başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. tərifini verəndə biraz diqqətli olmaq lazımdır.bir bu bir də "imperializm" barəsində cəmiyyətdə bəzən səhv fikirlər olur.çünki işğalçılıq vəya başqa xalqlar üstündə hakimiyyət qurmaq hələ müstəmləkəçilik demək deyil.imperializm barədə eyni şey demək tam doğru deyil.çünki imperializm həm "müstəmləkəçilik" həm də ümumiyyətlə "başqa ölkələlər hesabına torpaqlarını genişlətmək" olaraq başa düşülə bilər.amma hər ikisi bugün demək olar ki birinci mənasında işlədilir.bu səbəblə nə qədim osmanlı torpaqlarını,nə də köhnə çarlıq-sovet torpaqlarını müstəmləkə adlandırmaq zənnimcə elə də asan deyil.çünki bugünki şəkli ilə müstəmləkçilik qavramını tam qarşılayan davranış qərblilərin coğrafi kəşflərdən sonra yeritdikləri sözün həqiqi mənasında acgöz siyasətdir.əslində uzun müddət "dünyanın mərkəzi" şərq olduğu üçün,qərblilər yeni və hələ inkişafın çox aşağı mərhələsində olan qəbilələrin qoruduğu torpaqları tapanda "görməmiş"likdən buralara vəhşicə hücum elədilər,bununla kifayətlənmədilər bu sayədə əldə etdikləri iqtisadi gücün hesabına şərqdə talançılığa girişdilər.əsrlərcə "pox" içində yaşayan bu xalqlar beləcə birdənbirə əldə etdikləri bu zənginlikdən gözü dönüb öncə amerikada daha sonra afrikada və asiyada soyğunçuluğa girişdilər.bu soyğunçuluq şərqdə olduğu kimi bir iki səfərlik talançılığa yada ağır vergilərə də dayanmırdı.artıq amerikada təcrübə etdikləri kimi birbaşa bölgənin təbii zənginliklərinə və insanlarının iş gücünə(kölə sistemi) yönəlmişdi.

    beləcə ilk müstəmləkələrf yarandı.bu müstəmləkələrlə işğalçılar arasında heç bir dini,mədəni ortaqlıq yox idi.bu səbəblə qərblilərin gözündə yerlilərin bir köpüklük dəyəri də yox idi.onların təbii zənginliklərini soymaqları yetməzmiş kimi bunu da yerliləri ölənəcən çalışdırıb onların iş gücü hesabına edirdilər.beləcə bugünkü dünyanın mədəni avropası o dönəmin soyğunçuluğu,vəhşiliyi hesabın yaradıldı.amma buna rağmən coğrafi kəşflərlə tanış ola bilməyən qərbi geridən izləyən şərqin bəzi köklü xalqları qismən ayaqda qala bildi.dediyim kimi rusiya,türkiyə,iran kimi dövlətlər bu mənada qərblə qətiyyən ortaq tarixi paylaşmamağı bir tərəfə,keçdikləri mərhələlər də fərqli olan ölkələrdir.hətta dini dili fərqli olan bu ölkələr eyni taleyi yaşadıqları üçün hardasa ortaq yönləri var.bu səbəblə bugün belə bəzi türklər rusiyaya simpatiya bəsləyə bilirlər.bu ölkələr də işğalçı siyasət yeritmişdi amma bu tammamilə fərqli xarakterdə idi.ən əvvəl əksərə nişğal etdikləri ərazilərdəki xalqlarla qaynaşmışdılar.və əsasən tabeliyindəki xalqlara qərblilərin etdiyi kimi sistematik zülm,soyğunçuluq və təhqir etmədilər.əlbəttə bunlar da mələk deyildi.osmanlının avropada etdiyi qırğınları bəzi xalqlar hələ də unuda bilmirlər(yeri gəlmişkən bu dövlətin şərq və qərb siyasəti arasında kəskin fərqlər var),rusların qafqazda tökdüyü qandan hərkəs xəbərdardır,səfəvilərin keçmişində də kifayət qədər cinayət var.amma dediyim kimi bu qərblilərin müstəmləkəçiliyindən tamam fərqli idi.bu o xalqların çox yumşaq ürəkli olması ilə də əlaqədər deyil sadəcə olaraq "dədə-baba metodu" ilə hərəkət edirdilər.bu ölkələr heç vaxt kapitalist sistem ilə tanış ola bilmədilər.kapitalizmin əsası isə birbaşa müstəmləkəçiliyə dayanır.bu xalqlar imperiya ənənəsi ilə yaşamış daha sonra birbaşa kapitalist güclər ilə qarşı qarşıya qalmışdır.bundan sonra da parçalanmış,avropalıların əsrlərdir içində olduğu sistemə ancaq çox yaxın dönəmdə daxil olmuşdur. * .bu qədər uzun yazıya məzmun vermək lazımdırsa imperiya ənənəsi ilə hərəkət edən xalqlar tabeliyindəkilərin ətini yesə də sümüyünü atmayıb müstəmləkəçilər isə ətini də sümüyünü də üyüdüb.

elapis #22878 şikayət kimzaman tuneli paylaş
  1. qısaca irqçilik.

elapis #22903 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "müstəmləkəçilik" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın