canıyanmış - Zaman Tuneli
canıyanmış (#33852) 5 il əvvəl
rum rəqəmləri
müasir naxçıvan "xanı" vasif talıbovun sayəsində lətifəyə dönən rəqəmlərdi. iclasların birində, "möhtərəm" xx əsri, "iks iks"nci əsr oxuyaraq, rum rəqəmlərini öz diyarında biraz da məşhur eləmişdir..
canıyanmış (#33850) 5 il əvvəl
yuxarı əylis
naxçıvan muxtar respublikasının ordubad inzibati ərazisində yerləşən kənd.
əkrəm əylislinin doğma kəndi. yazıçını etirazlara məruz qoyan "daş yuxular" romanı ilə birlikdə son vaxtların gündəmini zəbt edib..
canıyanmış (#33848) 5 il əvvəl
error verdirən uşaq sualları
uşaqların ani suallarıdı. hansılar ki, onları böyüklər bilmir və çox hallarda şok vəziyyəti alınır.

- ata, mamanın atası sənin də atan olsaydı, sən mənim bibimin nəyi olardın?.
canıyanmış (#33762) 5 il əvvəl
daş yuxular
əliyevlər üçün ömürləri sabun içində keçən kəsimin başına daş salan əkrəm əylisli əsəridi.
orjinalı ruscadı. orjinal kimi olmasa da, ruscayı bilməyənlər burdan oxuya bilər.

http://nbc.az/xeber/1323.
canıyanmış (#33728) 5 il əvvəl
23 yanvar 2013 ismayıllı üsyanı
azadlıq qəzetinin özünəməxsus şəkildə dozasından artıq şişirərək, adını "ismayıllıda xalq üsyanı" şəklində manşetlədiyi...

http://www.azadliq.info/siyast...alq-usyani.html

apa-da rayon polis şöbəsinin rəisinin açıqlaması da gülüncdü.

http://az.apa.az/news/285983

guya yanan otelin sahibi idarə etdiyi avtomobili dirəyə vuduğuna görə xalq qəzəblənib.
gerçək həmişəki kimi cəmiyyətdən gizlədilir. saxtakar iqtidarı və saxtakar müxalifəti olan bədbəxt xalqın çırpıntılarındadı bu hadisə..
canıyanmış (#33707) 5 il əvvəl
250 plyus
hazırda satirik tv layihəsi kimi ən uğurlu nəsnədir.
azərbaycan tv lərində tapşırıqla bacarıqsız gənclərin çalışdığı reallığını hamımız bilirik. ona görə də, bu və buna bənzər proyektlər normal tezlikli efirlərdə yoxdu. yaxın tarixlərdə olacağına da ümid etmirik..
canıyanmış (#33670) 5 il əvvəl
nail nurəddinoğlu
irsi öyrəniləsi ziyalı adam imiş sən demə. aforizmləri var, özünəməxsus. *

http://nailzeynalov.wordpress....orun-pultu-kimdədirsə-ailənin-bascisi-da-odur/.
canıyanmış (#33638) 5 il əvvəl
mən səni sevirəm
ucuzlaşmış, mənasızlaşmış, qurtarmış ifadə. * .
canıyanmış (#33630) 5 il əvvəl
gijdıllaqdırlar hamısı‚ götverəndirlər
mübariz qurbanlının azərbaycan gəncliyi haqqında real düşüncəsi..
canıyanmış (#33626) 5 il əvvəl
sözlüyün çiçəklənməsi
cc21 siyasi kursunun qarşıya qoyduğu əsas məqsədlərdən biridir..
canıyanmış (#33623) 5 il əvvəl
xristianla xristian müsəlmanla müsəlman olmaq
özünü itirməkdi. dindən vasitə kimi istifadə edilməsi halları siyasi arenada xarakterikdi. adətən böyük siyasi liderlər üzdə hansısa dini kimliyə bürünsələr də, dini idarə yöntəmlərinin bir vasitəsi hesab edirlər..
canıyanmış (#33597) 5 il əvvəl
hitbook az nədir
facebook sosial şəbəkəsində getdikcə məşhurlaşan sual. sualın cavabı məlumdu. əslində hitbook.az ın təqdimatının girişi bu sualla başladığına görə diqqəti cəlb edib, maraqlı pr kompaniyaya çevrilib.
hər kəs ağlına gələn cavabı verir.

məsələn,

- hitbook.az nədir?
- bilmirəm, nədir?
cmylm

- hitbook.az nədir?
- az özünsən, tərbiyəsiz!

‎- hitbook.az nədi?
- əlhəmdülillah, aza da qaneyik. vapşe olmasa neynəyərdik?!

‎- hitbook.az nədi?
- hansı kameradı? hə, biz nəsillikcəh ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab prezident ilham əliyevi dəstəkləyirik.

(bax: hitbook).
canıyanmış (#33570) 5 il əvvəl
vaqif sadıqov
hər məğlub xal itirdiyi oyundan sonra "mütləq "altılığ"a düşəcəyik" deyən məşqçi..
canıyanmış (#33567) 5 il əvvəl
rasim balayev
canıyanmış (#33563) 5 il əvvəl
ay qız mənlə türk dilində danışma
azərbaycan bozbaş təssərüfatının şou-biznesə gətirdiyi yeni nümunələrdəndir.
mustafa production da yığılıb.
*


  
 - http://www.youtube.com/watch?v=rh-GQuk8Ih4.
canıyanmış (#33494) 5 il əvvəl
sümsük
azərbaycan dilinin jarqonlarından biridir. görməmiş anlamına gəlir..
canıyanmış (#33491) 5 il əvvəl
mus mus deyincə mustafa de
bir şeyi dolayı yolla ifadə edən şəxsi konkretliyə dəvət edən zərb məsəllərimizdəndir..
canıyanmış (#33439) 5 il əvvəl
anar nağılbaz
film sektorunda uğursuzluğa düçar olmuş sənətkar. hazırda ans efirinin qonağıdı..
canıyanmış (#33435) 5 il əvvəl
hər yarağımız düzəlib qalıb saqqal darağımız
lazımsız işlər üçün istifadə edilən zərb məsəldir. hər şey hazırdı, bircə bu əksikdi, anlamını verən ironik yanaşma da demək olar.

türkiyə türkləri üçün yanlış anlaşılacaq başlıqdı həm də..
canıyanmış (#33417) 5 il əvvəl
ölümdən öncə son sözlər
- vurmayan kişi oğlu deyil! vurmayanın varyoxunu....
canıyanmış (#33853) 5 il əvvəl
bizneslə məşğul olan deputatlara qadağa
bizneslə məşğul olan deputatların cinayət məsuliyyətinə cəlb oluması barədə müzakirəyə hazırlanmış qanun layihəsi.

http://www.azpolitika.info/news.php?id=4445.
canıyanmış (#33851) 5 il əvvəl
əkrəm əylisli
əkrəm əylisli (tam adı: naibov əkrəm nəcəf oğlu) — nasir, dramaturq, tərcüməçi, 1967-ci ildən azərbaycan yazıçılar birliyinin üzvü,azərbaycan respublikasının sabiq xalq yazıçısı respublika lenin komsomolu mükafatı laureatı (1968), azərbaycanın əməkdar incəsənət xadimi (1968), m.f.axundov adına ədəbi mükafat laureatı (1991), azərbaycan respublikası milli məclisinin iii çağırış deputatı.

2007-ci ildə qələmə alıb indilərdə rusl dilində çap etdirdiyi "daş yuxular" romanı ilə dünya gündəmini zəbt edib. romanı rus dilində yazılmış erməni ruhlu əsər kimi, qələmə verən hakimiyyətyönümlü kəsimlərin təzyiqləri altında prezidentin sərəncamı ilə "xalq yazıçısı" adından məhrum edilib..
canıyanmış (#33849) 5 il əvvəl
futbolmenajeri.com
dünyanın ən məşhur futbolmeneceri oyunu. milyonlar üçün maraqlı əyləncə sayılır.

http://www.futbolmenajeri.com.
canıyanmış (#33847) 5 il əvvəl
fyodor mixayloviç dostoyevski
türkiyədə rus ədəbiyyatı ilə hava atan adamlardın kitablarını oxumadan, şəklini görmədən sillərində saqqız elədikləri addır.

http://postimage.org/image/cnr40qc1b/

  
 - http://www.youtube.com/watch?v=k76bZXtnXgQ.
canıyanmış (#33753) 5 il əvvəl
tükənməz mürəkkəb
sözülüyün yeni simasıdı. tükənmədiyi yazılarından bilinir. çox ciddi perspetiv vəd edən, bir gün hamımızı oxucu edəcək adama oxşayır..
canıyanmış (#33712) 5 il əvvəl
uzaq sahillərdə
1958-ci ildə çəkilmiş azərbaycan filmidir.

kinolent azərbaycan xalqının şanlı oğlu, sovet ittifaqı qəhrəmanı mehdi hüseynzadənin ii dünya müharibəsi illərində italiya və yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.

1959-cu ildə kiyevdə ümumittifaq kinofestivalı
filmə diplom verilmişdir.
bəstəkar qara qarayevə filmin musiqisinə görə ii mükafat verilmişdir.


film aktyor nodar şaşıqoğlunun kinoda ilk işidir.
film aktyor hacımurad yegizarovun kinoda ilk işidir.
film imran qasımov və həsən seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
mehdi hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan cavad həkimli də bu filmdə çəkilmişdir.

ssenari müəllifi : imran qasımov, həsən seyidbəyli
quruluşçu rejissor : tofiq tağızadə
quruluşçu operator : əlisəttar atakişiyev
quruluşçu rəssam : cəbrayıl əzimov, kamil nəcəfzadə
bəstəkar : qara qarayev
səs operatoru : ağahüseyn kərimov
mahnıların mətni : y. dolmatovski
rejissor : rüfət şabanov
operator : rasim ocaqov
quraşdırılmış səhnələrin rəssamı : mirzə rəfiyev
quraşdırılmış səhnələrin operatoru : sergey klyuçevski(s. klyuçevski kimi)
filmin direktoru : teymur hüseynov
operator assistenti : tofiq sultanov
dirijor : niyazi
rollarda


nodar şaşıqoğlu- mehdi (mixaylo)
yuri boqolyubov- veselin
aydar yelikoyeva- anjelika
ələsgər ələkbərov- ferrero
lev bordukov- karranti
andrey fayt- mazelli
qriqori şpigel- şults
nikolay boqolyubov- tinti
adil isgəndərov- rosselini
mariya fiqner- pepitta
konstantin adamov
l. qruber-mehdinin oxşarı
salman dadaşov- agent
lidiya dranovskaya
tələt rəhmanov-xidmətçi
konstantin myakişev-partizan
voldemar zandberq
anatoli falkoviç
boris çinkin
sergey yurtaykin
yan yanakiyev
hacımurad yegizarov- partizan
cavad həkimli-partizan (titrlərdə yoxdur).
canıyanmış (#33706) 5 il əvvəl
azərbaycanlı adları
ərəb-fars mənşəli adların çoxalması ilə qarışan, biyabırçı hal alan mövzudu..
canıyanmış (#33654) 5 il əvvəl
qadının ağlı toyuq ağlına bərabərdir
(bax: quşbeyin).
canıyanmış (#33632) 5 il əvvəl
kəmaləddin heydərov
müxalifətin təzyiqinə "yeni müsavat" qəzetinin hər nömrəsində tuş gələn nazir..
canıyanmış (#33628) 5 il əvvəl
aynur məmmədova
komanda qəzetinin baş redaktoru rəşad ergünə məxsus qadın imzası olduğunu düşünənlər də var..
canıyanmış (#33625) 5 il əvvəl
bir ölkəyə demokratiya aparmaq
abş ın əlində bayraq elədiyi, ancaq abş diktaturasına söykənən siyasətin adıdır..
canıyanmış (#33599) 5 il əvvəl
canıyanmış (#33591) 5 il əvvəl
facebookdakı sevgi mesajını qızın anasının like eləməsi
"həri"nin virtual, müasir formasıdı. * .
canıyanmış (#33568) 5 il əvvəl
dəymədüşər
tez küsən, hər şeydən inciyən adamlara deyirlər.
qədim türkcədən gələn sözdü. azərbaycanlıların xarakterik xüsusiyyətlərindən birini izah edir.

sözlüyə yazmayana dostlarla bəhsləşib küsəyənləşən, kövrələn və "o yazmırsa, mən niyə yazıram" saulı ətrafında gilinc olan tipik soydaşlarıma da bu söz bişən qazandan bir çömçə çəkirik, nuş olsun..
canıyanmış (#33565) 5 il əvvəl
mustafa production
bir "production" adı üçün ən uğursuz seçim və bunu da azərbaycanlılar açıb!

(bax: ay qız mənlə türk dilində danışma).
canıyanmış (#33513) 5 il əvvəl
tanrının admin paneli
tarix: 21.12.2012

dünya>
dağıt>
əminsiniz?>

yox.
canıyanmış (#33492) 5 il əvvəl
mürdəşir
(bax: ölüyuyan).
canıyanmış (#33440) 5 il əvvəl
liftçik
qadınların döşlərinə geydiyi alt paltarının işlər adı.

azərbaycan dilinə qarşılığı hələ ki təsdiqlənməmiş kəlimədi.

(bax: doşlük)
(bax: məmədan).
canıyanmış (#33436) 5 il əvvəl
keçmiş zaman
geridə qalan, artıq qaytarılması mümkün olmayan vaxt məfhumu..
canıyanmış (#33434) 5 il əvvəl
qarşok yerinə sıçmalıq demək
qarşılıqsız kəlimə üçün azərbaycan dilində qarşılıq tapmaq acizliyinin nəticəsidi.
"sıçmaq" kəliməsinin özünü işlətmək ayıb sayılır. biz hələ "qarşok" dərdi çəkirik.

(bax: hər yarağımız düzəlib qalıb saqqal darağımız).