmayasan. hörmət hörmətə bağlıdır.
    əslində mənim heç milliyətimi və dilimi türk kimi göstərmək fikrim yox idi. o qrafalara marsiançik yazdırmaq istəyirdim. tam səmimi deyirəm. azərbaycanda, bu qədər müdrik, dözümlü xalqın içində bir dənə də marsiançikin yaşamasının nəyi pis olardı? əksinə, etnik zənginliyimizin, nə bilim, tolerantlığımızın daha bir örnəyi kimi qərbdən gələnlərin gözünə soxardıq. üstəlik, axı özümü bu ölkədə marsiançik kimi hiss edirəm! sənəddə yazılan kimi: özüm tərəfindən müəyyən etmişəm . eybi yox, bu hələ başlanğıcdır, yəqin, bizi indən sonra tez-tez sayacaqlar. fürsət olar, marsiançikliyimizi də təsdiq edərik.
    ağsaqqal sağollaşanda mənə dedi ki, bir dəfə də gəlibmiş, bizi evdə tapmayıb. siz çalışın apreldə evinizdə olun, yoxsa saymazlar.
    həmişə sayılanlardan olasınız.

elapis #18434 şikayət kimzaman tuneli paylaş
  1. telekanalizasiya, televizorumuzun yaraşığı (ümummilli lider haqqında) kimi söz və ifadələri müasir azərbaycan dilinə qazandıran şəxsdir. müddətli həqiqi hərbi xidməti murov dağında keçmişdir. lazım və lazımın gəlməsi haqqında publisit yazı da yazmışdır. murovda hərbi xidmət keçməsi, vətənpərvər ziyalıları zamin hacının vətənpərvər olduğuna inandırmamış, qarabağı azad etmək istəyən təşkilatın fəalları tərəfindən döyülmüşdür. bu hadisə ilə əlaqədar araşdırma aparan müstəntiq lazım gəlsə cinayətkarları tapacaqdır.

( hazirun , 9 il əvvəl yazıb )
elapis #18448 şikayət kimzaman tuneli paylaş
  1. "yeni müsavat" qəzetinin 15.04.2009 tarixli sayına yazdığı köşənin girişi möhtəşəmdi.

    "tam səmimi sözlərimdir: abş-ın ölkəmizdəki səfiri xanım enn dersiyə böyük hörmət bəsləyirəm. birincisi, hörmət hörmətə bağlıdır, xanım enn isə mənim dilimdə danışmağa cəhdlər göstərmiş, bununla da xalqıma hörmətini izhar etmişdir. ikincisi, o, bir qadındır, mən isə ya zəlzələdən, ya vəlvələdən şərqdə doğulmuşam, burada tarixən qadına izzət və ehtiram qayda olubdur. elə yalnız mərhum heydər əliyevin 2001-ci ildə 8 mart beynəlxalq qadınlar günü münasibətiylə söylədiyi kəlamı xatırlasaq yetər: qadın da insandır . necə gözəl sözlərdir..."

    ...və eyni qəzetə yazdığı 17.04.2009 tarixli yazıdan çox güldüyüm bir bölüm..

    "azərbaycanda nə öz adına, mahiyyətinə uyğundur? heç nə. dükandan qatıq alırsan, içindən su qatılmış əhəng məhlulu çıxır. gənəgərçək yağı kərə yağı, sellülozla pambığın qarışığı kolbasa, 60 yaşlı hindistan camışının əti mələməmiş quzu əti adıyla satılır."

elapis #18800 şikayət kimzaman tuneli paylaş
  1. 1998-ci ildə yazdığı ac əsgərlər və kök generallar ordusu yazısının hesabına məşhurlaşdığını düşünən jurnalist.
    məhz o yazı hesabına da əsgərliyə getdiyini söyləyir.

    http://www.azadliq.org/content...le/1770205.html

( cc21 , 8 il əvvəl yazıb )
elapis #20993 şikayət kimzaman tuneli paylaş
  1. bu gün nəqliyyat naziri ziya məmmədova yazdığı məktubla bakıdakı tıxac problemini çözmüş adam. *

    http://www.musavat.com/new/yaz...%8f_m%c6%8fktub

elapis #31881 şikayət kimzaman tuneli paylaş
  1. menimde beyendiyim yazardi.ancaq zaman zaman ifrata varir ve ateist oldugu bezi yazilarinda ozunu biruze verir

elapis #31889 şikayət kimzaman tuneli paylaş
  1. yeganə yazarlardandır ki, heç vaxt söz ehtiyatı tükənmir.

( mistika , 5 il əvvəl yazıb )
elapis #33316 şikayət kimzaman tuneli paylaş
  1. kapitanı oyun danışan, oyun satan komandanın ən yaxşı futbolçusu.

elapis #34420 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "zamin hacı" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın