başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. izahat: sözlüyə yazı yazarkən diqqətlə izləməli olduğunuz formatıdır. bu qaydalara uyğun olmayan yazılar silinəcək.


    1. "öz aramızda" portalı insanların ifadə və məlumat almaq azadlığına əsaslanan konsepsiyaya malikdir. bu konsepsiya öz tərkibinə sözlük istifadəçilərindən əvvəlcə hörmət gözləyir və sözlüyümüzün təmiz, düzgün bilgi qaynağı olması üçün nəzərdə tutulub.

    1.2. yazılar qeyd-şərtsiz açıqlama xarakterli olmalıdır, başlığı izah etməlidir. əks təqdirdə silinəcəkdir. "bu bu deməkdir" şəklində olmağı kifayətdir. başlığın ilk yazısı xüsusi önəm daşıyır və mütləq başlığı izah etməlidir. başlığın altına yazılan ilk yazı izahat əvəzinə analiz, münasibət xarakterli olduğu halda silinəcəkdir.

    1.3. yazı və ya başlıq söyüş, söyüş dili, (oxu: küçə dili) insanı alçaldıcı, şərəf və ləyaqəti təhqir xarakterli olmamalıdır. belə yazılar silinəcək, yazan yazar cəzalandırılacaqdır.

    1.4. yazı bütövlükdə yazara (oxu: müəllifə) aid olmalıdır. müəllifə aid olmayan yazılar üçün isə mənbə göstərilməlidir. başqa mənbədən götürülmüş yazılar mənbə göstərildiyi təqdirdə yayınlana bilər. ancaq daim "surət çıxarma" işi ilə məşğul olan yazar cəzalandırılacaqdır.

    1.5 digər saytların, forumların yazarları ilə polemikaya girmək olmaz. polemika üçün açılmış başlıqlar və yazılar silinəcəkdir.

    1.6 yazı başlıqla əlaqəli olmazsa, üstdəki yazılara cavab xassəli olarsa, silinəcəkdir. yazı ancaq başlığa aid olmalı və onu izah etməlidir.

    1.7 yazı e-mail adresi, telefon nömrəsi və ya digər adres kimi özəl bilgilər ifadə edərsə silinəcək, yazar isə xəbərdarlıq alacaqdır. məsələn, "e-mail adresim: [email protected]" şəklindəki bir yazı silinəcəkdir.

    1.8. yazısına səs verilən yazar, qiymətləndirilən yazısını cavab formasına salarsa, yazı silinəcək və yazar xəbərdarlıq alacaqdır..

    2. "öz aramızda" portalının rəsmi dili azərbaycan dilidir.

    2.1 imla və dil bilgisi yönündən xətalı yazılar düzəldilməsi üçün yazarlara bildiriləcəkdir. amma əsas olan yazıların mahiyyətidir. durğu işarələri istifadə edilməyən yazılar silinəcəkdir. cümlə sonuna qoyulan nöqtədən sonra və ya istifadə olunan vergüllərdən sonra bir boşluq buraxılarsa, yazı daha oxunaqlı olar.

    3. iki yazar arasında özəl mesajlaşmaya redaktor heyəti mudaxilə etməyəcəkdir. yazarlar özəl mesajlarda yazdıqlarından ötəri sorğulanmaz, cəzalandırılmazlar.

    3.1. iki yazar arasında özəl mesajlaşma (səbəbi nə olursa-olsun) yazı olaraq sözlüyə daxil edilə bilməz. daxil edənlər isə cəzalandırılarlar.

    4. "öz aramızdı" portalı yazarı yazı yazmaq qaydalarını ən azı orta səviyyədə bilməlidir.
    bu kriteriyalara uyğun gəlməyən ştatdankənar yazarlar lütfən şanslarını zorlamasınlar. onların qəbul edilməsi mümkünsüzdür.

elapis #81 şikayət kimzaman tuneli paylaş
elapis #3023 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "sayt formatı" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın