başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. öz aramızda yazarlarının yazı yazarkən diqqət etməli olduğu nünslardır.

    1- yazı başlığı izah etməlidir... sadəcə bir fikir deyil, məlumat tərkibli olmalıdır.
    ilk yazı əgər yönləndirmə məqsədli deyilsə, sadəcə "bax"dan ibarət olmaz.

    *  "zordur", "əladır" , "bombadır" kimi qısa sadəcə şəxsi görüşdən ibarət ya da "dünən gördüm", "bizim məhəllədə var" kimi yazılar yazılmamalıdır.

    * sadəcə yazarı maraqlandıran subyektiv yazılar silinir.

    2. yazı yazrkən msn-də chat-da  söhbəta zamanı smiley :) kimi lazımsız, şit şeylərdən istifadə etmək olmaz.

    * "ş" yerinə "$", "v" yerinə "w" veya "ç" yerinə "ch" kimi işarələrin istifadəsi qadağandır.

    3. yazı qrammatikaya uyğun yazılmalıdır. içərisində səhv kəlimələr olan yazı silinə bilər.

    * nöqtə, vergül kimi işarələrdən sonra bir boşluq qoyulmalıdır. sözün sonundakı hərf və ya işarəni lüzumsuz yerə çoxaltmaq olmaz.. ("olmazzzzzzzzzzzzzzz, oldu..............." kimi)

    4. başlıq söyüşlə, təhqirlə izah olunmamalıdır.
     
    5. yazı yazarkən başlıq  "dedirtən başlıq", "düşündürən başlıq", "dedirtən insan" kimi izahlarla yazılmamalıdır.

    6. yazı sual başlığa cavab verməməli, başlığı izah etməlidir.
    *başlıq: qadınlar nə istəyir?
    doğru yazı: kişiləri ən çox düşündürən suallardan biri.
    səhv yazı: pul, şan-şöhrət.

    7. yazı öncə yazılmış yazıya cavab olaraq yazılmamalıdır.

    8. yazı yazara aid olmalıdır.
    başqa bir yerdən götürülərsə, mənbə bildirilməlidir.

    *müəllif hüquqları qorunan yazılar sözlüyə yazılmamalıdır.

    9. yazı tək, digər yazıların davamı olaraq düşünülməməli, başlığı ayrıca olaraq izah etməlidir.
    üstdəki yazı silindiyi zaman "mənasızlaşmaması" üçün  o başlıqda sadəcə sizin yazınız varmış kimi düşünün.

    * yazı, "bir də", "ayrıca", "yenə", "yuxarıdakıların sözünə qüvvət", "yazar x-in dediyi kimi" sözlərlə başlamamalı, davam etməməlidir.

    10. yazıda telefon nömrəsi, ev adresi, e-mail adresi kimi şəxsi məlumatlar yazılmamalıdır.

    * dövlət müəssisələri , şirkətlər istisnadır..

    11. iki yazar arsındakı özəl mesajlaşma digərinin icazəsi olmadan sözlüyə yazıla bilməz.

    12. yazı sadəcə kasad məlumatdan ibarət olmamalıdır.
    "alma" başlığına. "bir meyvə", "gəncə" başlığına "bir şəhər" yazılması "məkruh"dur.


    doğru nümunə: "azərbaycanın ikinci ən böyük şəhəri" və ya "ağ olanlarının ən yaxşısı, qubada yetişən meyvə." kimi yazsan daha yaxşı olar elə bil.



    13. başlığa uyğun mənanı ifadə edən "bax" lar potensial başlıq şəklində olmalıdır. söz soxmaq üçün özünüzdən bax uydurmayın.
    sual başlığa cavab "bax" vermək olmaz.
    "bax"lar başlıqla əlaqəli olmalıdır.

    14. cümlə icərisindəki bir söz və ya ifadəyə "bax" (max yox ha) verərkən gizli "bax"dan istifadə edin.
    *yazını çirkinlədirmək nəyə lazım?


    15. yazılarda sözlük yazarları haqqında şəxsi məlumatlar yazarın razılığı olmadan yazılmamalıdır.
    * "gənclikdə qalır", "narxozda oxuyur"...və s kimi.

elapis #3655 şikayət kimzaman tuneli paylaş
  1. yazı yazarkən azərbaycan dilinin yazı və üslub qaydalarina diqqət yetirmək, dilimizin zəngin lüğət imkanlarindan daha məqsədyönlü və məntiqəuyğun şəkildə istifadə etmək, etik-əxlaq normalarını gözləmək, sözün dəyərini bilmək və onu anlayana çatdırmaq lazımdır.

elapis #15384 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "yazı yazarkən diqqət edilməli olan nüanslar" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın