mistika - Zaman Tuneli
mistika (#33916) 5 il əvvəl
sevgililər günü
14 fevral. hətta "bu günün mənim üçün əhəmiyyəti yoxdu" deyib özünü sındırmayanlar belə həmin gün diqqət görmək istəyirlər..
mistika (#33886) 5 il əvvəl
elektronikanın macəraları
uşaqlığımın qəhrəmanı..
mistika (#33827) 5 il əvvəl
aleksey batalov
tanınmış rus aktyoru, sovet kinosunun ulduzlarındandır. çox sevdiyim "moskva göz yaşlarına inanmır" filmində qoşa rolunun ifaçısıdır. o zaman bütün sovet qadınlarının ideal kişi obrazını yaratmış adamdır. aleksey batalovun digər uğurlu rolu "durnalar uçur" filmindədir..
mistika (#33825) 5 il əvvəl
allah
insanların içindəki xof..
mistika (#33726) 5 il əvvəl
füzuli ələkbərov
əmək və əhalinin sosial müdafiəsi naziri. bu posta gələnə qədər bizneslə məşğul olub. məşhur "improtex motors" şirkəti füzuli ələkbərovundur, hazırda ailəsi idarə edir. bu şirkət bmw-nin azərbaycandakı rəsmi düstribütorudur. ismayıllıda yerləşən "çıraq" moteli də ona məxsusdur..
mistika (#33724) 5 il əvvəl
çarliz bukovski
"tunelə girəndə diqqətli olun. ümid sandığınız işıq qatarın ışığı da ola bilər" fikrinin müəllifi..
mistika (#33720) 5 il əvvəl
qadın
kişilərin əyləncəsi..
mistika (#33714) 5 il əvvəl
avtobrendlər
avtomobil brendlərini hamı tanıyır, ancaq bu adların hansı məna daşıdığı haqda məlumatsız olanlar var. ən sevdiyim brend audi-dir. audi maşın markasının emblemi bir-birinə keçirilmiş 4 dəmir halqadır. halqaların bir-birinə zəncirvari keçirilməsinin mənası audini yaradan 4 böyük firmanın audi, dkw, horch və wanderer ayrılmazlığı mənasına gəlir.
bmw - bayerische motorenwerke - nın formalaşdırılmış dairə vuran təyyarə propelleri olması haqda yalnış bir rəy də formalaşıb. həqiqətdə isə bmw embleminin əsasını təşkil edən ünsür bovariya bayrağıdır.
sevdiyim daha bir marka isə volksvagen - dir. volksvagenin emblemində iç-içə yazılmış 2 kreativ hərf görünür v və w. alman dilindən tərcümədə kompaniyanın adı milli avtomobil kimi tərcümə olunur..
mistika (#33710) 5 il əvvəl
lgbt
bu təşkilat qeydiyyatdan keçməsə də, sosial şəbəkələrdə çox məşhurdur..
mistika (#33705) 5 il əvvəl
jurnalistlərin türkiyə səfəri
ilin az qala yarısını türkiyədə təlim-məşq toplantıları keçirən, nəticədə heç bir oyun sərgiləyə bilməyən komandaların mətbuatı susdurmaq üçün seçdikləri vasitə. nəticədə jurnalistlər yazı yazmağı unudur, yaxud kiçik xəbərlərlə işi yola verir, bahalı otellərdə kef sürməklə, şəkillər çəkdirib sosial şəbəkələrə yerləşdirməklə vaxt öldürürlər. yəni, alan razı, satan razı misalı..
mistika (#33703) 5 il əvvəl
azərbaycanlı adları
2012-ci ildə uşaqlara ən çox bu adlar verilib.
qız adları: nuray,zəhra,fatimə,ayan,aylin,fidan,leyla,zeynəb,xədicə,nəzrin,məryəm,mədinə,gülay,mələk.
oğlan adları: yusif,hüseyn,əli,məhəmməd,ömər,murad,ayxan,fərid,tunar,nihad,rəsul,kənan,ibrahim,həsən,ramal,nicat,ismayil..
mistika (#33699) 5 il əvvəl
televiziya tamaşaları
azərbaycanda ilk televiziya tamaşası 1956-cı ilin iyulunda nəriman nərimanovun «şamdan bəy» əsərindən rejissor rauf kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod əsasında göstərilib. daha sonra məhərrəm əliyevin «sən gözəlsən», süleyman sani axundovun «laçın yuvası» pyesi və mehdi hüseynin «səhər» romanı əsasında hazırlanmış tamaşalar təqdim edilib..
mistika (#33697) 5 il əvvəl
kitab yazmaq
reallığımızda kitab yazmaq üçün istedadın yox, pulun olmalıdır. pulun varsa, istənilən cızma-qaran kitab şəklində təqdim olunacaq..
mistika (#33695) 5 il əvvəl
ürəyi təmiz olmaq
"ürəyi təmizdir" ifadəsi çox vaxt "ağılsızdır" ifadəsini balanslaşdırmaq üçün işlədilir. yəni, kiminsə başı inandığı üçün dərdə girirsə, haqqında bu ifadə işlədilir..
mistika (#33693) 5 il əvvəl
aztv
günel mövludun təbirincə desək, kahin yuvası..
mistika (#33691) 5 il əvvəl
çarliz bukovski
alman əsilli amerika yazıçısıdır. küçə ədəbiyyatı ilə məşğul olub, yazılarında vulqarizmdən, söyüşlərdən həddən artıq istifadə edib. əsasən sosial həyatdan, qadınlarla münasibətdən yazıb. ən sevdiyim fikri: "məni sizi anlamaq zorunda buraxmayın. dana önəmli işlərim var"..
mistika (#33689) 5 il əvvəl
canıyanmış
özünü hamıdan ağıllı sayan məsləhətçi redaktor..
mistika (#33686) 5 il əvvəl
reklamlarda mənasız sözlər
dayanma snikerslə..
mistika (#33684) 5 il əvvəl
reklamlarda mənasız sözlər
bəzi reklamlar rus dilindən hərfi tərcümə olunduğundan gülməli mənalar verir, yaxud da nə deyildiyi anlaşılmır..
mistika (#33666) 5 il əvvəl
xatirə dəftəri
heç vaxt yazmadığım dəftər. ən çox "kimi sevirsən" sualına nifrət etmişəm..
mistika (#33937) 5 il əvvəl
biscolata
özaramızdının ən qəliz yazan yazarı. ağıllı görünmək istəyir, ancaq yazı yaza bilməyən adam təsiri bağışlayır..
mistika (#33915) 5 il əvvəl
gülər əhmədovanın həbsi
fevralın 13-də səbail rayon məhkəməsi sabiq deputat gülər əhmədovanın barəsində 2 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı qərar verdi.
o, cinayət məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilir.
bu ittihamlar sübut olunsa, keçmiş millət vəkili əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər..
mistika (#33828) 5 il əvvəl
markamaniya
marka, brend, ən bahalı məhsullar "xəstəliyinə" yoluxmuş adam. marka belə adamlarda yalnız məqsəddir, ictimai əhəmiyyət ölçüsüdür, vacib persona kimi görünməyin vacib şərtidir..
mistika (#33826) 5 il əvvəl
ilqar məmmədov
politoloq, "real" adlı təşkilatın sədridir. son zamanlar prezidentliyə iddialı şəxs kimi tanınır. ölkənin ən intellektual adamlarını rəhbərlik etdiyi təşkilatda birləşdirməklə böyük nüfuz qazanıb. solçi kimi tanınsa da, real-da sağçılar, liberallar, demokratlar və s. yer alıb. ilqar məmmədov ismayıllı hadisələrində qızışdırıcı rol oynamaqda suçlandırılaraq, həbs edilib..
mistika (#33727) 5 il əvvəl
23 yanvar 2013 ismayıllı üsyanı
yanvarın 23-də gecə saatlarında ismayıllı camaatı rayonun icra başçısı, nazir füzuli ələkbərovun qardaşı nazim ələkbərovun evini, onlara məxsus "çıraq" moteli və nazirin oğlunun "hummer" markalı maşınını yandırıb. hadisə yerinə gələn fhn əməkdaşları belə yaxına buraxılmayıb, motel yanaraq külə dönüb. ilkin məlumata görə, narazılığa səbəb motelin əxlaqsızlıq yuvasına çevrilməsidir..
mistika (#33725) 5 il əvvəl
ətrafdan eşidilən mırt söhbətlər
azərbaycancalaşdırılmış rus sözü: naivnicəsinə. məşhur jurnalistlərdən biri özünü ağıllı göstərmək istəyərkən deyib..
mistika (#33723) 5 il əvvəl
ermənistan
yuxarıdan aşağı baxdığımız, düşmən gördüyümüz, ancaq qalib gələ bilmədiyimiz qonşu ölkə..
mistika (#33717) 5 il əvvəl
qəhbə qaşına oxşuyan bığ
qəhbə ilə öpüşmədikləri kimi belə bığ saxlayanlarla öpüşmək də iyrəncdir..
mistika (#33711) 5 il əvvəl
kəbirə məmmədova
mağaza sahiblərinin hesabına xəzər rayonunda sosial-iqtisadi problemləri həll edir. rayon ərazisində "kəbirənin xəstəxanası" deyilən tibb ocağı da var. gördüyü işlər isə heydər əliyev fondunun adına yazılır. fond rəhbərliyi ilə bağlılığı olduğu deyilir..
mistika (#33708) 5 il əvvəl
lgbt
azərbaycanda yeni yaradılmış lesbiyan gey birlik təşkilatıdır. təşkilatın rəhbəri gülarə əzimzadə qlamur təsiri bağışlasa da, azlıqların nümayəndəsi deyil. sadəcə onlara dəstək verir, haqlarını qorumağa çalışır..
mistika (#33704) 5 il əvvəl
azərbaycanlı adları
gülməli adam adları: sovet, kombayn,gürzə, dayandur,minən, qızqayıt, məşuqə.
mistika (#33702) 5 il əvvəl
azərbaycanlı adları
azərbaycanlı adları arasında elələri var ki, sahibinə utanc gətirir. buna görə də amea-nın adlar və soyadlar üzrə komissiyası yeni konsepsiya hazırlayıb və adlar işıqforun rənglərinə uyğun sistemləşdirilib. beynəlxalq prinsiplər əsasında hazırlanan konsepsiyada uşağa qoyulacaq məqsədəuyğun adlar "yaşıl işıq" adı altında toplanacaq. "sarı işıq"da olan adlar məsləhət deyil, "qırmızı işıq"a salınmışlar isə qadağandır.
mistika (#33698) 5 il əvvəl
azərbaycan kinosu
azərbaycanda ilk qısametrajlı film 1898-ci ildə çəkilib. filmin adı "ilişdin"dir. ilk tammetrajlı film isə 1915-ci ildə çəkilmiş "arvad" filmidir. film səssiz, ağ-qara olub, rejissoru baris svetlovdur..
mistika (#33696) 5 il əvvəl
imza
bu günün dəbi. özünü hakimiyyətə yaxın adam kimi təqdim etmək istəyənlərin hamısı heydər əliyevin imzasının təsviri olan sancaqları yaxalığında gəzdirir..
mistika (#33694) 5 il əvvəl
250 plyus
"azadlıq" radiosunun internet versiyasında yayımlanan satirik proqram. proqramın ssenarisini məşhur "çeşmə" qəzetinin yazarı olmuş ayaz yazır. "çeşmə"ni oxumağa yaşım çatmasa da, haqqında çox eşitmişəm, bir neçə nüsxəsini görmüşəm. bu qəzet zorla qapadılıb və əməkdaşları həbs edilib. ayaz bəy həbsdən sonra mühacirətə gedib. "250 plyus"u "çeşmə"nin davamçısı da hesab etmək olar..
mistika (#33692) 5 il əvvəl
yalan
yalan danışmaqda göbək rəqsi edən qadınlardan daha yaxşı burcudan adamlar var..
mistika (#33690) 5 il əvvəl
ümummilli lider
bu ifadənin prezident sərəncamında yer alması konstitusiyaya ziddir. çünki bu ifadə status kimi qanunlarda əks olunmayıb, hüquqi anlayış deyil. ilham əliyev heydər əliyevin 90 illik yubileyi ilə əlaqədar sərəncam imzalayarkən bu ifadəni işlətməklə hüquq pozuntusuna yol verib..
mistika (#33687) 5 il əvvəl
eynulla fətullayev
amnesty international kimi nüfuzlu təşkilatı aldatdığı üçün eynulla fətullayevi beynəlxalq maşennik hesab etmək olar..
mistika (#33685) 5 il əvvəl
reklamlarda mənasız sözlər
məsələn; cırt-cırtlı pampers. istehsalçı nə demək istəyir, aydın deyil..
mistika (#33668) 5 il əvvəl
ağdam
çaxır adıdır.