hazirun - Zaman Tuneli
hazirun (#26703) 9 il əvvəl
zinger
yaman yazmağa başlayan yazar. allah axırını xeyir eləsin. zinger sözü marla zingeri xatırlatdı mənə. deyirəm görəsən əlaqəsi olubmu?.
hazirun (#26419) 7 il əvvəl
ən böyük bədbəxtlik
bədbəxtliyin daha böyüyünün adına deyilir. elə hadisədir ki, heç düşmənin də başına gəlməsin. fərz edək ki, bədbəxlik üz verib və futbol üzrə dünya çempionatına özünü lider hesab edən əslində isə kalxozdan fərqi olmayan geydirmə bir telekanalizasiyadan baxırsıniz. öz özünüzə fikirləşisiniz ki bundan daha betər nə ola bilər ki? elə bu vaxt oyun başlayır və ən böyük bədbəxtliyin "x" telekanalizasiyasında adı gözəl, özü gözəl "x" adlı xiyarın şərhçiliyində futbola baxmaq olduğunu anlayırsınız..
hazirun (#26417) 7 il əvvəl
kemal kılıçdaroğlu
cumhuriyet hırsızlar partiyasının təzə baş oğrusunun adıdır..
hazirun (#26330) 7 il əvvəl
sovyet kültürü
sovet sosialist respublikaları ittifaqında rəsmi təbliğatla yaradılan mədəni anlayış,davranış, ədəbi, bədii, düşüncə dəyərləri bütünü. bu mənada qərb mədəniyyətinə aid deyil. sovet ittifaqında yaşayan slavyan (rus) xalqlarının mədəniyyətinin ağırlıqlı təsiri fonunda yaranmışdır. istənilən meta onu yaradanın xüsusiyyətlərini daşıyır. baskıcıdır, məsələn, qorbaçıvun perestriykasına qədər sovet mədəni anlayışına görə "seks yoxdur". deyim sovet naziri fursenkoya məxsusudur. ümumi incələmədə sovet mədəni anlayışında həm feodal, həm patriarxal həm totalitar ünsürlər asanlıqla görülı bilər. mədəniyyətin bütün sahləri didaktik xarakterlidir. yəni, istənilən əsar sosialist ideyasını öyrətməli, fərdlərə müəyyən davranış qəliblərini aşılamalıdır. insan güləndə belə düşünməlidir..
hazirun (#26328) 7 il əvvəl
bir ibadət növü olaraq seks
yazmaq istədiyim kitabın adıdır..
hazirun (#26326) 7 il əvvəl
bursaspor
2009/2010 sezonu türkiye çempionudur..
hazirun (#26324) 7 il əvvəl
aztv
azərbaycan dövlət televiziyasıdır. faktiki olaraq prezident ilham əliyevi, yəni azərbaycanı idarə edən təbəqəni və bu təbəqənin mənəvi dəyərlərinin təbliğat vasitəsidir. əslində əsəbləri sakitləşdirməyə kömək edə bilən kanaldı. deyək ki, işdən evə gəlirsiniz, əsəbləriniz tarıma çəkilib: metro basabas, avtobuslarda soxasox, üstəgəl, qaz pulunu verdiyiniz adam da pulların hamısını yeyib və sizə saxta çek verib, şikayət etmək istədiyiniz polis şöbəsində isə ümumiyyətlə rəisin harda olduğunu bilən yoxdur. bax tam bu vaxt aztv'ni açırsınız və nə görürsünüz? siz əslində isveçrədə yaşayırsınız, xəbəriniz isə yoxdur!.
hazirun (#26282) 7 il əvvəl
nə mutlu türkəm deyənə
bu başlığa baxa bilərsiniz: (bax: mən fəxr edirəm ki azərbaycanlıyam).
hazirun (#26280) 7 il əvvəl
borc almaq
ən qədim azərbaycan adətidir. deyilənə görə qədim azərbaycanlılar da müasir azərbaycanlılar kimi borc aldıqları pulu adət ənənəyə uyğun olaraq pulun sahibinə vermirdilər. dədə qorqud deyir ki, kişinin borcu olar. borc almağın ən gözəl tərəfi borc alınan pul ilə yaxşı kef eləmək, ya da uymaqdır..
hazirun (#26278) 7 il əvvəl
yarım alma
sonuna nida işarəsi qoyulsa, "heç nəyi yarım yamalaq alma" əmri mənasına gələ bilən ifadədir..
hazirun (#26276) 7 il əvvəl
sevdanın son vuruşu
ilk duyduğumda "porno filmin adı olmalıdır" dediyim mahnı adı..
hazirun (#20060) 8 il əvvəl
vaqif mustafayev
cənab mustafayev, polad müəllim ilə arası bir qədər sərin olan, özündən razı müasir azərbaycanlı kinoçəkəndir. daha dəqiq desək, vaqif mustafayev orta statistiki rusdilli azərbaycanlı ziyalısıdır..
hazirun (#20031) 8 il əvvəl
bir silah olarak asimilasyon
öz mədəniyyəti inkişaf etməmiş xalqlara qarşı aparıldığı zaman nəticə verə bilən siyasətdir. nəticə verməsi üçün assimiliasiyaya məruz qalan xalqın say tərkibi kiçik olmalı, assimiliasiya edən xalqın mədəni, iqtisadi, sosial səviyyəsi çox yüksək olmalıdır. müəyyən qədər inkişaf etmiş xalqların assimiliasiyası tərs effekt verərək hətta üsyana da səbəb ola bilər. çünkü assimiliasiya, assimiliasiya edilənin inkarı ilə başlayır. yəni "siz yoxsunuz, əhəmiyyətsizsiniz" fikri qarşı tərəfə yeridilir əvəzində isə assimiliasiya edənin kimliyinin qəbul etdirilir. yoxluğunu qəbul edən xalq şərəfsizliyi də qəbul edir, çünkü özünü inkar, qorxaqlığın bir formasıdır və sırf buna görə alçaqlıqdır. ona aşılanan yoxluq, əhəmiyyətsizlik fikrinə qarşı gələn xalq isə ya üsyan edir; (məsələn, şeyx şamilin üsyanında olduğu kimi bir üsyan) bir yaxud bir neçə xalqın münasibətlərinin praqmatik və rasional tənzimi forması üçün (bax: inteqrasiya).
hazirun (#20029) 8 il əvvəl
fuck
ingilis dilində insanlar arasında cinsi münasibətin faktiki halına deyilir. azərbaycan dilinə "sikiş" kimi tərcümə edilə bilər..
hazirun (#19985) 8 il əvvəl
səyahətə getmək
daimi yaşadığn yerdən ya iş ya da dincəlmək məqsədi ilə qısa müddətə başqa yerə və ya yerlərə getməkdir..
hazirun (#19931) 8 il əvvəl
nə mutlu türkəm deyənə
bir insanın milli mənsubiyyətindən başqa da fəxr eləyə biləcəyi xüsusiyyətləri olmalıdır dedirdən sözdür. əslində təvazökar olan ingilislər fərz edək ki, magna carta, futbol, ceymis bond, reqbi, həyat səviyyəsi, buxar maşını, ədəbiyyatları, anadangəlmə menecment bacarıqları ilə fəxr edirlər. yenə fərz edək ki, amerikalılar internetlə, viaqranın kəşfi ilə, prozacla, avstriyalılar məsələn glock markalı tapança ilə almanlar mercedes, siemenslə, fransızlar burjua inqilabı ilə, italyanlar modaçıları, ispanlar realmadrid (yada barcelona, o da olmasa pablo picasso ilə, ya da servanteslə), xorvatlar (ingilis dilində croatia yazılan dövlətin vətəndaşları) azitromisinin (azithromycin) kəşfi ilə iftixar edirlər. iddia edilə bilər ki, azərbaycanlılar "hörmət" etməyi hamıdan yaxşı bacarmaları fəxr edə bilərlər. bəs yaxşı tarixlərində heç bir nailiyyətləri olmayanlar nə ilə fəxr etməlidirlər (ya da edə bilərlər) ?.
hazirun (#19912) 8 il əvvəl
ayb
min altı yüzdən çox üzvü olan qurumdur. xalqımız dünyaya əlində qələm gəlir, bunun başqa izahı yoxdur..
hazirun (#19909) 8 il əvvəl
can
bir neçə mənası olan sözdür. bir mənası ilə canlıların həyatda olamasını, yaşamasını ifadə edir. canlıya həyat verən şey candır. bu mənada can maddi deyil. bundan başqa xoşa gələn, sevilən, çox arzulanan mənasında da istifadə edilir bu söz..
hazirun (#19907) 8 il əvvəl
mümkün
bir nəticənin, hərəkətin vəya hadisənin olmasının reallığı, həqiqiliyi, ağılabatanlığı kimi izah ediləbilən sözdür. ehtimal olunan demək də olar. misal: amerika birləşmiş dövlətlərində vergi ödəməmək və ölümdən qaçmaq mümkün deyil. azərbaycan da isə anacaq ölümdən qaçmaq mümkün deyil..
hazirun (#19699) 8 il əvvəl
söyüşlərin münasib yerlərini nöqtələyərək yazmaq
bəlkə də pozğun insanın mədəni hərəkəti də demək olardı, lakin zəmanə elə edir ki, bir çox mədəni insan söyüş söyməyə məcbur olur..
hazirun (#26826) 8 il əvvəl
judas priest fan
judas priest qrupunun fanatiki və metallist olduğunu hesab elədiyim yazardır. bəzən hadisələrə və / vəya faktlara (bəlkə fuck`lara da) ağ/qara gözlüklərlə baxdığından şübhələnirəm..
hazirun (#26420) 7 il əvvəl
vosmoyun bazarı
bazar sözü əvəsinə qəhbəxana demək lazımdır. bazarın da bir qaydası olar. "vosmoy"da kim kimə və necə gəldi soxur. bayırda meyvə-tərəvəz satanlar hər kiloda 400 gram atırlar..
hazirun (#26418) 7 il əvvəl
bədbəxtlik
insanı kədərə qərq edən, qüssələndirən və lənət oxumağa məcbur edən arzuolunmaz, xoşagəlməz, iğrənc hadisədir. məsələn, cənumi afrikada keçirilən futbol üzrə dünya çempionatına lider telekanalizasiyasında baxmağa məhkum olmaq..
hazirun (#26360) 7 il əvvəl
kemal kılıçdaroğlu
troya atı da demək olar. bəziləri ona gandhi deyərək güya xalqdan olduğunu və haqsızlıqla mübarizə apardığını gözə soxmaq istəyirlər. əslində isə kamal əkə standart bir türk dövlət məmurudur. uzun müddət ssk adlı dövlət qurumunu basıb yeyən və indi də haqqını yediyi insanlara baş nazirlik etmək istəyən soyğunçulardan biridir..
hazirun (#26329) 7 il əvvəl
çaldırmaq
istanbul türkçəsində iki anlama gələn sözdür. birinci anlamı bir əşyanın çalınmasına yəni oğurlanmasına imkan vermək. ikinci anlamı isə qadına oral seks elətdirməkdir. azərbaycan ləhcəsində ancaq ikinci anlamı aktualdır. bir müsiqi alətinin başqa şəxs tərəfindən ifa olunmasını təmin etmək mənasına da gəlir. məsələn, saz çaldırmaq. ikinci mənada isə sabinanı çaldırmaq (sabina qadın adıdır).
hazirun (#26327) 7 il əvvəl
kurtlar vadisi azerbaycan
"kurtlar vadisi" deyimi artıqdır, sadəcə azərbaycan demək kifayətdir..
hazirun (#26325) 7 il əvvəl
fənərbaxça
bursaspora çempionluğu hədiyyə edən komandadır..
hazirun (#26283) 7 il əvvəl
ə
ə hərfi, eyni ilə x, q hərfləri kimi azərbaycan dili ilə istanbul türkçesi arasına vurulmuş paz funksiyasını icra edir. vaxtı ilə 90-cı illərdə əlifba dəyişdiriləndə bəzi üzdən iraq ziyalılar (əslidə onlara ziyanlı demək lazımdır) bu hərflər olmasa gələcəkdə gənc nəsil xəbərlər sözünü türklər kimi haberler deyəcəyimizi əsas gətirərək bu geydirmə hərflərin əlifbaymıza daxil olmasına nail olmuşlar (bu ziyanlı dəli kür haqqında roman da yaşmışdır). əslində bununla onlar rus imperiyasının qafqazda iki yüz il ərzində etmək istədyini, yəni ayrı bir millət yaradaraq osmanlı türkləri ilə azərbaycan türklərini bir birinə qarşı istifadə etmək planlarını icra etmişlər..
hazirun (#26281) 7 il əvvəl
günün sualı
bu gün 13 may 2010-cu ilin sualı: niyə dəli kür rüşvət götürmür?.
hazirun (#26279) 7 il əvvəl
18 mayıs 1944
kırım sürgününü heç bir türk dövləti soyqırım kimi tanımamışdır. deyəsən milliyətçi nərə atmaq iş görməkdən asan olsa gərək..
hazirun (#26277) 7 il əvvəl
mərdəkan dendrarisi
adından göründüyü kimi dendraridir. bitkilər zad var. yəqin ki, "bizdə bu da var" məntiqi ilə görüntü yaratmaq daha doğrusu gözə kül üfürmək üçün sovet dönəmindən qurulmuş obyektdir. elə bir əhəmiyyəti də yoxdur. ən azından mərdəkan dendrarisində dünya əhəmiyyətli hansısa fəaliyyət aparıldığı barədə məlumat yoxdur..
hazirun (#26275) 7 il əvvəl
nə mutlu türkəm deyənə
azərbaycanda analoqu belədir: mən azərbaycanlı olmağımla fəxr edirəm! deyimin ataloqu haqqında məlumat yoxdur..
hazirun (#20032) 8 il əvvəl
inteqrasiya
inteqrasiya bir birindən fərqli dəyərləri olan bir neçə mədəniyyətin müəyyən əməkdaşlığı və ya ortaqlığıdır. bir ölkə daxilində yaşayan xalqın (etniki qrupun yaxud azlığın) inteqrasiyası, bu xalqın özünü yaşayaraq, bütün ölkə məsələrində məsuliyyət və hüquq sahibi olmasıdır. inteqrasiyaya kömək edən ən əsas faktor, çoxluqdan fərqli olanların sırf fərqli olmalarına görə məhdudiyyətlərə məruz qalmamalarıdır..
hazirun (#20030) 8 il əvvəl
h.o.s.t alliance
onlara "reper olduqlarını iddia edən gənc kolxozçular" da demək olar. püxtələşib əsl sosialist əməyi qəhrəmanı olacaqlar. bu potensialı onlarda görürüəm. hətta bir gün "azərbaycanın xalq zartist"i adını da alacaqlar. əsas odur ki, kimi dəstəkləmək barədə düzgün qərar vermək və zartlamaq . hələ bir də "qarabağ azad olmasa içdiyim viskilər mənə haram olsun" mövzusunda rep desələr lap bomba olar, uca və qədirbilən xalq aldiği zövqdən boşalar..
hazirun (#20028) 8 il əvvəl
gənc əsgər
bu əsgərə azərbaycan sq-də qeyri-rəsmi olaraq pinqvin (bəzən pinquş) də deyilir..
hazirun (#19947) 8 il əvvəl
kinoteatrda mobil telefonla danışmaq
kinoteatr mədəniyyətinin formalaşması üçün əvvəlcə kinoteatr olmalıdır. kinoteatr olmayan ölkələrin vətəndaşlarının bu yerlərdə necə davranmaq lazım olduğunu bilməmələri normaldlr. azərbaycanlıları kinoteatrlarda belə hərəkətlərinə görə qınamamaq lazımdır..
hazirun (#19913) 8 il əvvəl
qərb yoxsa rusiya
bu gözəl suala uca və müdrik xalqımız belə cavab vermişdir: nə qərb, nə də rusiya! afrika, madaqaskar, absurdistan, bazarbaycan, kalxoz və daha nə bilim nə!.
hazirun (#19910) 8 il əvvəl
kor ərəbin mahnısı
azərbaycan-sovet bəstəkarı fikrət əmirovun, böyük türk şairi hüseyn cavidin sözlərinə yazdığı mahnıdır. sovet rejiminin qurbanı olan ədibin yazdığı seirin sözlərinə, bu rejimə sədaqətlə xidmət edən birinin musiqi yazmasını xüsusi vurğulamaq istədim. bir növ qatilin mərhumun yaxınlarına baş sağlığı verməsi kimidir. alllah cavidə qəni qəni rəhmət eləsin. şeirin sözləri:
nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
tükəndi taqətü səbrim, ədalət! ah, ədalət!
nə öncə öylə səadət, nə böylə zillət olaydı..
hazirun (#19908) 8 il əvvəl
nə qulluq eləyim
hörmət və ehtiram göstərmək çünü istifadə edilən pafoslu ifadədir..
hazirun (#19895) 8 il əvvəl
flyingdutch
uçan hollandiyalı deməkdir..