fiel - Zaman Tuneli
fiel (#26250) 7 il əvvəl
başa düşdünmü sualına yalandan bəli cavabı vermək
qarşıdakı insana eyni cümləni ikinci dəfə təkrar etdirməməkçün bir variantdır.
heç bir pis niyyət yoxdur. bu ancaq əhəmiyyətsiz mövzular haqqında olan söhbətlər üçün keçərlidir. yəni hə desəm nə olar, deməsəm nə olar. qoy hə deyim yazıq ikinci dəfə təkrar etməsin. belə edənlər adətən qızıl kimi insanlardır..
fiel (#25657) 8 il əvvəl
islam
digər dinlər arasında ən mükəmməl sayılan, ama ümümiyyətlə mükəmməl olmayan din. bu dini tərifləyənlərin çoxu onun kitabını oxumayanlardır. qəlbində zərrə qədər də olsun insanlıq olan insanın razılaşmayacağı çox şey olar məncə. oxunduqca hansı ədalətsizliklərin, hətta nə cür məntiqsizliklərin olduğunu görmək olur..
fiel (#25653) 8 il əvvəl
şeytan
pisliyi, şəri təmsil edən obraz. çox güclü təsvir olunur və dünyaya bir nəzər salıb qərar verəsi olsaq, uğurlu, inandırıcı obraz olduğunu söyləmək olar. şəxsən mənimçün mələklərdən daha çox cəlbdici gələrdi. hamı ondan çəkinir, uzaqlaşmağa çalışır, onun şərrindən allaha sığınır. amma heyif ki, bu şeytan deyilən şey, heç də belə qırmızı, buynuzlu bir şey deyil və ümümiyətlə yoxdur. bu dində egonu təmsil edir. pisliyi də təmsil etdiyi üçün, deməli ego pisdir, insan mundardır. kaş ki, ego yaxşı olardı, za to bir dənə şeytanımız da olardı, onunla məzələnərdik. maraqlı olardı. ehh.. * .
fiel (#25651) 8 il əvvəl
günəş
bizim planet sistemimizdə xod gedən, özünü yuxarıdan aparan, alovlu çıxışlar edən, bir az qırağa baxanda elə bir zibil olmadığı görünən ulduz. amma lazımlı şeydir..
fiel (#25649) 8 il əvvəl
tbilisi prospekti
yasamal və binəqədi rayonlarını ayıran prospekt. fövqəladə hallar nazirliyinin binası, azercellin baş ofisi, grand hotel "europe", aztelekom istehsalat birliyi, nəqliyyat nazirliyi bu prospektde yerləşir. hə, bir də "oboy" mağazası. "aboyun yanında saxlıyarsan"..
fiel (#25641) 8 il əvvəl
donuz qripi
1 ay əvvəl haqqında bar-bar bağırıldığı halda, indi 1 kəlmə də eşidilməyən xəstəlik. guya artacaqdı, getdikcə şiddətlənəcəkdi. kişi kimi dolayıblar milyardları barmaqlarına. halaldı..
fiel (#25639) 8 il əvvəl
qəbiristanlığın yanından keçərkən maqnitofonu söndürmək
biraz avam insanların, "sakit yatıblar narahat etməyim" məqsədilə etdikləri hərəkətdir,yəni yaxşı niyyətlə. buna pis baxmaq lazım deyil. onsuz da insan bütün hərəkətlərilə özünü aldadır. o dayday da elə aldadır da..
fiel (#25637) 8 il əvvəl
bakıda aşiq olmaq
küləkdə sevişməklə davam edə bilər. lazım deyil..
fiel (#25635) 8 il əvvəl
yaponlarla çinlilərin fərqi
çinlilərin hər yeri, yaponların ortası qırmızıdır..
fiel (#25633) 8 il əvvəl
hər cür izmə qarşı
"hərcürizməqarşıizm"..
fiel (#20543) 8 il əvvəl
azərbaycan uduzsun deyə dua eləmək
filan qədər problemlərimiz qala-qala və futbolu azərbaycanla eyni səviyyədə olan filan qədər ölkə ola ola, filan qədər pul töküb, futbolda filan qədər nailiyyətlərə imza atmış hansısa xarici ölkənin yığmasıyla, nə var-nə var kimsə azərbaycanın adını eşidəcək deyə yoldaşlıq görüşü keçirməyin anormal olmayan, hətta çox normal nəticəsi...
fiel (#20092) 8 il əvvəl
magna carta libertatum
kralın səlahiyyətlərinə sərhəd gətirən, hüququn kraldan üstün olduğunu deyən anlaşmadır. roma papası, baronlar və kral john arasında imzalanmışdır..
fiel (#20090) 8 il əvvəl
qaqaş çay gətirim
"yanında nə olsun?" sualı ilə vəhdət təşkil edir..
fiel (#20016) 8 il əvvəl
ilahiyyat məscidinin bağlanması
"bakı-islam mədəniyyətinin paytaxtı" çərçivəsində həyata keçirilən məscid bağlama kompaniyasının bir hissəsi..
fiel (#20014) 8 il əvvəl
bakı dövlət sirki
(bax: milli məclis).
fiel (#14396) 9 il əvvəl
ogüst kont
course de philosophie positive (pozitiv fəlsəfə dərs­ləri), systeme de politique positive (pozitiv siyasi sistem) əsərlərinin müəllifidir..
fiel (#14394) 9 il əvvəl
araz hazırlıq kursları
abituriyentləri azərbaycan və türkiyə universitetlərinə hazırlaşdıran kurslar.azərbaycan universitetlərinə hazırlaşdırmağına söz ola bilməz. türkiyə universitetlərinə hazırlığa isə məsuliyyətsiz yanaşdığını eşitmişəm..
fiel (#14391) 9 il əvvəl
get tullanmağının dalıyca
get işinlə məşğul ol, rədd ol burdan, get özünü dola, get hoppan sözlərinin əvəzinə işlədilə bilən deyim..
fiel (#14388) 9 il əvvəl
yeddi şüşə
bəzən topların partlamasına, şüşələrin əlləri kəsməsinə, başına top dəyən uşağın üzü üstə yerə dəyib burnunu itirməsinə səbəb olan oyun..
fiel (#14385) 9 il əvvəl
aralıq
iki seçim qarşısında qalan adamın qərar verməsinin çətinliyini ifadə edən söz.
- aralıqda qalmışam. bilmirəm neyləyim..
fiel (#26706) 9 il əvvəl
zinger
azərbaycana çox lazımlı istedadlı gənc.təmiz qəlbli,səmimi insan,adam kimi adam.sözlükdə seçilən yazarlardan biri olacağına bütün səmimiyyətimlə inandığım can-ciyər,qardaş,dost..
fiel (#26249) 7 il əvvəl
palçıq vulkanları
yeganə şeydir ki, azərbaycan dünyada bu mövzuda birinci yerdədir. * .
fiel (#25654) 8 il əvvəl
oğru
saqqız, şokolad oğrusu yox, amma gecə ciddi ciddi meşoknan, maskaynan zadnan düşünüləndə vahimə yaradan şəxsdir. evin oğru getdikdən sonrakı vəziyyəti isə, insanın beynini alt-üst edir. bir neçə gün özünə gələ bilmirsən.iki dəfə görmüşəm belə ev. * * .
fiel (#25652) 8 il əvvəl
aztv yə alternativ veriliş təklifləri
ilham əliyevin təqdimatında xəbərlər. qoy bütün günü özü haqqında danışsın görsün ləzzəti var? * .
fiel (#25650) 8 il əvvəl
oçeret
birinci gələn, birincidir. tez duran layiqdir. işləyən dişləyər prinsiplərinə görə işləyən məfhum. eşitdiyimə görə, bu düz xətt söhbəti azərbaycanda o vaxt ki "oçeret" idi, həqiqətən də nəsə alınırdı. o ki "növbə"yə çevrildi, hər şey get gedə pisləşdi..
fiel (#25642) 8 il əvvəl
fətullah gülənin internetdən istifadə etməməsi
ən böyük şəbəkələrdən birinin lideridir də, neyniyir interneti. internet onun rəqibidir..
fiel (#25640) 8 il əvvəl
namaz
həyat həbsxanasının jimi..
fiel (#25638) 8 il əvvəl
mırt oxucu məktubları
gülüş obyektinə çevirərək burada bu cür yayınlanması düzgün olmayan məktublardır..
fiel (#25636) 8 il əvvəl
azerilerin türklüğü kabul etmemesi
türklüyün din olmadığını nəzərə alsaq, normal bir şeydir. lap elə din olsa da normaldır. bunu qəbul edib etməməyin bir əhəmiyyəti yoxdur..
fiel (#25634) 8 il əvvəl
qaqaş namaz qılırsan
qarşısındakı insanı "tanımağın" ən qısa yolu.
əsasən belə yox, "qaqaş, namazqılansan?" kimi verilir. burada namaz və qılmaq sözləri biryerdə yazılır. çünki namazqılanlıq ayrı bir xüsusiyətdir. çalışqan, mərhəmətli, aravuran, namazqılan....
fiel (#20545) 8 il əvvəl
okan bayülgen
tvdə gördüyüm və başa düşdüyüm qədərilə, qarşısındakı insana insan kimi yanaşmayan, özünü bəyənən və "yuxarıdan" aparan, özünəməxsus qışqırma stili ilə qulaqlara əzab verən şoumen, showman, şovmen..
fiel (#20094) 8 il əvvəl
oxuyan uşaq
çox adamın bəyənmədiyi tiplərdir. səbəbi məlum deyil. sinifdəki tələbələri avaralar, oxuyan uşaqlar və həm oxuyan,həm avaralıq edənlər kimi qruplaşdırsaq, bu üç qrupun içində ən az sevilənlərdir və ya heç sevilməyənlərdir. bütün gününü boş keçirənlər, boş adamlar isə qat-qat çox sevilirlər. çünki bəzən avaranın əyləndirmək, güldürmək kimi xeyirləri olur. mənfəət cemiyyətində yaşadığımız üçün, oxuyan uşaqları isə, ancaq imtahanlarda bizə kömək edəndə sevə bilirik. amma cəmiyyətin mənfəətini düşündüyümüz zaman, bu oxuyan uşaqların daha çox xeyir verəcəyinə inanıram. ən azından daha şanslıdırlar zənnimcə..
fiel (#20091) 8 il əvvəl
edinka
özünü bir zibil sayanların öz adlarının qarşısında işlətdikləri kəlimə. yek sözünün sinonimidir..
fiel (#20089) 8 il əvvəl
ilk məhəbbət
deyilənə görə heç vaxt yaddan çıxmayan məhəbbətdir.amma heç yadıma da düşmür..
fiel (#20015) 8 il əvvəl
qalstuk
azərbaycanda, bəlkə də bütün dünyada ilk baxışdan rəğbət qazanmağın ən qısa yolu. geyinməklə mədəni insan təəssüratı yaratmaq ehtimalı 97/100dur. bu 100 nəfərin içindəki 3 nəfər isə geyimə görə yox, düşüncəyə görə qiymət verir insana..
fiel (#20013) 8 il əvvəl
tələbəlik illəri
imtahanlar yaxınlaşdıqca stresdən dırnaq, pul olmayanda isə çörəkarası çörək yedirdən illər..
fiel (#14395) 9 il əvvəl
saç uzadan oğlanlarda ağlın qısalması
ağıl uzunluq vahidləri ilə ölçülmədiyi üçün məntiqsiz söhbətdir..
fiel (#14393) 9 il əvvəl
azad azərbaycan televiziyası
azad olduğunu iddia etsə də, pula əsir azərbaycan televiziyası..
fiel (#14389) 9 il əvvəl
sinoptik olmaq
bilə-bilə söyüş sahibi olmaq istəyidir. bəlkə də tanınmayaraq, çoxsunun üzünü görməyərək söydüyü yeganə adamlardır..
fiel (#14386) 9 il əvvəl
şitəngi
şitliyi ilə insanı acdıran adam..