başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. yeni müsavat qəzetinin baş redaktoru kimi tanıdığımız jurnalist.

elapis #821 şikayət kimzaman tuneli paylaş
  1. yeni müsavat qəzetinin qurucusu. (mənbə: yeni müsavat qəzetinin ön səhifəsi )
    ( ª bax: ego)

elapis #828 şikayət kimzaman tuneli paylaş
  1. müsavat partiyasının seçkiləri baykot etmək qərarına sərt təpki vermiş partiyanın məclis üzvüdür. bundan sonra prezidentliyə namizədliyi verəcəyi ehtimalı barədə danışırdı. 08.08.08 tarixində bəyənat verərərək, vaxtın azlığı ücbatından iştirakja lüzum görmədiyini bildirib. həmçinin onu iqtidara işləməkdə ittiham edənləri qəzetəsində sərt şəkildə ittiham edib.

( leyla , 9 il əvvəl yazıb )
elapis #3066 şikayət kimzaman tuneli paylaş
  1. yotube saytında daha da məşhur olmuş şəxsdir. buyurun:


      
     - http://www.youtube.com/watch?v=guIURIv6a1w&feature=related

elapis #7723 şikayət kimzaman tuneli paylaş
  1. hər vətənini sevən insan kimi bəzi cahil insanlar tərəfindən başadüşülməyən jurnalist.
    axrincı yazısı ilə özünə yenidən heyran eləmişdir bizi:


    "türkiyə geriyə, azərbaycana qayitdi
    dünyanın heç bir ölkəsində dövlətimizin 96 faizlik dəstəyi yoxdur!
    hətta azərbaycanda da...



    fəlakətin və rəzalətin astanasından döndük. türkiyədən və azərbaycandan yüksələn etirazlar, azərbaycan iqtidarının, mediasının və müxalifətinin (bəziləri istisnadır) birgə fəaliyyəti, türkiyə mediasının və müxalifətinin dəstəyi ermənilərin tarixi olacaq bir qələbəsini durdurdu. türkiyə sərhədlərini açmayacaq!

    bundan belə kim nə desə, şitini çıxartmaqdı. bizə lazım olan türkiyənin başına gəlmiş akp iqtidarının, özəlliklə də sayın abdulla gülün və sayın tayyib ərdoğanın: bu iş qətiyyən olmayacaq, azərbaycanın mənafelərini basıb, ermənistanla anlaşmayacaq, sınırları açmayacağıq deməsiydi. dedilər. ən azından, sürəc ertələndi.

    ***

    əlbəttə ki, belə bir sürəc (yabançı proses dən türkcəmizdəki sürəc daha yaxşı deyilmi? - r.a.) var idi, məxfi aparılırdı; azərbaycanı saya salmadan, onu hesaba qatmadan ermənilərlə avropa şəhərlərində gizli danışıqlar gedirdi.
    ilk öncə azərbaycan iqtidarı bu danışıqlar barədə dərhal və təfsilatlı məlumatlandırılırdı. hörmətli prezident abdulla gülün irəvana futbol səfərindən sonra da təfsilatlar və məlumatlar mübadiləsi davam edirdi; irəvandan sonra prezident özü bakıya gəldi. hətta dağlıq qarabağın işğaldakı torpaqlarının pulla geri alına biləcəyinə vasitəçilik etmək təklifi də bizim iqtidara sunulmuşdu (təqdim edilmişdi). söhbət 5 rayonun boşaldılması qarşılığında 10-12 milyard dollar pulun rusiya və türkiyənin vasitəçiliyi ilə ermənistana ötürülməsindən və ermənilərin böyük enerji layihələrinə qatılmasına, sərhədlərin açılmasına razılıq verməsindən gedirdi. biz həmin vaxt - ötən ilin avqustunda bu barədə təfsilatları özündə daşıyan bir manşet yazısı da vermişdik...

    ***

    danışıq sürəcinin gedişində durum dəyişdi. işə abş qarışdı - obama ölkəsindəki erməni lobbisinə söz vermişdi; prezident olardısa, abş konqresi erməni soyqırımını tanıyacaqdı. amma belə olacağı təqdirdə, türkiyəni itirəcəkdi amerika. və islam dünyasındakı yeganə müttəfiqi, (corc buşdan qalma yanlış siyasəti düzəltmək və dünyadakı müsəlmanların abş-a nifrətini neytrallaşdırmaq üçün) tək dayaq nöqtəsi kimi qalmış anadolu əldən getsəydi, amerika çıxılmaza sürüləcəkdi. hüseyn obamanın mənəvi öhdəlikləri ilə siyasi məsuliyyətini birləşdirən - həm erməniləri, həm də türkləri qane edən bir layihə bu səbəbdən ortalığa çıxdı. elə bu andan da azərbaycan iqtidarı dövrədışı (oyundankənar) qaldı.

    ***

    yanlış hesablama yapıldı. azərbaycan prezidentinin bunca dirənəcəyini, hətta abş rəhbərlərinin, konkret olaraq hüseyn obamanın xahişlərini, istək və maraqlarını nəzərə almayacağını gözləmirdilər. axı atası heydər əliyevdən fərqli olaraq, ilham əliyevin bir prezident kimi özünü dünya çaplı sürəclərdə göstərmək imkanı olmamışdı; onun necə bir inadkar və bildiyindən dönməyən olduğunu azərbaycan müxalifəti, mediası, hətta iqtidardakı qüvvə mərkəzləri; bir qədər də o tərəfə getsək, xarici radiostansiyaların bağlanması sürəcində, ölkəmizdəki səfirliklər, buraya gələn yabançı diplomatlar (öz dərilərində) hiss etmişdilər. lakin ilk dəfəydi ki, azərbaycan prezidenti dünya çapındakı bir siyasi oyunda - həm də abş prezidentinin administrasiyasında ssenariləşdirilmiş - oynayırdı. həm də oradakı ifaçıların və hətta rejissorların, ssenaristlərin hamısına qarşı. böyük riskdi. istanbula getməmək, - həm də abş kimi superdövlətin prezidentinin, iqtidara gəlməsində rol oynamış türkiyə rəhbərliyinin çağırışlarına qarşı - çətin qərar olmalıdır, hər halda... bu iki dövlət 2003-cü ildə azərbaycanda demokratik müxalifəti yox, məhz onu dəstəkləmişdi və arxasında durmuşdu. görünür, o, özünü onlara borclu saymadı; ya da milləti və tarix qarşısındakı məsuliyyətini, vətən borcunu həmin borcdan üstün tuta bildi; təzyiqlərə dözdü, bakıda qaldı və nümayişkaranə surətdə təhlükəsizlik şurasının iclasını çağırdı, mesajlar verdi...

    ***

    yekun budur ki, hüseyn obama istanbuldan əliboş getdi. ölüm ayağında olan ermənistana türkiyədən bir nəfəs aça bilmədi ki, gedib abş-dakı erməni lobbisi qarşısında üzağlığı (bağışla, obama) ilə söyləsin: soyqırım deməyəcəm, çünki bunun qarşılığında türkiyəyə ermənistan sərhədlərini açdırdım...

    ***

    türkiyənin aparıcı xəbər televizyonu olan haber-türk anadolu insanından soruşub: ermənilərlə sərhədlərin açılmasını istəyirsinizmi? türk xalqının 96 faizi deyib ki, yox, istəmirik!
    allahım! sənə min şükürlər olsun! bu sınaqdan türk qövmünü şərəflə çıxartdın, qardaşlığımızı bir daha sübuta yetirdin. bundan da böyük xoşbəxtlik, bundan da böyük qardaşlıq, bundan da böyük canıyananlıq olarmı! ey türkə laf edən qafil, cahil, yaramaz! dünyanın ikinci bir dövlətini, ölkəsini göstər ki, orada azərbaycanın 96 faizlik dəstəyi var. bəlkə də öz ölkəmizdə bu mövzuda sorğu keçirtsək, heç o qədərlik nəticə ala bilmərik. elə millətçilər , türkçülər ifşa olundu ki, bu sürəcdə! açılsın , dedilər, burada nə varmış ki! burada erməniyə nəfəs vermək, onu dirçəltmək, azərbaycanı kiçik düşürmək olduğunu bilə-bilə dedilər bunu. özümüzünkülər, türkçüyəm deyən qardaşlarımız, asenalarımız...

    ***

    təşəkkürlər türkiyə! təşəkkürlər anadolu insanı. bir iqtidarın millətin adını batırmasına, yanlış yapmasına imkan vermədiniz. təşəkkürlər türk mediası! heç vaxt olmayan, hətta daxili siyasətdə, dövlət əhəmiyyətli məsələdə göstərmədiyi həssaslığı azərbaycan mövzusunda göstərdiyinə görə! prezident əliyevin istanbula getməkdən imtinasını doğru-düzgün işıqlandırdığına, olayı gündəmin əsas mövzusuna çevirdiyinə, yanlış yapan iqtidarın üzərinə getdiyinə və nəhayətdə, onu təkzibə zorladığına (məcbur etdiyinə) görə!

    ***

    ortaq çabalarımız və səylərimiz sayəsində nəinki sərhədlərin açılmasına əngəl olduq, türkiyəmizi geriyə, azərbaycana qaytardıq. bu işdə çox da dirənmədiyinə, zərərin yarısından da qayıtmağı xeyir bilən akp iqtidarına, hörmətli abdulla gülə və tayyib ərdoğana da dərin təşəkkürlərimi bildirirəm.
    tanrı türkü, türk də türkü qorusun."

    tanrı belə yazarlarımızı da qorusun...
    ( ª bax: türkiyə ermənistan sərhədinin açılması)
    ( ª bax: əbülfəz elçibəy)
    ( ª bax: bir millət iki dövlət)

elapis #18575 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "rauf arifoğlu" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın