başlığı paylaş
başlıq içində axtar
şəkillər
seymur baycan
  1. hərdən bir qəzetin köşə yazarıdır. boynuna almalıdır ki, "gündəlik azərbaycan" vasitəsi ilə tanınıb. pis yazmır... *

elapis #80 şikayət kimzaman tuneli paylaş
  1. atadan qalma soyadı əliyev olsa da, soyadını baykot edərək, dəyişdirən yazardır. şəxsiyyət vəsiqəsində adı - soyadı seymur xxx şəkilnə yazılır səhv etmirəmsə... *

( milli , 10 il əvvəl yazıb )
elapis #767 şikayət kimzaman tuneli paylaş
  1. 1976-cı ildə fizuli rayonunda anadan olub. naxçıvanski adına ibtidai hərbi məktəbi bitirib.
    əsərləri:
    (bax: qeyri-ənənəvi cinsi əlaqə)
    (bax: sərçələr)
    (bax: qətl günü)
    (bax: ət və ət məhsullar)

elapis #1123 şikayət kimzaman tuneli paylaş
  1. bir vaxtlar qafqaz universitetində oxuyurmuş.sonra atıblar ya da özü buraxıb.

elapis #11509 şikayət kimzaman tuneli paylaş
  1. 2011-ci ili "quqark" romanı ilə aktivinə yazan yazıçı.

elapis #26933 şikayət kimzaman tuneli paylaş
  1. ədəbiyyatımızın teymur əmrahı.

elapis #26934 şikayət kimzaman tuneli paylaş
  1. bir ara, "tükəzbanlar" haqqında yazdıqları səs-küy qoparmışdı.

    linkləri də verim, tam olsun:

    http://www.mia.az/news/3186.html
    http://www.mia.az/news/3536.html
    http://www.mia.az/news/8902.html

elapis #29837 şikayət kimzaman tuneli paylaş
  1. əbülfəz elçibəy haqqında qeyri-səmimi bir yazı yazmışdır [b]+

elapis #29962 şikayət kimzaman tuneli paylaş
  1. köşə yazmağı bacaran, kitab yazmağı bacarmayan adamdır. azərbaycan mətbuatında, sektorunda, ümumxanasında * sevdiyim, sayğı duyduğum nadir adamlardandır. yəni sözdür deyirəm, ümumxana təbii ki qayıdıb "sen kimsin ki yarraam" da deyə bilər.

    bu adamı niyə sevirəm, çünki seymur baycan mənimçün əxlaq budilniki kimi bir şeydir. hərdən, təmiz yadımdan çıxdığı zamanlarda bir yazısına rastlayıram və mənə hələ də cındırlığın cındırlıq olduğunu xatırladır. əxlaq elastikdir, 4 il qabaq ağlına gələndə diksinəcəyin şeylər haqqında bu gün gülüb danışa bilərsən. bu 4 ildə çevrən dəyişir, dostların, oxuduğun kitablar, işin-gücün dəyişir. bu dəyişim içində sənə bəzi şeylərin hələ də nə isə ifadə etdiyini xatırladacaq şeylərə ehtiyacın var. bu şeylərdən biri seymur baycandır. bu hər halda balaca iş deyil.

    bu mənim üçün məna kəsb edən hissəsi. keçək qalan xüsusiyyətlərinə. əvvəla oturub durduğu mühit gijdıllaqdır, dostudur əmisioğludur öz işidir, ama ekran vasitəsi ilə ona deyirəm ki pis uşaqlara qoşulma (bax: biz səni ora oxumağa göndərmişik). yeminlə güneli kor-kor isa məsihə aparsan sağaltmaz. sonra o biri qurbağa parodalı maestro filan var, tağının ölümündən özünə isveçrə bileti düzəldən gəda var, özün bilirsən yorma məni memati.

    bir də axır vaxtlar kişilik obsessiyasından əziyyət çəkir. görürsən birdən qaza gəlir ki bəs belə kişi olmaz, bu nə oyundur, kişi şabalıdı sol əllə almalı, pulu sağ əllə saymalıdır zad. qurban olum, bir güzgünün qarşısına keç, tələsmə * , diqqətlə vid-fasonuna bax, gör kişilik raconu kəsəcək pozisiyadasanmı?
    şəkil a: https://www.facebook.com/photo...&type=3&theater

    bir də ki mentaliteti sağlı-sollu s**əndən sonra vorsayağı kişilik qırıldatmaq olmur ay qa. alınmır.

    son olaraq bu 7 kitab yazmaq söhbətini də çox açıb-ağartma. 21-ci əsrdə süpürgəçi də peşə sirrlərini gələcək nəsillərə ötürmək üçün kitab yazıb amazon-da satır. yəni ki ayıbdır, yazdığın elmi iş deyil, ciddi bir araşdırma deyil, kafana görə takılmısan.ayıbdır axı, sonra süpürgəçi sənə qənim olar.

elapis #34418 şikayət kimzaman tuneli paylaş
  1. ədəbiyyatımızın üzeyir mehdizadəsi. saray şairi kimi yaşayıb xalq ın şairi kimi münasibət gözləyən yazıs.

elapis #34419 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "seymur baycan" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın