yazmaganicktapmadimbunuyazdim - Zaman Tuneli
yazmaganicktapmadimbunuyazdim (#12284) 9 il əvvəl
azərbaycanda hostinq problemi
amerikadan uptime göstəricisi 99,9% olan hosting almaqla həll edilə bilinəcək problem..
yazmaganicktapmadimbunuyazdim (#12282) 9 il əvvəl
said nursi
çox şey bildiyini zənn edən cahil adam..
dolayısyla bir gün həbsdə ikən ( vor v zakone olub vaxtıykən :p ) həpsin pəncərəsindən baxıb ki çöldə azyaşlı qızlar bir biriləri ilə oyun oynayırlarmış və onların bu səbəbdən və ya buna bənzər ( başlarında çadra olmadığı üçün ) səbəblərdən cəhənnəmdə yanacağını düşünübmüş.. halbuki kişi və qadının hər ikisinin də ortaq haqqlarının olduqları barəsində düşünməmiş şəxsiyyət. yəqin onun dövründə amerika, alman vəs. fəlsəfələri haqda anlayış yox imiş onun yaşadığı ərazilərdə..
təriqət başçısı adlandırsaq daha düzü olar..
yazmaganicktapmadimbunuyazdim (#11894) 9 il əvvəl
səməd vurğun
elmlər akademiyasının ilk rəhbəri olub deyən. səhv etmirəmsə.. hə hə elə olub.. o vaxtı elə imiş bir iki dənə şer yazırdın, soveti tərifləyirdin rəhbər qoyurdular səni harasa.. nəsə elə bir şey.. amma şerləri doğrudan da yaxşıdır. heyif ki şeirlərində səmimiyyət tuta bilmirəm , xarakteri gözümün qabağında canlanır...
yazmaganicktapmadimbunuyazdim (#11892) 9 il əvvəl
qurtarın bu boş boş söhbətləri
təfərrüatı üçün :
bu lüğət sərbəst olduğuna görə hər kəs sandığı açıb pambığı ortaya tökə bilər
və hər kəsin daxilində nə varsa onu xaricindəkilərlə paylaşa bilər
isti zir zibil olan zir zibil paylayacaq
ici elm-məntiq-ağıl vəs. ilə dolub daşan aydınlanmış insan isə nəsə yararlı bir şey paylayacaq
yəni bu başlıqdakı söz birinci qrupdakı adamlara şamil olunur.

xülasə müxtəsər :
lüğətdə ağzına gələn gic gic şeyləri yazan xxx yazarlara deyiləsi bir cümlə..
yazmaganicktapmadimbunuyazdim (#11441) 9 il əvvəl
beş on daağa diyan soora gedərsən
bakının bəzi kəndlərində bu tip cümlələrin eşidilməsi faktı doğrudur. nəinki bakının kəndlərində hətta bakının göbəyində o cümlədən televiziya kanalında eşidilməsi mümkün olan söz. bu ləhcə nəsə suyu şirin ləhcə kimi gəlir
(bax: alternativ meyxana qafiyələri).
yazmaganicktapmadimbunuyazdim (#11439) 9 il əvvəl
saveti yıxan
köhnə kişilərin sözüdü, soveti yıxan - filan şey oluv - deyirlər. amma ən çox yayılmışı soveti yıxan neftin ucuzlaşması olub. ən güclü təsirlərdən biri neftin ucuzlaşması ilə yanaşı o dövrdə artıq bu sistemin istismar xarakteri daşıdığının bir çoxları tərəfindən örənilməsi olub. bir söznən soveti yıxan amerika olub - deyilənə görə.
yazmaganicktapmadimbunuyazdim (#11437) 9 il əvvəl
azərbaycan ordusunda dedovşina halları
sovetn dövründə bəlkə də süni halda yaradılmış dedovşina hadisəsi.. rəsmi olaraq sovetdən çıxdığımızı şüur olaraq isə nə avropaya nə də sovetə aid olduğumuzu göstərən fakt.
(bax: kişinin başına iş gələr).
yazmaganicktapmadimbunuyazdim (#11429) 9 il əvvəl
azərbaycan neftinin bitməsi
azərbycanın ağ günə çıxacağına əlamətdir.
yazmaganicktapmadimbunuyazdim (#11352) 9 il əvvəl
alternativ ata və pornoya baxan uşaq dialoqları
uşağın pornoya baxmağındansa yeniyetmənin pornoya baxması ideyası ətrafında ola biləcək alternativ söz-söhbətlər
(bax: nolubun ala )
(bax: neynirsüz ala siz).
yazmaganicktapmadimbunuyazdim (#11347) 9 il əvvəl
boynuna allah sözü yazılmış talisman taxan qızlar
bunların bir neçə versiyaları olur.. çox adam ölkədə müsəlman olduğu üçün mən də müsəlmanam ! demək istəyə bilən versiyası ən çox yayılmışıdır. çox adam özünü müasir hesab etdiyi və bir çox şeylərdə sərbəst olduğunu düşünür ( haqları var bunu düşünməyə, tətbiq etməyə ) həmən bu ilk versiyaya uyğun gələnlər yenə burada mən də sərbəstəm ! deyərək bu ikinci versiyaya da uyğun gəlir.. yəni boynunda allah sözü yazılmış talisman olanlardan bir hissəsi dar cins, mini yubka vəs. kimi geyimləri geyərək özlərini sərbəst apara bilirlər. o cümlədən makyajdan da istifadə edən tipləri də olur ki bu onlar haqqında ümumi təəssüratların yaranmasına səbəb olur.. yəni bu tip qızlar olur
bəzi məlumatlara görə bu tip qızların ataları yaxın dostları ilə 100-100 vuraraq sağlıq deyərkən mollalar kimi amin, inşallah vəs. kimi sözlərlə öz nitqlərini sonlayırlar. (bax: tost).
yazmaganicktapmadimbunuyazdim (#11215) 9 il əvvəl
heç olacaq işmi əşşi
gözəl dilimizdə - belə də iş olar?! şəklində deyilməsi vacib! olan bir cümlə. digər bu tip cümlələr də var ki eroziyaya uğrayıblar..
yazmaganicktapmadimbunuyazdim (#11213) 9 il əvvəl
şəkil çəkən telefon
kapitalizmdə rəqabət halında olan firmaların məcbur olaraq bazara təqdim elədikləri məhsul. belə ki, 2 şirkət hər ikisi də zəng qəbul edib zəng edə bilən telefon istehsalı ilə rəqabət apara bilmədilər. həmən bu 2 firmadan 1-i götürdü telefonun arxasına bir dənə də kamera qoydu. 1-cisi oldu telefon . 2-cisi oldu şəkil çəkən telefon. rəqabətdə 2-cisinə üstünlük verən bazar iştirakçıları çoxluq təşkil etdi..
yazmaganicktapmadimbunuyazdim (#11211) 9 il əvvəl
yola vermək
bir kəsə vəya bir hadisəyə qarşı etinasız qalmaq.. vaxt ayırmamaq, maraqlanmamaq mənalarında da işlənə bilinən birləşmə..
yazmaganicktapmadimbunuyazdim (#10889) 9 il əvvəl
mazoxist
bu anlayış əslində psixologiyada bir kateqoriyadır, səbəblərindən biri kimi də , digər hər hansı bir insan bir insanı əsəbləşdirirsə və əsəbləşən insan onu əsəbləşdirənə adekvar cavab verə və ya zərbə endirə bilmirsə bu zaman insan bunu öz özünə əzab verməklə işi həll edir...
yazmaganicktapmadimbunuyazdim (#12306) 9 il əvvəl
türk dostların sözlükdən getməsi
xoş gəlib xoş getdilər
yolçu yolunda gərəkdir
məncə türk dostarımızın yaza biləcələi yazılar türkiyede tanınan ve fealiyet gösteren lüğetlerde daha münasibdir
yani sayın türk dostlarımız bu azerice sözlük olduğu için tüm kelimelerin azerice olması daha güzel olmaz mı sizce? türkiye türklerine ve türkçeye çok büyük saygılarımla .. umarım yanlış anlaşılmaz.
yazmaganicktapmadimbunuyazdim (#12283) 9 il əvvəl
qadınların kişilərdən gözlədikləri
estetik qaş , göz , normal fiziki tip və ən əsası normal və normaldan daha yüksək düşünmə , idarə etmə qabiliyyəti vəssalam. məncə bizdən marsa uçmağımızı istəməzlər ( halbu ki onu da edə bilərik )
(bax: bizdə hər zövqə uyğun məhsul var).
yazmaganicktapmadimbunuyazdim (#12280) 9 il əvvəl
tanri inam din
elə bir şey yoxdur. amma həmçinin ola bilər də.
varlığını sübut etmək praktiki olaraq mümkün deyil. çünki o varlıqdan kənardadır. varlıq kateqoriasına aid deyil. maddə deyil.
yoxluğunu sübut etmək isə maddi baxımdan çox asanddır.
lakin varlığı məntiqi, fəlsəfi baxımdan izah edilə bilər
dolayısıya sübutə ehtiyacı yoxdur desək daha dogrusu olar..
yazmaganicktapmadimbunuyazdim (#11893) 9 il əvvəl
okan bayülgen
bir şovmen olaraq çox ağıllı və dünyagörüşü bol olan adam
murad dadaşovdan fərqli olaraq tamaşaçılara nəsə sırımağa çalışmayan adam
çoxlu kitap oxuduğu, şəkil çəkməklə əlaqəsi olduğu və bir də (bax: anarxist) tipi olduğu üçün hörmət bəslədiyim gözəl insan
bəzən bu insan bu qədər işi görməyə bu qədər vaxtı hardan tapır dedirdən adam
diskokralı olan adam.
yazmaganicktapmadimbunuyazdim (#11891) 9 il əvvəl
amcığa vajina deyən taxta zehniyyət
yeri gələndə hər hansı bir sözü mədəni formasında işlətməyə çalışan tərbiyəl insan.
bunun əksi üçün (bax: uzunqulağa eşşək deyən çürümüş təfəkkür)
əgər varsa buna da baxa bilərsiniz : (bax: qurtarın bu boş boş söhbətləri).
yazmaganicktapmadimbunuyazdim (#11440) 9 il əvvəl
döyüş alnınızda yazılıb
yəni siz döyüşün, əlləşin , vuruşun biz rahat isti ofisimizdə oturaq işimizi görək. yəni biz kapitalist`ik siz isə kapitalist deyilsiniz sözünə də yozula bilənsöz.
(bax: torbada pişik var).
yazmaganicktapmadimbunuyazdim (#11438) 9 il əvvəl
bura azərbaycandır
bura azərbaycandır - əslində bizim şüurumuz hələ homospiensinkindən çox da inkişaf etməyib demək istəyənlərin işlətdikləri sözdür. bir dəfə briliant dadaşova xanım bu sözü işlətmişdi və mən bunu azərbaycan üçün biabırçılıq hesab etmişdim...
yazmaganicktapmadimbunuyazdim (#11432) 9 il əvvəl
liftdə siqaret çəkən xxx
liftdə siqaret çəkən xxx - buradaki 3x sözlük formatına uyğun olmayan sözlər olduğu üçün yazmadım , yəqin özünüz başa düşürsünüz o sözlər hansı növ sözlər olduğunu . liftə minərkən birdən hiss edirsənki dəhşət boğucu şəkildə siqaret iyi gəlir.. sonra siqareti düşüncəsizcəsinə liftdə yandırmış qonşunu yada qonşuya qonaq gəlmiş qohumu yaxşı tərifliyirsən.. və bu bir deyil bir neçə dəfə baş verir. liftə " burada siqaret çəkmək olmaz" yazmaqla da məsələ həll olunmur.. bir müddət sonrabu sadist hərəkətin səbəbkarını öyrənirsən və onsuz da bundan başqa hansı xxx bunu edə bilərdi axı deyə fikirləşirsən.. əgər qanacağı olsa idi belə bir şey etməzdi , əgər belə bir şey edirsə ona deməklə yenə də öz bildiyini edəcək.
bu hərəkəti edənlərin bir qismi bunları da elədilər :
(bax: metroda siqaret çəkmək)
(bax: avtobusda siqaret çəkmək)
(bax: fişəng zavodunda siqaret çəkmək)
(bax: dənizdə siqaret çəkmək)
(bax: hamının gözü qarşısında yerə tüpürmək).
yazmaganicktapmadimbunuyazdim (#11427) 9 il əvvəl
tofiq bəhərçi
corafiya elmləri professoru.. qəribə və müəmmalı hərəkətləri ilə tanınır.
əfsanəyə görə bir dəfə saqqız çeynəyən bir tələbəni təhqir etmək üçün ona gəlib " o saqqızı ayağımın baş barmağı ilə ağzından çıxardaram " deyibmiş. bu patokda bir neçə saniyəlik sükutun yaranmsına səbəb olub. saqqız və telefon gözünün düşmanıdır. gözünün dostunun pul olması haqqında gerçəyə yaxın şaiələr gəzir.
bir qrup tələbələr arasında tofiq zəhərçi adı ilə də nüfuz qazanıb. buna səbəb kimi bir müddət bundan öncə öz kitabların tələbələrə 10 manatdan sırımağa çalışması olub.. tələbələr kitabı alıb lakin pulunu verməyib. və tofiq bəhərçi dönüb olub tofiq zəhərçi
amma bütün bu məlumatlara baxmayaraq əsl elm-təhsil-tərbiyə adamıdır. halal olsun.
yazmaganicktapmadimbunuyazdim (#11349) 9 il əvvəl
gözəllik
gözəllik hər kəsə görə fərqli olan bir şeydir.. yəni insan üçün gözəllik dedikdə əlbətdə ilk növbədə ağla qadın gözəlliyi və ya kişinin yaraşığı gəlir.. lakin qurbağa üçün gözəllik nədir deyə soruşulanda qurbağanın verdiyi cavaba görə yaşıl və incə beli olan əks cinsin nümayəndəsi olan başqa bir qurbağa ` cavabı alınır. yəni gözəllik konkret bir şey deyil, münasibətə və baxış tərzinə görə fərqlənə bilər. beləki sənə gözəl görünən başqasına gözəl görünməyə bilər. və ya sənin gözəl olduğunu düşünmədiyin birisini başqası gözəl olaraq dərk edə bilər..
yazmaganicktapmadimbunuyazdim (#11216) 9 il əvvəl
türk litseyləri
təhsilin mahiyyəti insanı onu əhatə edən çevrə haqqında məlumatlandırmaq, ona çevrəyə təsir etmək bacarığı qazandırmaq ( yaxşı mənada ) və xoşbəxt olması üçün dünyəvi ( dünyada yaşayırıq axı ! ) məlumatlarla zənginləşdirməkdir. lakin türk liseylərində sanki hər bir şagird müəyyən məqsəd üçün , kiminsə qayəsi, xəyalı üçün yetişdirilir. bu da onlar haqqında xalqda olan təəssüratlardır.

bunların da məsələyə aidiyyatı ola bilər. olmaya da bilər :
(bax: bürc fm)
(bax: xəzər tv)
(bax: nil mağazaları)
(bax: fətullah gülən)
(bax: konservatizm)
(bax: od olmayan yerdən tüstü çıxmaz).
yazmaganicktapmadimbunuyazdim (#11214) 9 il əvvəl
allahı isbat metodları
yazmaganicktapmadimbunuyazdim (#11212) 9 il əvvəl
öz aramızdan qız tapmaq
əgər dünya maliyyə böhranı və qlobal istiləşmə ilə əlaqədar olaraq heç harda qız tapılmasa ( qızı niyə axtarırsan ki ? ) ən son tətbiq edilə bilinəcək ideya..
yazmaganicktapmadimbunuyazdim (#10890) 9 il əvvəl
öz aramızdı
pis yaxşı düz əyri çox ya az vəs. hamısı. bu meydan bu şeytan . öz aramızdı halal olsun ...
yazmaganicktapmadimbunuyazdim (#10888) 9 il əvvəl
sistemə üsyan etmək
hər şey ego ilə bağlıdır.. əgər mövcud sistem sizi və sizin ego nuzu qane etmirsə burada təbii olarak sistemə etiraz ehtiyacı yaranır.
(bax: fuck the system ).