başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. həzi əhəd oğlu aslanov 1910-cu il yanvarın 22- də lənkəran şəhərində anadan olub. ibtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, sonra o komsomol putyovkası ilə zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930 illərdə bakı və leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra leningrad suvari məktabinə daxil oldu. iki illik təhsildən sora o kotovsk adına iii bessarabiya süvari diviziyasında komandir kimi fəaliyyətə başlayır. hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir həm də öyrədirdi.

    ikinci dünya müharibəsi başlananda o ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. o öz döyüşçüləri ilə donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə qırmızı ulduz ordeninə layiq görüldü.
    24 yanvar 1945–ci ildə həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadiq bir əsgər kimi xidmət göstərmişdir. ölümündən 47 il sonra ona ikinci sovet ittifaqı qəhrəmanı adı verilmişdir.

    həzi aslanovun qəbri bakıda şəhidlər xiyabanındadır. burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə həzinin vətəni lənkəranda onun ev-muzeyi açılmış. 1983–cü il 8 mayda lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

    həzi aslanov, böyük vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 qırmızı bayraq ordeni, 2-ci dərəcəli suvorov ordeni, aleksandr nevski ordeni, 1-ci dərəcəli vətən müharibəsi ordeni, 2 qırmızı ulduz ordeni və medallarla təltif olunmuşdur.

    daha ətraflı: http://az.wikipedia.org/wiki/H...C9%99zi_Aslanov

( icell , 9 il əvvəl yazıb )
elapis #12732 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "həzi aslanov" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın