leyla - Zaman Tuneli
leyla (#31837) 5 il əvvəl
ətrafdan eşidilən mırt söhbətlər
məkan: şəmkir rayonunun dəllər cəyir kəndi
uzun illər rusiyada alverlə məşğul olan ata yeganə oğlunun əsgərliyə getdiyini eşidib gəlib və qonaqlıq verir. ləhcəylə danışaraq sözləri bir-birinə qatan ata sağlıq deyir:
- gün o gün olsun qayıt gəl, sənə maşın alım, altına da bir arvad alıb qoyum, ondan sonra mənim də ta bir dərdim qalmasın.
leyla (#31807) 5 il əvvəl
ətrafdan eşidilən mırt söhbətlər
məkan: metro
ləhçələrindən qızın bakılı,oğlanln isə naxçıvanlı olduğu bəlli olur.
qız oğlana deyir:
- elə qəşəng baxırsan ki,sənin baxışında özümü sevdim
- rəhmətliyin nəvəsi, baxıram ki,məni sevəsən, ya özünü?.
leyla (#31429) 5 il əvvəl
leypeyqəmbər
sözlükdəki yazılarına nəzərən deyə bilərik ki, simple ilə birlikdə ikinci dinsiz-imansız adamdı..
leyla (#31427) 5 il əvvəl
allahşükür paşazadə
33 ildi şeyxülislam olsa da vicdanın nə olduğunu bilməyən din adamı.


  
 - http://www.youtube.com/watch?v=0e5fk5dujcg.
leyla (#31420) 5 il əvvəl
simple
bir yazısı ilə dindən uzaqlığını göstərmiş yazar!

(bax: geylər üçün məsçid).
leyla (#31414) 5 il əvvəl
evli qadının evindəykən qapının anidən döyülməsi
evli qadının evində olana əccəb olan haldı! * .
leyla (#31411) 5 il əvvəl
bəxtiyar hacıyev
həbsdə olub çıxandan sonra fikirlərinin deformasiyaya uğradığını düşünürəm..
leyla (#26562) 9 il əvvəl
milli
uzun fasilədən sonra qayıdışına sevindiyim yazardır..
leyla (#26529) 9 il əvvəl
roscidus
ürəyində millət sevgisi daşıyan adamların dilindən öz dəyərsiz adını millətə sırıyan millətdən təcrid olunmuş * kəslərin sayıqlamasına məhəl qoymamalıyıq!

t.rüstəmxanlı, 2008.
leyla (#26525) 9 il əvvəl
narcissus
başının üstünə iki yelpənəkçi yerləşdirmək lazımdır. * * * .
leyla (#26485) 9 il əvvəl
multi tasking
yazılarında belə başa düşdüm ki, həmcinsimdir. burada sayımızı artırdığına görə sevindim. maraqlı yazır, maraqla oxuyuram. * .
leyla (#16014) 8 il əvvəl
baş ayaq
(bax: xaş).
leyla (#6151) 9 il əvvəl
soğan yeməmisən için niyə göynəyir
bir məsələdə günahkar, səbəbkar axtarılarkən özünü narahat göstərən şəxsə ünvanlanan sualdır. "sənə nə olub", "sən niyə öz üzərinə götürdün" sualları ilə eyni mənalıdır..
leyla (#5432) 9 il əvvəl
ən çox oxunan kitablar
çingiz abdullayevin dedektivləri. ancaq rus dilində. azərbaycan dilinə çevirənlər bu yazıçının belini qırırlar..
leyla (#5149) 9 il əvvəl
erkək
azərbaycan və türkiyə türkcəsində fərqli anlayışlar ifadə edən klimədir.

azərbaycan dilndən "erkək" insan üçün istifadə olunmur. bu qeyri etik sayılır. "erkək" kəliməsin ancaq heyvan üçün işlədilir. erkəyin əks cinsi olan heyvana da " dişi" deyilir.

türkiyə türkcəsində isə "erkək" bizim dildəki " kişi" sözünün qarşılığıdır. "kişi" sözünün qarşı cinsi azərbaycan türkcəsində " qadın"dır. türkiyə türkcəsində isə "qadın"ın qarşi cinsi "erkək"dir.

sadəcə kəlimə fərqləri olsa da məntiq eynidir.

bu baxımdan türkiyə türkcəsində "erkək gibi", "erkəkcə" kəlimələrinin də bizim dildə qarşılığı " kişi kimi", " kişiyana" sözləri ilə ifadə olunur..
leyla (#5135) 9 il əvvəl
suçiçəyi
demək olar ki insanların 90 fazinin həyatında bir dəfə başına gələn xəstəlikdir. yoluxucudur. qızdırma verir və bədənənin səpməsinə səbəb olur. daha çox uşaqlarda müşahidə edilir..
leyla (#4323) 9 il əvvəl
ibrahim sadri
bizim tərəflərdə * "ben seni hiç sevmedim ki..." şerinə çəkdirdiyi klibplə tanınmış adamdır..
leyla (#3952) 9 il əvvəl
ekşi sözlük
bizim haqqımızda yazdıqlarını oxuduqdan sonra doğru yolda olduğumuzu görüb, sevindiyim sözlükdür. bizə qiymət verməyə layiqdir. verdiyi qiymət də də dəyərlidir..
leyla (#3827) 9 il əvvəl
türkiyəli dostların sözlüyə axın etməsi
maraqlı hadisədir. azərbaycanlıların - bizlərin də türkiyə sözlüklərinə axın etdiyimiz vaxtlar olmuşdur..
leyla (#3471) 9 il əvvəl
ramblerin tanışlıq servisi
rusların ramber saytının tanışlıq bölməsidir. məni hesab açdığıma min peşman edən səviyyəsizlərlə doludur. təbii ki, özünə və şəxsiyyətinə hörmət edən kəslər də vardı bəlkə, ancaq rastıma düşməmişdir. * .
leyla (#32069) 5 il əvvəl
iradə aytel
reallığı yazan ədiblərdəndir. ilhamını real situasiyalardan, əhvalatlardan alır..
leyla (#31808) 5 il əvvəl
ətrafdan eşidilən mırt söhbətlər
məkan: bdu-nun yataqxanası. buranı qaçqınlar şəhərciyi də adlandırırlar.
üç oğlan təqribən 10-12 yaşlarında olan başqa bir oğlanı döyür. oğlunu xilas etmək istəyən ana qışqırır:
- ay sizi vurğuna gələsiniz,dədəsi dizini yerə qoyub onu nə zülmlə əkib ki, öldürəsiniz?!.
leyla (#31644) 5 il əvvəl
qadınlarla kişilər arasındakı fərqlər
qadınlar rəngarəngdi, kişiler monoton..
leyla (#31428) 5 il əvvəl
simple
(bax: dəhşət).
leyla (#31425) 5 il əvvəl
elşad abdullayev
son zamanların video dedektividir. gülər əhmədova ilə bağlı məşhur videoları var. bir də hansısa hüquqşunasla söhbətini çəkin youtube qoyub..
leyla (#31418) 5 il əvvəl
sol bölümdə futbol ilə bağlı başlıqların çox olması
sözlükdəkilərin çoxunun özünü düşünən kişilər olduğunu göstərən haldı. qadınların marağından uzaqdı və heyif....
leyla (#31413) 5 il əvvəl
geylər üçün məscid
özaramızda nın uğursuz başlıqlarındandır. təbii olaraq da, ateistlər, deistlər, dinsizlər üçün əyləncə vasitəsi olub.
mən düşünmürəm ki, məsçid kişi məclisidi. qadınlar da ora gedə bilər. bu da dindən uzaq qalmağın adamı savadsızlaşdırdığını göstərən faktdı ki, bura yazılıb!.
leyla (#31410) 5 il əvvəl
xingal house
adından elit yerə oxşayır. heyif ki, xingalxana qadınlar üçün deyil..
leyla (#26553) 9 il əvvəl
big gun
mükəmməl bilgi bazasına malik olduğunu hiss edirəm. ancaq nədənsə, heç vaxt eyni vaxtda online olmamışıq. nə vaxt gəlir, nə vaxt yazır, nə vaxt gedir, xəbərim yoxdu. * .
leyla (#26527) 9 il əvvəl
roscidus
hər şeyi öz səviyyəsi və söz yığınından ibarət təfəkkürü ilə ölçməməli olan yazardır. olduğu yerdə sağına, soluna, önünə, arxasına baxmağı da bacarmalıdır. fikir azadlığı və tərz psixologiyasından xəbərimiz var. ancaq bir də həyatda gözə iyrənc görünmək, göz yormaq, göz incitmək anlayışları mövcuddur. vərəqlədiyi fəlsəfə kitablarından bu anlayışlarla bağlı fəslləri də oxumasını məsləhət görürəm. bizim də fəslsəfəmiz var. səbr etmək özü də fəlsəfi məsələdir..
leyla (#26488) 9 il əvvəl
hayalet
səviyyəli yazardır. sözlükdəki həmcinslərimin bayraqdarıdır. həmişə öndə olmasını arzulayıram. * .
leyla (#26435) 9 il əvvəl
atay
alıb sazı, pis demir. * .
leyla (#6172) 9 il əvvəl
ans
azərbaycanda teeviziya kanalı.

(bax: azerbaijan news service)

1990-cu ildə 3 nəfər gənc azərbaycanlı jurnalist, vahid və seyfulla mustafayev qardaşları və mirşahin ağayev tərəfindən azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılıb, sonralar fəaliyyət dairəsini çap və kommersiya məhsullarına genişləndirmiş bir şirkətdir. ans şirkətlər qrupuna " ans televiziya", " ans-press nəşriyyat evi", " ans kommers" və " ans çm" daxildir. qrupun prezidenti vahid mustavayevdir..
leyla (#5493) 9 il əvvəl
dil fərqindən ortaya çıxan mırt yazılar
azərbaycan dilində açılan başlığa vizalı yazarların türkiyə türkcəsində sözlərin qarşılığına görə yazdıqları yazılardan sonra yaranan durumlardır. şəxsimin açdığı dənizə xalatla girən xanım başlığında müşahidə edib gülməkdən məhv olmuşam.

deməli "xalat" sözü azərbaycan türkcəsində qadının evdə geyindiyi günlük geyimdir. türkiyə türcəsində "halat" isə "qalın ip" deməkdir. vizalı yazarlar qalın iplə dənizə girən xanım şəklində başa düşüb başlığı. altına yazdıqları gülməkdən nəfəsimi kəsib.

(bax: məzəniz olsun).
leyla (#5167) 9 il əvvəl
kişi
türkiyə türkcəsindəki "erkək" sözünün qarşılığıdır. ancaq kişi kəliməsi də qardaş ölkəmizin dilində var. türkiyə dilində "kişi" bizim dildəki "nəfər" sözü ilə eynidir. bu uyğunluğa dair bir xatirəm vardır. günlərin birində nənəm türk kanallarından birində xəbərlər proqramını izləyirdi. xəbər yol qəzası ilə bağlı idi. süjetdə deyilirdi ki, "adanada 5 kişi trafik kazasında öldü, 3 kişi yaralandı. samsunda da trafik canavarı can dlır. 3 kişi öldü, 2 kişi yaralandı"... nənəm üzünü mənə çevirib nə desə yaxşıdı? a bala bunnarda da ancaq kişi ölür. heç eşitməmişəm ki arvad ölə. arvadlarının canı bərk olur deyəsən. * .
leyla (#5137) 9 il əvvəl
qaranlıq
havanın qaralmasından sonra, işıqsız ortamda, göz-gözü görməyəndə bizi vahiməyə soxan şəraitdir..
leyla (#5132) 9 il əvvəl
azərbaycanlı
azərbaycanda yaşayan, azərbaycana aid olan və ya kökəni azərbaycana aid olub özü azərbaycanda yaşamayan hər kəs..
leyla (#4310) 9 il əvvəl
27 avqust 2008 fənərbaxça partizan matçı
qaziantepsporla oynadığı kimi oynayacağı təqdirdə, fənərin problem yaşamaq ehtimalı vardır. partizanın müdafiə xətti çox zəifdir. müdafiəçilər olduqca ağır hərəkət edir. araqones bu amili nəzərə alsa, asan olacaq..
leyla (#3829) 9 il əvvəl
türkiyəli dostlar öz aramıza qoşulsa olacaqlar
dəstə-dəstə yazmaqları mümkündür. hərbi bölüklər şəklində... bir nəfər başlıq açan (adına "başlıqçı" deyək), 9 nəfər yazı yazan (adına "yazıçı" deyək) formasında 10 nəfərlik bölüklərlə fəaliyyət göstərməkləri mümkündür. əsas iş "başlıqçı"nın üzərinə düşür. bir bölüyün "başlıqçı"sı həmin gün gəlməsə, həmin bölük sadəcə digər başlıq açanların ümidinə qalacaqdır.

bəziləri fərdi də fəaliyyət göstərə bilərlər. universitetlərdə azərbaycanlı hoca tapmaqları lazımdır. hocadan * başlıqları alıb "kopya çəkmək" üsulu ilə işlərini görə bilərlər. bütün hallarda maraqlı hadisə olacaqdır....
leyla (#3473) 9 il əvvəl
13 avqust 2008 partizan fənərbaxça matçı
11 və 14-cü dəqiqələrdə serblərin şok effkti verən 2 qolu var. nəhəng fənərbaxça bu dəqiqələrə qədər 0:2 uduzur. şok olmuşam. inter əməlli başlı futbol oynayırmış..