kseroks kələntər - Zaman Tuneli
kseroks kələntər (#34377) 4 il əvvəl
gəlməzmi
bir ozan ibrahim şeri. *

necoldu sultanım, necoldu şahım,
kərəm gözlədiyim kara gəlməzmi?
yolu üstə şahın – şonqar, sar qonsa,
eyləyib birtəhər çara gəlməzmi?

misli pərvanəyəm yoxdu qərarım,
çıxıbdı əlimdən dövlətim, varım.
o şəhdi-şəkərim, şahbaz şikarım,
bizə tərəf bəxti qara gəlməzmi?

pünhan dərdim pünhan edib ağlaram,
bu zülümü sinəm üstə saxlaram.
zəngi çaya dönə-dönə qarğaram,
ah-naləmdən zəngi zara gəlməzmi?

səbri-qərarımı əlimdən alan,
məni məcnun edib çöllərə salan,
miskin vücudumda daim var olan,
sevgidən qurduğum tora gəlməzmi?

müştağam o yarın haqqı-sayına,
sürahi boylumun gül camalına.
ibrahim döşəkcə xaki-payına,
dönüb ozanlardan zara gəlməzmi?.
kseroks kələntər (#34375) 4 il əvvəl
ozan heydər
xv əsrdə yaşamış azərbaycan aşığı.
(bax: gəlməz/#34374).
kseroks kələntər (#34373) 4 il əvvəl
vırdıvızan salmaq
qarışıqlıq salmaq. * *
- gedip gəzip gəlir əvlərinə, hər giin bir vırdıvızan salır..
kseroks kələntər (#34371) 4 il əvvəl
vırdıvızan
qarışıqlıq. * *
(bax: vırdıvızan salmax).
kseroks kələntər (#34369) 4 il əvvəl
tırış
natəmiz, pinti.. * * *
- bizim tırış əziz də ağranomluğ * oxuyur..
kseroks kələntər (#34367) 4 il əvvəl
tixma
dolu, ağızbaağız.
cuvalı tıxma doldur..
kseroks kələntər (#34361) 4 il əvvəl
pota
ağdam, başkeçid, borçalı, qazax, şəmkir, tovuz tərəflərdə camış
balası
, ağdaş, zordab tərəfdə donuz balası, kəlbəcərdə ayı balası mənasında işlədilir..
kseroks kələntər (#34359) 4 il əvvəl
gedax
kəlbəcərlilər balaq, camış balası mənasında işlədirlər..
kseroks kələntər (#34357) 4 il əvvəl
barxana
qarakilsə, laçın tərəflərdə boğça, bağlama mənasında işlədilən söz..
kseroks kələntər (#34355) 4 il əvvəl
barxana
qazax, tovuz bölgəsində yorğan-düşək, yatağaq mənsaında işlədilir.
- barxana çox olsa, qonax üçün yaxşı olar..
kseroks kələntər (#34353) 4 il əvvəl
ağacbəlgə
bakı ləhcəsində - əlbəyaxa vuruşma..
kseroks kələntər (#34350) 4 il əvvəl
baqi qalmaq
davam etmək, yaşamaq..
kseroks kələntər (#34348) 4 il əvvəl
baqi
(bax: baqi etmək)
(bax: baqi qalmaq).
kseroks kələntər (#34346) 4 il əvvəl
baqajlıq
minik maşınlarında, motosikletlərdə və s. nəqliyyat vasitələrində baqaj qoymaq üçün xüsusi yer..
kseroks kələntər (#34344) 4 il əvvəl
baqaj
fransızca. nəqliyyat vasitəsilə daşınılan şəxsi yüklərin ümumi adı..
kseroks kələntər (#34342) 4 il əvvəl
bakterioloq
yunanca bakteriologiya mütəxəssisi..
kseroks kələntər (#34340) 4 il əvvəl
kseroks kələntər (#34338) 4 il əvvəl
bakirə
saf, təmiz, korlanmamış, ləkəsiz.
- bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər
bakir hissin ifadəsi vardı.
çəmənzəminli..
kseroks kələntər (#34336) 4 il əvvəl
bakirəlik
qızlıq, saflıq, təmizlik..
kseroks kələntər (#34334) 4 il əvvəl
bakenbard
(bax: bakenbardlı).
kseroks kələntər (#34378) 4 il əvvəl
ozan ibrahim
xv əsr azərbaycan ozanı.
(bax: deyərlər/#34376)
(bax: gəlməzmi/#34377).
kseroks kələntər (#34376) 4 il əvvəl
deyərlər
bir ozan ibrahim şeri. *

mənim yığvalıma talib olanlar,
kövsər şərbətini içdi, deyərlər.
baxdı bu dünyaya sərraf gözüylə,
gövhəri axtardı, seçdi, deyərlər.

xaqan köntöy baxar taxtdan aşağa,
bilirik düşməndi bayquş işığa.
bimürvət zamana neçə aşığa,
yaxasız köynəklər biçdi, deyərlər.

dövranım piyada, yolda yorular,
yazar məlakələr, əməl sorular.
haqq-hesab çəkilər, divan qurular,
çoxları canından keçdi, deyərlər.

yetişsin dadıma püşti pənahım,
əfv etsin çoxdursa cürmi-günahım.
çalışdı, vuruşdu ozan ibrahim,
dünyadan əliboş köçdü, deyərlər..
kseroks kələntər (#34374) 4 il əvvəl
gəlməz
bir ozan heydər şeri.

dərd əhlidi mənim pərim,
sirrin bildirməyə gəlməz.
gözlərimdən yaşlar axar,
nədən sildirməyə gəlməz?

hər nə olub, mənə olub,
gül başımı xoryad alıb.
mənim könlüm ağlar qalıb,
pərim güldürməyə gəlməz.

heydər deyər olmadım şad,
dilədim xudadan imdad.
haqqı görək qanlı cəllad,
bir yol öldürməyə gəlməz..
kseroks kələntər (#34372) 4 il əvvəl
vırdıvızan salmax
kseroks kələntər (#34370) 4 il əvvəl
süysünmək
1. sülənmək; 2. yaltaqlanmaq.
* * * .
kseroks kələntər (#34368) 4 il əvvəl
tımır
qısaboylu. * * .
kseroks kələntər (#34366) 4 il əvvəl
təməsiy
qubadlı, zəngilan, cəbrayıl rayonlarında ləzzət mənasında işlədilən süz.
- onnan nə təmsiy annadın?.
kseroks kələntər (#34360) 4 il əvvəl
pəriskar
qubadlıda taxıl quyusunun ətrafını örtmək üçün küləşə verilən ad.
- quyunun pəriskarını qayırdım, taxıl tökməy olar..
kseroks kələntər (#34358) 4 il əvvəl
fot
şamaxıda içi boş, çürük, xarab (qoz)mənasında işlədilir.
- bı qozzarın hamısı fotdı..
kseroks kələntər (#34356) 4 il əvvəl
barxana
qazax, şəmkir, zəngilan ryonlarında qıza verilən cehiz anlamında işlədilir.
- bizdər qız köçürdəndə ona barxana verərıx..
kseroks kələntər (#34354) 4 il əvvəl
barxana
çəmbərək, qazax, şəmkir, tərtər, tovuz zonasında ev şeyləri, avadanlıq mənasında işlədilən söz.
- anam bütün harxaneyi çölə töküf.
kseroks kələntər (#34351) 4 il əvvəl
baqi
qalan, artıq. pulun baqisi.
– gətir saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən. nəbati..
kseroks kələntər (#34349) 4 il əvvəl
baqi etmək
daimiləşdirmək, əbədiləşdirmək..
kseroks kələntər (#34347) 4 il əvvəl
baqi
ərəbcə daimi, əbədi..
kseroks kələntər (#34345) 4 il əvvəl
baqajçı
dəmir yolunda və s.-də baqaj qəbul edən işçi..
kseroks kələntər (#34343) 4 il əvvəl
bakteriya
yunanca. xəstəlik törədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob..
kseroks kələntər (#34341) 4 il əvvəl
bakterioloji
xəstəlik törədən bakteriyalar tətbiqinə aid olan.
(bax: bakterioloji silah)
(bax: bakterioloji müharibə).
kseroks kələntər (#34339) 4 il əvvəl
bakteriologiya
yunanca. bakteriyalardan bəhs edən elm; mikrobiologiya..
kseroks kələntər (#34337) 4 il əvvəl
bakirə
pozulmamış, toxunulmamış.
(bax: bakirə qız).
kseroks kələntər (#34335) 4 il əvvəl
bakenbardlı
bakenbard qoymuş
(bax: bakenbard).