duzelecek - Zaman Tuneli
duzelecek (#34426) 3 il əvvəl
9 iyul 2014 hollandiya argentina oyunu
çox darıxdırıcı bir 90 dəqiqədən sonra uzatmalara getdi oyun ondan sonra da penaltilər. penaltilərlə aram heç yoxdur. gül kimi 2002 dünya kubokunda qızıl qol olurdu həyəcanlanırdıq indi bəxtə xüda biri atır o biri atabilmir bütün günah bir oyunçuya qalır. çox emosional yanaşdım diyəsən..
duzelecek (#34424) 3 il əvvəl
səddam hüseyn
köhnə iraq prezidenti.

---------------------
heykəl yıxılan vaxt özüylə xatirə olaraq amerikaya aparan əsgər tərəfindən heykəlin bir parçası 10 milyon dollara satışa çıxarılıb.
http://www.dailymail.co.uk/new...-10million.html.
duzelecek (#34422) 3 il əvvəl
game of thrones
serialını izlədikdən sonra kitabı ölmədən oxuyacağım kitablar arasında yerini indidən alıb. indiyə kimi izlədiyim ən maraqlı xarici seriallardan biridir. mütləq izlənməlidir..
duzelecek (#34394) 4 il əvvəl
rembrandt van rijn
məşhur holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri..
duzelecek (#34392) 4 il əvvəl
çin xalq respublikası
dünyada əhaliyə görə birinci, əraziyə görə isə üçüncü ölkədir..
duzelecek (#34390) 5 il əvvəl
bidzina ivanişvili
1956-cı ildə gürcüstanın saçxer rayonunun çorvila kəndində anadan olub. gürcüstan dövlət universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. moskvada aspirantura təhsili alıb. hal hazırda gürcüstanın baş naziri..
duzelecek (#34388) 5 il əvvəl
milli şura
sədri rüstəm ibrahimbəyov seçildi..
duzelecek (#34386) 5 il əvvəl
gezi parkı
türkiye-de hadiselerin başladığı yer. iddialar görə hökümətin bu parkı yıxıb yerinə torqoviy center tikmək istəyib.
(bax: gəzi parkı).
duzelecek (#34383) 5 il əvvəl
gmail
1 aprel 2004-cü ildə fəaliyətə başlayan google şirkətinin e-mail xidmətidir. sözlüyədə diyəsən gmail ilə üzv olmuşam. deməli yaxşıdır..
duzelecek (#34429) 3 il əvvəl
bakıda yanan 16 mərtəbəli bina
bakının binəqədi rayonunda baş verən yanğında 16 nəfər ölüb 60-dan çox yaralı var. buna səbəb binalardakı üzlükdü. əsil səbəbkarlar isə əlini qolunu salla sallaya gəzir. məni ən çox üzən isə telekanallarda boş boş verilişlər yayımlanmasıdır..
duzelecek (#34425) 3 il əvvəl
8 iyul 2014 braziliya almanya oyunu
oyunun nəticəsi brazilya 1 - 7 almaniya..
duzelecek (#34423) 3 il əvvəl
american history x
1998 də çəkilmiş filmdir. mövzusu irqçilik vs. dəhşətli üzən səhnələri mi desəm yoxsa... ya da demirəm. özünüz baxın və qərar verin..
duzelecek (#34421) 3 il əvvəl
transformers age of extinction
transformers seriyasının əvvəlki flimlərini sevənlər məncə bu filmdə üzüləcəklər. film cəmi 165 dəqiqədi. heç bu qədər sıxılmamışdım. 165 dəqiqənin 140 dəqiqəsi havada vuruşan metallarla keçdi. aksiyonun həddini aşdığı bir film deyəbilərik..
duzelecek (#34393) 4 il əvvəl
kənd təsərrüfatı
kənd təsərrüfatı heyvan və bitki mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılmasına deyilir..
duzelecek (#34391) 5 il əvvəl
avropa parlamenti
avropa birliyinə üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan avropa parlamenti ab xalqlarının demokratik siyasi iradəsini təmsil edir. parlament avropa birliyinin üç vacib qurumundan biridir və birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir..
duzelecek (#34389) 5 il əvvəl
taksim
istanbul şəhərində yer alan meydanın adı..
duzelecek (#34387) 5 il əvvəl
gəzi parkı
(bax: gezi parkı).
duzelecek (#34385) 5 il əvvəl
yazar
sözlerle iç içe olan daha doğrusu haşır neşir olan şexs..