maxinator - Zaman Tuneli
maxinator (#32730) 5 il əvvəl
ubuntu
linux nüvəsi üzərində qurulmuş, açıq mənbəli, pulsuz paylanan əməliyyat sitemidir. gnu lisenziyası var. bu o deməkdir ki, sistemin proqram təminatı kodları gizli deyil və istəyən hər kəs sistemin kodlarına baxa bilər və istədiyi dəyişiklikləri apara bilər. sponsoru canon ltd-dir. ubuntu başqa bir linuks paylanması olan debianın törəməsidir. digər əməliyyat sistemlərindən fərqli olaraq, ubuntu kompüterin ifrat yükləmir - minimalistik sənət əsəri kimi bir şeydir. ubuntunun ən son versiyasını ubuntu 12.10/ quantal quetzal intel x86, amd64 arxitekturalı kompüterlərdə qurmaq olar. 256 ram, 1.8 ghz cpu normal istifadə üçün yetərlidir.
ubuntu istifadəçiyə iki cür (qrafik interfeys və kod sətiri) istifadə imkanı təklif edir. windows mühitindən linuxa yeni keçənlər üçün qrafik interfeys daha əlverişlidir.
ubuntunun defolt masaüstü mühiti gnomedur. 12.x və sonrakı versiyalarda isə unity bu rolu oynayır. bundan əlavə kde, lxde, daha aşağı sistem parametrlərinə sahib kompüterlər üçün xfce masaüstü mühitləri də var.

bəzi ubuntu versiyaları (rəqəmlər, versiyanın çıxdığı tarixi il.ay göstərir)
ubuntu 10.04 (lucid lynx)
ubuntu 11.10 (oneiric ocelot)
ubuntu 12.04 (precise pangolin)
ubuntu 9.10 (karmic koala)
ubuntu 9.04 (jaunty jackalope)
ubuntu 8.04 (hardy heron)

planetimizdə təxminən 20 milyon ubuntu istifadəçisi var.
http://goo.gl/jSYy3.
maxinator (#32448) 5 il əvvəl
azərbaycanda zənci olmaq
əsrin ilk beşilliyində, "canım ay beko" replikalarına məruz qalmaq idi - indi də varmı o tendensiya, bilmirəm..
maxinator (#26895) 8 il əvvəl
atay
bu gün and içib əsgər olan neçə min nəfərdən biri.
n dəfə demişəm ki, bu məs`ulu düz oxuyun. apostrofuna diqqət eləyin, amma filan qədər əsgər, komandirləri qarışıq, qoyun kimi mələyib məəəsul dedilər. ayıb olsun. .
maxinator (#26852) 8 il əvvəl
atay
"abeyimizdir kendileri. asker selamı vererek hürmetlerimizi arzederiz" demək keçirdi könlümdən.
(bax: aleme talih bize kör salih)
.
maxinator (#26825) 9 il əvvəl
erlik
(bax: eski tüfek solcu)lardan olmağı artıq dərəcədə möhtəmildir...
maxinator (#26815) 9 il əvvəl
sirkencubin
tanımıram - görməmişəm..
əgər ekşizözlükdə də vaxtilə eyni niklə yazan adam bu idiysə heyf, səd heyf.
niyə deyirəm bunu? ekşisözlükdə ikən, oxumaq fürsətini tapdığım yazılarda işlədiyi mövzular daha çox filolojik təməlli idi - burda isə tamamən fərqli xarakter görürük: green&blue libasa bürünmüş sintezçilərin önündə ideologiya bayraqdarlığını özünə vəzifə bilən şəxsi..

.
maxinator (#26782) 9 il əvvəl
maxinator
təxminən 4-5 ay sonra mailinə baxarkən, 20 gün öncə, "göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən öz aramızdı" tərəfindən redaktorluq səlahiyyəti aldığını öyrənmiş şəxs.. arasıra özün kənardan baxmağı xoşlayır - mənə dediyi budur.. bir də özündən danışarkən -nədənsə- üçüncü şəxs əvəzliyi işlədir - bu məlumatı isə, özüm, bilavasitə edinmişəm..

o özüdür...
maxinator (#26778) 9 il əvvəl
nergistanbul
nərgiz və istanbulun eklektikası ilə ortaya çıxan bir ad - sözlük yazarlarından, haqqında yazdığımın özünə nik olaraq götürdüyü isim..
vizalı yazarlardandır...
maxinator (#26716) 9 il əvvəl
derebeyov
islam tarixi və islami təfəkkür haqda bilikləri əngin səviyyədə olan səviyyəli yazar..
maxinator (#26694) 9 il əvvəl
pilotmont az
layiq olmadığım payəyə məni layiq görən, xeyirxahım..
uludağsözlükdə sözlüyümüzün fəxri elçisi.. * .
maxinator (#26443) 9 il əvvəl
roscidus
onu qısaca belə tərif edərdim; böyük insan. çox çox böyük insan.
olduqca sərrast analiz qabiliyyətinə malik, ədəbi-estetik zövqləri ilə 90 % razılaşdığım, böyük insan (bax: übermensch).
son 3 ilimin əvəzolunmaz fiquru. olduqca gözəl yumor hissinə malikdir.
təzə söz tapanda yenə yazacağam. * .
maxinator (#26411) 7 il əvvəl
fars
ari irqə mənsub millətlərdən biri.

(bax: iran)
(bax: fars dili).
maxinator (#26409) 7 il əvvəl
platonik sevgi
platona, ya da platon olmayan birinə, duyulan aseksual məhəbbət.

(bax: ich bin da).
maxinator (#25352) 8 il əvvəl
maxinator (#24810) 8 il əvvəl
ayet-el kürsi
allahü la ilahə illa hüvəl həyyül qəyyum. lə təxuzuhu sinətü /v/ və la nəvm, ləhu mə fis/s/əməvati vəmə fil ərz/d/, mənzəlləzi yəşfəu indəhu illə bi iznih, yaə’ləmü mə bəynə əydîhim vəmə xalfəhum vəla yuhit/d/unə bişəy’i/n/min ilmihi illâ bimə şaə vəsiə kursiyyu/h/us səmavati vəl ərz/d/, vələ yəuduhu hifzü huma və hüvəl əliyyül əzîm. .
maxinator (#24667) 8 il əvvəl
alemannisch
böyük alman dilinin * kiçik olmayan şivələrindən biri. alman dili (deutsche sprache) dediyimiz vyana, berlin vəs. şivələrinə görə daha yumşaqdır.

(!korlama!: şvaysdoyçların birindən soruşdum ki, ich lieben dichi siz necə deyirsiz, cavabş belə oldu: ech ha di gärn. doyçların,
ich habe ... gerninə oxşatdım, bir fərqlə ki, onlar ich habe ... gern - i daha çox, hansısa bir şeydən (əşya və yaxud mücərrəd) danışarkən işlədirlər. məs: ic habe den winter gern vəs. kimi(am liebsten-ə qədər yolu var).
)

isveçrə, lixtenşteyn və almaniyanın bir sıra əyalətlərində bu şivə danışılır (təxminən 10 mln).
maxinator (#24663) 8 il əvvəl
auf der strasse nach madrid
məşhur çingiz xan qrupunun, corrida albomunun a tərəfinin (o vaxtlar kaset vardı) 5-ci sırasındakı qəşəng mahnı. auf der strasse nach madrid/ zogen seine traume mit beləcə davam eliyir..


  
 - http://www.youtube.com/watch?v=3X-ZipLnYEE.
maxinator (#24470) 8 il əvvəl
allahşükür paşazadə
maxinator (#24463) 8 il əvvəl
qeyri normal cinsi meyllər
maxinator (#24426) 8 il əvvəl
ölümdən öncə son sözlər
allah, itün olum, allah, pişigün olum...
maxinator (#32731) 5 il əvvəl
ubuntu
cənubi afrika xalqları arasında geniş yayılmış xalq fəlsəfəsi/dünyagörüşü/təlimi. fərdin, kollektiv içində bir dəyərə sahib olduğu, fərdin hisslərinin kollektivin hissləri ilə örtüşərsə ancaq o vaxt bir məna kəsb etdiyi (etik-normativ), bu təlimin/dünyagörüşü/fəlsəfənin əsas xəttidir.

http://en.wikipedia.org/wiki/F...ence_ubuntu.ogg.
maxinator (#32449) 5 il əvvəl
google chrome
chromium web browserin googlizasiyası ilə ərsəyə gəlmiş veb brauzer. əsasən c və c++ ilə proqramlaşdırılıb. artırma modullları bir çox dili (java, python, objective-c, ruby vəs.) əhatə edir.
linux nüvəsi üzərinə qurulmuş bir çox əməliyyat sistemlərində (linux distroları), əsasən əməliyyat sistemi ilə birlikdə yüklənir, yaxud proqram deposunda olur..
maxinator (#31395) 5 il əvvəl
intim xarakterli mahnılarımız
bəri gəlgil başım bəxti, evim təxti.
evdən çıqıb yürüyəndə səlvi boylum.
topuğuna sarmaşanda qara saçlım
qurulu yaya bənzər çatma qaşlım.
qoşa badam sığmayan dar ağızlım.
güz almasına bənzər al yanaqlım
qadınım, dirəgim,döləgim.
görürmisən nələr oldu?”



qoşa badam sığmayan dar ağızlım - türk demiş, ibretlik..
maxinator (#26856) 8 il əvvəl
atay
planetimizdə olduqca əcaib bir ölkə var. yayın bu istisində 10 saatlıq yol ölçüb hərbi hissəsinə gedən əsgərini, öz savadsızlıqları ucbatından - "a" yerinə "ə" yazıblarmış-, təzədən sənədlərini düzəltmək üçün geriyə göndərən bir ölkədir bu.
əsgərlərini r.h.k -dan * biləcəriyə aparmaq üçün avtovağzaldan qazel gətirməyi cəhənnəmə, bunu belə tam edə bilməyən, arsız-arsız, 3 saatlıq yolu ayaq üstə getməyinə göz yumacaq qədər beyinləri mantarlaşmış şəxslərdən mütəşəkkil bir hərbi təşkilata sahib ölkədən danışıram. müharibə vəziyyətində olduğu deyilən bu ölkənin cəbhə bölgəsinə göndərdiyi əsgərinə yanaşma tərzidir bu.
atay bu həmən ölkənin vətəndaşıdır. və əsgəridir.
.
maxinator (#26840) 8 il əvvəl
atay
gökhan zanın, servet çetin kimi olacağına, ümidsizcə ümid bəsləyən insan. bu səbəbdən onu cohenin möcüzə gözləyən insanına oxşadıram..
(bax: waiting for the miracle to come).
maxinator (#26821) 9 il əvvəl
hayalet
hər dəfə "kimlər var" pəncərəsini açdığımda, onlayn yazarlar siyahısında adını görərkən, nədənsə həmişə təbəssüm etməyimə səbəb olan yazar..

(bax: jack was here) * .
maxinator (#26804) 9 il əvvəl
serdar
sözlüyə yeni təşrif buyuran, hira dağı qədər müsəlman, tanrı dağı qədər türk olmağı ülkü edinən yazar..
çox aqressivdir..
.
maxinator (#26779) 9 il əvvəl
ozhager
ağa - kölə mübarizəsindən ağa olaraq çıxmağı vecsiz olaraq görən insan..
zira bilir ki, tarix və tarix içində əmələ gələn hər şey, kölələrin əməyinin nəticəsidir..

.
maxinator (#26773) 9 il əvvəl
ozhager
hegelin -dialektikasının- marksist şərhini mənimsəmiş, mənimsəməklə qalmayıb qanına hopdurmuş biri kimi görünür..
əlavətən, osmanlıcaya hakim olduğunu qeyd eləməyə gərək yoxdur -baxmayaraq ki qeyd elədim * .

.
maxinator (#26695) 9 il əvvəl
atay
bu gerçəyi ilk dəfə burda etiraf edirəm.. həyatımdakı bir çox şeyi öyrənməyimə səbəb olan şəxsdir. sırf onun varlığı səbəbindən, məktəbə tez başlamışam və beləcə uzanıb gedib və hələ də gedir...
maxinator (#26561) 9 il əvvəl
narcissus
dəmlənəndə daha çox sevimli olan insan.. * .
maxinator (#26412) 7 il əvvəl
riccardo montolivo
generalı zədələnən italyanların yarımmüdafiə xəttini yığıb-yığışdırmağa namizəd tək oyunçu. gələn illərdə də bu bayrağı əlində tutacaq, əgər daqostino overperforming eləməsə..
maxinator (#26410) 7 il əvvəl
6
natural ədədlər çoxluğunun 6(və ya 7)-ci elementi. cüt ədəddir. 2 və 3-ə qalıqsız bölünür.
ilk mükəmməl ədəddir həm də..
maxinator (#25411) 8 il əvvəl
rövşən nəsirli
qubadaki türk liseyində, 10 il əvvəlin söhbətidir bu, qrup rəhbərliyi -abilik- eləmiş şəxs. amma orasını bilmirəm ki ermənistana səs verən də budur ya yox? pinqvin və ördək ləqəbləri ilə məşhurlaşmışdı...
maxinator (#24811) 8 il əvvəl
şirazi
şirazda doğulanların, şirazla arasında intim münasibət olanların aldığı ləqəb.

(bax: hafiz şirazi)
(bax: sədi şirazi)
(bax: sədrəddin şirazi).
maxinator (#24692) 8 il əvvəl
e=mc²
enerji və kütlə arasındakı münasibəti bildirən düsturdur.
eynşteyn, maddələrin əslində sıxlığı böyük olan enerji 'top'ları olduğunu fərz edərək, -xüsusi nisbilik nəzəriyyəsinin zəruri nəticəsi- bu düsturun ilkin formasını əldə etmişdir.
bu məşhur şəklə e=mc[sup] 2[/sup] gəlməyi sonranın söhbətidir...
maxinator (#24666) 8 il əvvəl
britaniya ingiliscəsi
(ey)ləri (ay) kimi tələffüz olunmağı, türk demiş, dikkate şayandır (naym, saym - ətraflı məlumat üçün (bax: guy ritchie kinoları). ain t it çox istifadə olunur və ən əsası, zəncilərin (oxu: amerikanların * ) son of the bitchini qısa və lakonik olan bastard ilə əvəz olunur.

(bax: lock stock and two smoking barrels).
maxinator (#24527) 8 il əvvəl
berti foqts
pivəmizdən xoşu gələn alman...
maxinator (#24464) 8 il əvvəl
füzuli
(!qalin!: dost bipərva, fələk birəhm, dövran bisükun,
dərd çox, həm dərd yox, düşmən qəvi, tale zəbun...) misraları ilə, türkünsözü, pessimizmin kitabını yazan şairimiz..

(bax: gəl ay yetim, sən də bizdənsən).
maxinator (#24462) 8 il əvvəl
cəfər cabbarlı