redbull - Zaman Tuneli
redbull (#26271) 7 il əvvəl
platonik sevgi
insanlar tərəfindən fərqli məcralarda yozulan sevgidir. halbuki,bunun öz tərifi var; adından da bəllidir. "platonik sevgi"; istəyərək, və ya istəməyərək platon fəlsəfəsi ilə sevmək deməkdir.
("bu nə şeydi?" sualına cavab): sevdiyin kəsi tanımadan sevirsən, və ya çox yaxşı tanımadan. ilk görüşdə aşiq olursan. o sənin beynində qüsursuz insan olur, tam bir çevrə modeli. ancaq tanıdıqca dairənin , çevrəni doldurmadığını görürsən. boşluqları görürsən. sonrası isə, türkün məsəli xəyalların suya düşməsi... davamı da var əlbəttə....
redbull (#26132) 8 il əvvəl
azərbaycan sözlük üçün hazır deyil
artıq sözlüyün "aktiv"liyi haqqında beynimə oturmuş tək cavab budur, (nə qədər mənasız olsa da).
internetin sadəcə "çat"dan ibarət olduğu bir ölkədə(ölkə deməyə də dilim gəlmir) başqa şey də düşünülməz. "sözlük" konseptinin ortaya çıxdığı türkiyədəki böyük sözlüklər gündəmi yarada bilirlər. yalandan "filankəs öldü" yazsalar bir neçə telekanal buna inanıb "flaş haber" olaraq verir(olmuş hadisə). bizdə isə gündəmi kimin yaratdığı məlumdur, ona görə də heç nə olası deyil.
qismi həll yolu, "dalğa" kimi gənclik hərəkatlarındakı "aktivist tayfası"nı sözlüyə cəlb etmək ola bilər..
redbull (#26130) 8 il əvvəl
azerilerin yanında söylenmemesi gereken sözler
"aradığınız kişiye şu anda ulaşılamıyor". * işimiz-gücümüz yoxdu kişi axtarırıq elə....
redbull (#26128) 8 il əvvəl
qrup seks
"qatar-qatar" oynamaq.
redbull (#25706) 8 il əvvəl
bakıda aşiq olmaq
aşiq olandan sonra bu iyrənc şəhər bir müddət gözünə parisdən də gözəl görünür. görünüşə aldanmayın, onsuz da 1-2 ay sonra reallığa qayıdacaqsınız..
redbull (#25455) 8 il əvvəl
səfurə əlizadə
sadəcə şəklini gördüyüm, sırf bu "şəkil"inə görə eurovisiona gedəcəyini düşündüyüm kəs. * səsi necədi bilmirəm, onsuz da orda çox fikir vermirlər. facebookda axır vaxtlar propaqandası gedir..
redbull (#25384) 8 il əvvəl
ilham əliyevdən sonrakı prezident
"ilham əliyevdən sonrakı şah" şəklində olması daha məqsədəuyğun başlıq..
redbull (#25364) 8 il əvvəl
verizm
görəndə fitnə-fəsad təbiətim etibarilə pis şeylər fikirləşdiyim, ağzı göyçəkin yazısı ilə özümdən nifrət etməmə səbəb olan başlıqdır..
redbull (#25360) 8 il əvvəl
2009 nələrlə yadda qaldı
redbull (#24853) 8 il əvvəl
kürd şərfi taxan manqurtlar
adı puşidir.
redbull (#24850) 8 il əvvəl
remont pulu
məktəb müdir(ə)lərinin maşınlarını dəyişdiyi, təzə pal-paltar aldığı, arvad-uşağın da əynini təzələdiyi pul..
redbull (#24747) 8 il əvvəl
şirin su anarxisti
anarxizmin sözlə, hərəkətsizliklə əlaqəli olmadığını bilməyən kəsdir. belələrinə görə mixail bakuninin qəbirdə sümükləri sızıldayır. al əlinə daş-kəsəyini!!!.
redbull (#24745) 8 il əvvəl
türkiye nin azerbaycan gazını ucuza almak istemesi
"bizim başımız kel mi? bize de vermen gerek" məhsuludur. onsuz da hamıya ucuz veririk * , türkiyəyə də verək də. * * .
redbull (#24743) 8 il əvvəl
qonaqlıq
"kampaniya" da deyilir..
redbull (#24741) 8 il əvvəl
sarımsaqlı qatıq
yarpaq dolmasının ayrılmaz parçası. 2-3 qaşıq tökürsən, yanında da çoban salatı... of, gecə vaxtı bu ac vaxtımda yadıma düşdü. gedim barı sandviç yeyim. * .
redbull (#24695) 8 il əvvəl
prezident anası olmaq
bunun mehriban əliyeva modeli də var ki, o lap dəmdəstgahdı. qayınatan prezident olsun, sonra ərin olsun...ondan sonra da özün prezident ol, sonra da vaxt qalsa oğlun prezident olsun(acaq)... türklər demiş, "pes vallahi"..
redbull (#24674) 8 il əvvəl
intihar
!!! yazarlar üçün !!!
1001 xırdavat bölməsində, hesabı deaktiv etmək üçün olan butondur..
redbull (#24672) 8 il əvvəl
yaz ki səni görə bilək
əvvəli
"(!qalin!: heçbir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür!
burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz.
«etibarlı mənbə» olaraq göstərilə bilməz.
yazarlardan süpürgə pulu yığılmır, remont pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur...
burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac yoxdur...olmağın ziyanı yoxdur, fərqi yoxdur.
yaz, kim olursan ol yenə yaz!)"
olan sözlük şüarımız. amerikanın müstəqillik bəyannaməsi yanımızda qələt eliyir..
redbull (#24670) 8 il əvvəl
silvio berlusconi
italiyada bütün medianı manipulasiya edən şəxsdir. seks skandalları dünyada danışılırdı, italiyada çox adamın heç xəbəri yox idi. 1-2 gün əvvəl bir gözünədöndüyüm süvenir heykəlnən vurdu sifətini açdı..
redbull (#24647) 8 il əvvəl
öz aramızdı
yeni dizaynı ilə bizi sevindirmişdir. ulduzları ayrı bir pəncərədə göstərməsi əla sürprizdir. təbii ki, hələ "təmir işləri gedir" məncə..
redbull (#26819) 8 il əvvəl
redbull
nikinin ingiliscədən tərcüməsi, pis çıxmasın, "qırmızı öküz" olan; artıq 3-cü nəsil Əzmkar yazar * * .
redbull (#26269) 7 il əvvəl
hərəyə bir yazı yazsın
qrammatik cəhətdən səhv olan cümlədir. "hərəyə bir yazı yazaq" kimi ola bilərdi
(bax: hərəyə bir ağac əkək) * .
redbull (#26131) 8 il əvvəl
bazı ülkelerin diğer ülkelerin kültürünü çalması
sadəcə yunanıstan-türkiyə, ermənistan-azərbaycan kimi ölkələr arasında olacaq davadır. eyni coğrafiyada 100 illərlə yaşayan bir neçə xalqın; siyasi sərhədlər qurulandan sonra, mədəni olaraq da ayrılması absurddur. insanı necə dəyişdirəsən ki? sadəcə bizim kimi dünyaya heç bir xeyri olmayan dövlətlət və millətlər, hər il telekanallarında özü-özünə ermənilərin bizim mədəniyyətimizi oğurladığını deyər. bir dəfə də eşitməmişəm ki, latın amerikasında flaminqo rəqsi üstündə dava düşsün.
redbull (#26129) 8 il əvvəl
anal seks
götverən ölkəmdə, rəvacda olan seks növü..
redbull (#25707) 8 il əvvəl
pink floyd
proqressiv rokun tanrısı. uzun soloları adamı nirvanaya aparır. parçalarında caz təsiri hiss olunur. shine on you crazy diamond kimi 12-13 dəqiqəlik mahnıları az deyil. dinlədikdən sonra, zəmanəmizdə əlinə gitara alıb ortaya düşənlərə istehza ilə baxmağa vadar edən; araya "divar" tikmək istəyi oyandıran qrup..
redbull (#25705) 8 il əvvəl
bu nerden çıktı burada da mı bu adam
2009-cu ilin son saatları idi. istanbulda saat 21:50 idi. içkinin də təsiri ilə "bakıda artıq yeni il girir" deyərək; bizim kanalizasiyalara baxmayan biz 3 nəfər kompyuterdən ictimai tv, lider, bir də aztvni açdıq. açmaz olaydıq, o anda bütün kefimiz pozuldu. soyuq duş almış lids yunayted aşarkeşinin gününə düşdüm. söyüşlərin müşayiəti ilə yuxarıdakı cümləyə bənzər cümləni "bizimki" üçün dedim..
redbull (#25454) 8 il əvvəl
qəbiristanlığın yanından keçərkən maqnitofonu söndürmək
əzan oxunanda söndürməyi qismən başa düşmək olar da, bu nədi bəs? bunu edənlər, "barmaqla qəbir göstərmə" də deyir. 9 mayda qəbir üstünə də gedir. nə əlaqə?.
redbull (#25383) 8 il əvvəl
cavannar
loru dildə "cavanlar", deyə düşündüm. sonra əsas məsələnin nar mobile olduğunu öyrəndim. burdan çıxan nəticə odur ki, azərbaycandan çox uzaq qalmışam. "gözdən iraq olan könüldən də iraq olar" deyiblər, pox yeyiblər..
redbull (#25361) 8 il əvvəl
qəttəzə
gül kimi.
redbull (#25359) 8 il əvvəl
bayramda evdə oturan insanlar
bayramda hansı ölkədə olduğundan asılı olaraq; dolayı yolla çöldə nə olduğundan asılı olaraq haqlı ola biləcək insandır. məsələn, şəkil 1a`da göründüyü kimi; bakıda çölə çıxmağın yeri yoxdu. ondansa, canlara dəyən insanlarla otur evdə, kababını çək, arağını da iç... özledim lan memleketimi aq....
redbull (#24851) 8 il əvvəl
qəzetdən istifadə formaları
nə əcəb yazılmayıb? tərbiyəsizlik edib mən yazıram. tualetdə g*t silmək..
redbull (#24849) 8 il əvvəl
qızıl palma budağı
budağı verdiyi vaxt diktorun "ala bunu da götünə sox" deməyini çox istəyərdim..
redbull (#24746) 8 il əvvəl
qarabağa gedən yol təbrizdən keçir
qarabağ ermənistanın işğalında olduğuna görə, riyazi olaraq doğrudur. türkiyə ilə sərhəddi bağlıdır, ordan getmək olmaz. geriyə bir iran, bir də gürcüstan qalir. qarabağ həsrəti ilə yanıb tutuşanlar gedı bilərlər, təbii ki teorik olaraq; çünki onsuz da ermənistan sərhəddində azərbaycan pasportu ilə içəri it də buraxmazlar. ümid edirəm başlıq ilə əlaqəlidir..
redbull (#24744) 8 il əvvəl
yazar olub yazı yaza bilməmək
redbull (#24742) 8 il əvvəl
3-cü dünya müharibəsi
haqqında albert eynşteynin "3-cü dünya müharibəsinin-hansı ki olacaq-hansı silahlarla olacağını bilmirəm. ancaq 4-cü daş və mizrablarla olacaq" dediyi müharibələrdəndir..
redbull (#24704) 8 il əvvəl
21 dekabr 2012
ipoteka krediti ilə ev götürmək fikrini ağlıma salıb. amma tutmasa, rejossorda nəsil-kök qalmıyacaq..
redbull (#24694) 8 il əvvəl
ard arda dinlənəcək mahnılar
pink floyd tupacın bütün mahnılarıdır. azı məndə elə bir təsiri var.
p.s. başlıqda anlaşılmazlıq da var; "ard-arda" deyəndə, "dalbadal" yoxsa "bezmədən" nəzərdə tutulduğu məlum deyil..
redbull (#24673) 8 il əvvəl
2012
roland emerix imzası daşıyan film. dünyanın sonunun həmin ildə gələcəyini bir neçə faktla əsaslandırmaq istəyib. rejissorun eyni qəbildən olan qurtuluş günü, sabahdan sonra kimi filmlərinə baxanlar üçün eyni dadı verəcək.
p.s. bu kişinin deyəsən dünyanın anasını s*kmək haqda obsessiyası var. bu qədər kino çəkəsən dünyanın dağılması haqqında, heç biri də olmaya. deyəsən artıq "s*kim blyaa, bu dəfə tutacaq" fikri ilə inad eləyir. roland qaqaş, gəl sən ətəyindən tök bu daşı....
redbull (#24671) 8 il əvvəl
yadda saxla
divinə kimi yeri olan butondu. e-maildə bir məktubu yazıb "qaralama" * kimi saxlamaq olur; bu buton da qərb icadı olan bu texnologiyanın milli-mənəvi dəyərlərimizi qoruyaraq sözlüyümüzə inteqrasiyasıdır. ümummilli admin`in daxili və xarici siyasətini dəstəkləyirik * .
redbull (#24648) 8 il əvvəl
sözlüyün yeni halı
çox əladı. xüsusilə 18+ qutucuğunu sevdim.ilk təəssüratıma görə yazılan yazının bu qəbildən olduğunu düşünürsünüzsə, bu qutucuğu işarələmək lazımdır. qorxmayın, onsuz da hamı oxuyacaq. *
p.s. bunu edim görüm, nə olacaq. * .