başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. 1918-ci ilin 28 mayında azərbaycan istiqlalı elan olunandan sonra azərbaycan milli şurasının sədri olmuş, müsavat partiyasının lideri və ilk başqanı.

( cc21 , 10 il əvvəl yazıb )
elapis #110 şikayət kimzaman tuneli paylaş
  1. 1884-cü il yanvarın 31-də bakının novxanı kəndində anadan olmuşdur.azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan azərbaybaycan demokratik respublikasının banisidir.1955-ci il 6 martında ankarada şəkər xəstəliyindən vəfat etmişdir.

( baxa , 9 il əvvəl yazıb )
elapis #6320 şikayət kimzaman tuneli paylaş
  1. bu gün * anadan olmasının 125 illiyi qeyd olunan azərbaycan demokratik cumhuriyyətinin banisi. azərbaycanın tarix səhnəsinin ən önəmli, ən parlaq simalarından biri.

    1953-cü ilin 28 mayında amerikanın səsi radiosunda yayınlanan çıxışı üçün ;


      
     - http://www.youtube.com/watch?v=6rBWjDTb-OU

( cc21 , 9 il əvvəl yazıb )
elapis #16041 şikayət kimzaman tuneli paylaş
  1. vahabzadənin dili ilə desək "bir məzarlıq yer" verə bilmədiyimiz şəxsiyyət. qəbri hələ də ankaradadır.

( redbull , 9 il əvvəl yazıb )
elapis #18223 şikayət kimzaman tuneli paylaş
  1. əsrimizin səyavuşu kimi dəyərli əsəri gələmə alan,şərqdə ilk cumhuriyyətin banislərindən olan ulu öndərimiz.nə pis ki artıg onun izləri tariximizdən silinir.qurucusu olduğu bakı dövlət üniversitetindən belə adı silinən məmməd əmin rəsulzadə biz gənclərin ürəyində daim yaşayacagdır.tək sevindiyim şey gəbrinin anitkabir də olmağıdır.heç olmazsa orda layiq olduğu hörməti görür.

elapis #19617 şikayət kimzaman tuneli paylaş
  1. adı çəkiləndə əliyevlər sülaləsinin canına vicvicə düşən adam.

( atay , 9 il əvvəl yazıb )
elapis #19618 şikayət kimzaman tuneli paylaş
  1. azərbaycanda həddən artıq şişirdilən şəxsdir.bir də üstünə hökümətin ona kifayət qədər qiymət vermədiyi söylənir ki bu doğrudur.ancaq hərdən düşünmək də lazımdır yaxşı ki vermir.bircə heykəlin kölgəsi onsuz da bütün azərbaycanı qaranlığa qərq etməyə kifayət edir.daha çoxunu yaradıb kimlərin işığına qənim olmaq istəyirsiz?

    rəsulzadə vətənini çox sevən,azərbaycan üçün böyük işlər görmək istəyən insan olub.alınmadı,bu onun günahı da deyil.amma bu özü də az şey deyil,sırf bunun üçün də sevə bilərsiz onu.sevmək üçün önünə sırf "dahi,ulu," kimi adlar qoymağa ehtiyac yoxdur.o dövrdə həm azərbaycanda həm bütövlükdə qafqazda onun kimi irəli görüşli,vətəni üçün gözəl şeylər xəyal edən,bunları gerçəkləşdirməyə cəhd edən onlarla insan var idi.

    ümumiyyətlə siyasətçi vəya dövlət adamları üçün "böyük", "görkəmli" ya da "dahi" adlarının yaraşdırılmasının nə dərəcə doğru olduğunu bilmirəm.çünki bugün bu adla anılanların əksəriyyəti sadəcə rəqiblərindən daha hiyləgər,daha tamahkar amma nə olursa olsun ən az rəqibləri qədər alçaqca yollara başvuran insanlardır.bunun azca istisnası 20-ci əsrdir ki heç onlar da böyük filan deyilər.onca şair,elm adamı,yazar varkən belə cömərd titul paylamaq sadəcə tapançanın sehrindən başqa şey deyil.

elapis #26288 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "məmməd əmin rəsulzadə" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın