bozqurdd - Zaman Tuneli
bozqurdd (#34412) 4 il əvvəl
kütləvi davalardakı boz kurtkalı oğlan
bakıda, xarkovda, türkmənistanda, moskvada bir sözlə bütün postsovet məkanında hər növ kütləvi davada iştirak edib. xəbər lentində şəxsən adı çəkilməsə də həmişə şəkillləri yer alıb. ətrafındakılar bıçaq, gülllə yaraları alsa da o demək olar ki həmişə sağdır. onu tanımırsınızsa birinci dəfə haqqında oxuyanda kədərlənə bilərsiniz,elə bilərsiniz o da yoldaşları kimi ölüb. xeyr, 2 gün sonra bu dəfə görəcəksiniz ki boz kurtkalı oğlan kamçatkada kütləvi davada iştirak edib. yəni boz kurtkalı oğlanın işi budur, o kütləvi davalarda iştirak edir və şəkil çəkdirir.

nə vaxtdır bu işlə məşğuldur bilmirik, ama cins şalvar və boz sovetski kurtkasından hiss olunur ki berlin divarının yıxılmasında iştirak edib və o zamandan bəri paltarını dəyişməyib. allah bütün yaxşı oğlanların canını sağ eləsin..
bozqurdd (#34380) 4 il əvvəl
əmmaməli komunizm
əhli-şiə kommunizmidir. yeni deyil, bizdə bir az yenidir. dəxilsiz səslənir amma və lakin elə deyil. həm hədisdə buyrulduğu kimi siz asanlaşdıranlardan olun, çətinləşdirənlərdən yox. ya da xeyrə vəsilə olan xeyir iş görmüş kimidir. ya da bir mömin bir deşikdən iki dəfə soxulmaz . cücəni payızda sayarlar və s.

elə isə asanlaşdıraq. məsələn kommunistlə şiə dindarı birləşdirən nədir? ilk ağlımıza gələn, hər ikisi amerikaya nifrət edir. bu gözəl bir başlanğıcdır. amma kifayət deyil. bu qədər zibildən sonra onsuz da hamı bir az amerikaya nifrət edir.

ikisi də cəmiyyəti islah etməyin yolunu onu asmaqda-kəsməkdə-güllələməkdə karoçi s*kməkdə görür. pis deyil. amma bizə daha gerçək, həyatın içindən olan oxşarlıqlar lazımdır.

məsələn siğəni götürək. bu adət özündə islami ənənəyə yaddır ama şiə yoldaşlar yüz illərdir bunu qoruyub saxlayıb. dərinə gedəndə görürsən ki qədim sasani-məzdəki elementlərin qalığıdır. o məzdəkilik ki orgy partilərinin əfsanəsi günümüzəcən çatıb və gələcək nəsillərə də çatacaq. deyilir ki hətta iran şahının başını bişirən məzdək basıb kişinin arvadıynan yatıb. ..hə..belə fərasətli peyğəmbərlər olub. ümumiyyətlə onların çoxu fərasətli idi.. bircə qaribim isa çujoy paxmel gedib. koru sağalt, ölünü dirilt, müftə şərab düzəlt ama lisəli uşaqlar kimi bakir bakir öl. evə nə üzlə qayıdıb bilmirəm.

nə isə. qayıdaq mövzumuza. həvəsim qalmadı mövzuya. ümumiyyətlə kimin si**dədir ki e bu başlıq? sözlük zatən walking dead ayarındadır. əmmaməli əmmaməsiz,amerika zad. s*dirin gedin dədəngiz kimi müsəlman olun. qadasın alaram vəhhabinin. baxın öyrənin də ala?

həyatın cındırığına bax. lazım idi ona su üstündə gəzmək? balıqmı s**cək mk? tövbə əstəfurulla..
bozqurdd (#33960) 5 il əvvəl
ölkənin baş ağsaqqalı
saqqalsız imiş. dedim qırğızıstanda təzəsi var, full package gətirək, saqqalı da olsun, qopuz da çalsın, yeni ildə ho-ho-ho da desin uşaqlar sevinsin. etmədilər. belə əldəqayırma ağsaqqalımız oldu.
tarixin ən götdü ağsaqqalı üçün isə bax, (şəkil: #775).
bozqurdd (#33940) 5 il əvvəl
hivron
kürd musiqi qrupudur. mahsunların, ibrahimlərin məhv etdiyi musiqi mədəniyyətinə keyfiyyət qazandıran insanlardır. onlar heç, bu səviyyədə qrup azərbaycanda ümumiyyətlə yoxdur. bizim də ağ kostyum-şalvarda 60ların beatles-ını yamsılayan öz ibrahimlərimiz var. amma bu yoxdur. dinləmək istəyənlər üçün bir neçə parçası:


  
 - http://www.youtube.com/watch?v=oR9q-0LpMDs&

  
 - http://www.youtube.com/watch?v=g0jVZhBO6VE.
bozqurdd (#33919) 5 il əvvəl
facebookda ingiliscə status yazan liboşlar
niyə edirsiz bunu hə? bu nə ayrı-seçkilikdir? sən get öz işiylən, əməliynən,ağlıynan özünü fərqləndir. azərbaycanca yazsan nə olacaq? əriyəcəksən? mən bir dəfə yazmışdım liboşlar haqqında, görürəm bəzi xallarda qulaq ardına vurmusuz. bəsdirin, özünüzü yığışdırın. mən öz 20 illiyimi poxlu bir yataqxanada keçirmişəm. bu həm mənim təbiətimdir həm də bir yol göstərirəm. belə olmaz, qudurmusuz vapşe. * * .
bozqurdd (#33899) 5 il əvvəl
yeni müsavat
azərbaycanın əksər xəbər saytları kimi google images-ı ən kreativ formada istifadə etməkdədir. bu gün yerləşdirilən xəbərə görə mahmudlu kəndi sakini sədaqət sevgili həyatı yaşadığı əlini bıçaqlayaraq qətlə yetirmişdir. mahmudlu kəndindəki bu üzücü hadisəni alan müsavatçı jurnalistin gözündə isə hadisə belə canlanıb.

- http://www.musavat.com/img/mid/41993.jpg


çırpınırsan ümidsizcə deyilmi? mahmudlu kəndi hardadır? sədaqət kimdir? başqa belə sədaqətlər də varmı? yoxsa bu axırıncı idi? niyə heç kim bizə xəbər verməyib?

yəni bu aşkar məsələdir ki hadisə şəmkirin poxlu kəndində yox, bir məşum gecədə san fransisko otel otağında baş vermişdir. sədaqət * həqiqətən qatildirmi? yoxsa gizli bir oyunun qurbanı? şəmkir rayon prokurorluğunun təqaüdə çıxmış detektivi nick karren bu barədə nə fikirləşir? mahmudlu kəndinin bu gizəmli cinayətində nick-i gözləyən sürprizlər nələrdir?

adının açıqlanmasını istəməyən iqtidar nümayəndəsi * * * bildirir ki bu bakı-şirvan klanının mehdiyevin hakimiyyətdəki mövqelərini zəiflətmək üçün qurğuladığı bir komplodur. quba hadisələri ilə sədaqətin cinayəti arasındakı əlaqə üçün bizi izləyin. nick kimin adamıdır? təqaüdə çıxarılmasının arxasında yatan səbəblər.

yeri gəlmişkən muştuluğumuzu da verin sevgili oxucular, 2013 seçkilərindən öncə rəsmi bakı müxalifətlə dialoq qurmağa hazırlaşır. pasport vermirlər amma dialoq quracaqlar.

belə gic-fantastik informasiya mənbəyi..
bozqurdd (#33893) 5 il əvvəl
kleopatra
etnik olaraq misirli deyil yunan ptolemey sülaləsindəndir..
bozqurdd (#33878) 5 il əvvəl
kök adamların sevişməsi
yəqin çirkin görüntüdür. sənə girib çıxan nədir deyən gombulların səsini eşidirəm. heç nə. bekarçılıq..
bozqurdd (#33836) 5 il əvvəl
çay
müsəlmanın dostudur. kofe kafir üçün nədirsə çay da müsəlmançün odur. bəlkə ondan da irəlidir. yorğun gününüzdə dizinizin taqəti, zəhrimar cəmiyyətdən qaçıb gizləndiyiniz evinizdə gözünüzün işığıdır. yabançı şəhərdə yabançı evi sizə azacıq doğma hiss etdirən içəcəkdir. qaranlıq gecələrdə, soyuq otaqda üşüyəndə hər şeyə rağmən sizi həyata bağlayandır. kitabdan və qələmdən soyuyanda içinizdə yenidən çalışmaq eşqi oyandırandır. ideal çalışma masası, kitablar, a-4 kağızları və yanında bir fincan isti çaydır. beləcə əbədiyyən oxuyub yaza bilərsiniz.

çaysız istirahət istirahət deyildir. çaysız ev , ev də deyildir. nə kofe, nə pivə və hətta nə də araq onun yerini verə bilməz. ətrafınız qrip epidemiyasından tələf olanda sizi bağrına basıb qoruyandır. boğaz ağrısının dərmanı, düzgün istifadə edildikdə obezliyin də peyvəndidir. xalq məsəllərinə olan inancımı bir az olsun qaytarandır.

yazar 4 il qabaq bu nəcib içkiyə qarşı yekəbaşlıq etmişdir..
bozqurdd (#33800) 5 il əvvəl
oblomov
ivan qonçarovun romanıdır. rus romançılığı dünya ədəbiyyatının ən gözəlidir, bu roman isə bütün rus ədəbiyyatının. oxuyub qurtaranda oturub ağladığım kitabdır. günlərlə təsirindən çıxa bilməmişdim.

deyirlər roman oblomovun timsalında şərqin yox oluşunu anladır. hətta tənbəlliyi anlatmaq üçün oblomovizm kəlməsi icad edildi.amma bu çox qəddar münasibətdir. oxuyan hər kəs oblomova simpatiya duyacaq, ürəyi yanacaq amma bu kifayət deyil. oblomov həm də haqlı idi. danışdıqları yanlış deyildi, həyat ştoltz kimi yaşanmamalıdır. belə ideal təbliğ olunmamalıdır, ştoltz boş adamdır, bu gün yaşasa walt street-də borsacı ola bilərdi. bu oblomovun təmsil etdiyi bütün dəyərlərdən azad mühakimədir. ştoltz pis rol modelidir, ştoltzun timsalında bütün qərbi qoymuram, bunu bacara biləcək insan deyiləm.

oblomov iradəsizdir, qorxaqdır, ama sevdiyi qız üçün bircə dəfə dəyişməyə cəhd edir və bacarmır. heç intihar da edə bilmir, yavaş yavaş ölür. ama bitirəndə ağlıma ancaq martin iden gəlirdi., nəyi oxşayır deyilmi? heç nəyi.

mən rusları anlamıram, sevə bilmirəm. rus ədəbiyyatını rusların yaratdığını qəbul etmək çətin gəlir. karikaturadakı qarşılığı ayı olan buz kimi bir millətin belə yazıq, bədbəxt obrazlar yaratmağına inana bilmirəm. niyə isa peyğəmbəri ən gözəl yazan insan dostoyevskidir? isa kimdir? bilə-bilə ölümə gedən, könüllü əzab çəkməyi seçən bir mazoxist. bu əzab bütün rus ədəbiyyatının ruhundadır. uşaq vaxtı çexovun bir hekayəsini oxumuşdum. yanılmıramsa bir evdə qonaq olan bir gəncin, bəlkə də müəllimin, bir qadından xoşu gəlir. ən əsası qadının ondan xoşu gəlir. ancaq qadına heç nə demir. bərabər xizək sürəndə yavaşca "səni sevirəm" deyir. qadın eşidir ancaq elə sakit deyilmişdi ki əmin ola bilmir. bir də xizək sürmək istəyir. və oğlan təkrar yavaşca "səni sevirəm" deyir. qadının yanaqları qızarır, soyuqdan titrəyir amma o sözləri eşitmək üçün təkrar təkrar xizəyə minir. və hekayənin sonunacan da qadına heç nə demir və şəhəri tərk edir. bu əclaf bir hekayədir, üzücüdür amma bitdiyində xəstə bir zövq duyursan.

mən nitşeni yetirən xalqın bir göz qırpımında 6 milyon insanı öldürə bilməsini anlayıram. almanlar dürüstdür. amma oblomovu yazan, dostoyevski ilə peyğəmbərliyi öyrədən xalqın bir göz qırpımında milyonları məhv edə bilməsini anlamıram. bəlkə elə məsələ zövqün xəstə olmağındadır..
bozqurdd (#33780) 5 il əvvəl
yaxşı polis
şirin bir mifdir. onu heç kim tam aydın görməyib. haqqında əfsanələr duya bilərsiniz. təcrübəli, 90-cı illəri görmüş, ən azı 30-40 aksiyadan sağ çıxmış, veteran müxalifətçilər onu gördüklərini deyərlər. ağ dəbilqədə, şəffaf qalxanı ilə bütün polislərin içində inci danəsi kimi işıldayarmış. döyməyinə o da döyürmüş amma gözlərindən oxunurmuş ki bir o qədər də ləzzət almır. amma aksiyaçı ki o gözləri görür, daha ona ölüm yoxmuş. onun vurduğu dubinka, məhərrəmlikdə vurulan zəncir kimi imiş, haqqdan gələn qanın qorxusu yoxmuş.

bunlar əqidəli müxalifətçinin dedikləridir. mən isə bir az bədniyyətəm. bildiyiniz kimi etirazçılar meydanda döyülür, yəni fiziki cəza orda tamamlanır. elə ki maşına yığıb şöbəyə gətirirlər, burda vəziyyət dəyişir, çox az olur ki burda bir də təzədən döyələr. hətta xüsusi günlərdə etirazçıya çay da verilir, qardaşyana əlini çiyninə atıb söhbət də edirlər. bəzən çaypulu adı ilə qədim adətlərimizə uyğun 5-10 manat fırıldaq da gəlirlər. deyirlər "neynək ay qağa, bizim da balamız var, biz də bezmişik". hətta xəlvət düşəndə deyirlər ki bu gün mitinqçilərin sayı az idi, bir az çox olsa belə 5-10 min nəfər üstümüzə gəlsə həzrətabbas haqqı keçəcəyik sizin tərəfə. bizim yetim müxalifətçi də 10-15 sutka yatandan sonra qayıdıb facebook-a həyəcanla yazır ki pəs "az qalıbdır yoldaşlar, polislərin içində də insan adamlar var. kritik vaxtda * onlar bizə tərəf çıxacaqdır. mən bilirəm ki, onlar ürəylərində bizimlədilər. mən bunu bilirəm! onlar da artıq belə yaşamaq istəmir. mən onlardan bizə qoşulmağı xahiş edəcəm. nifrətlə yox, sevgi ilə!". biçarə nə bilsin ki bütün bunlar hakimiyyətin işgəncə rejminin ikinci fəsli idi. fiziki əzab anlıqdır, döyürlər, uzaq başı təpiyin izi 3 günə dubinkanın qançırı 1 həftəyə keçəcəkdir. ancaq bu mənəvi terrorun izi, müxalifətçinin içindəki ümid qığılcımı ilə məzələnməyin yarası 95-dən bəri keçmir..
bozqurdd (#33761) 5 il əvvəl
daş yuxular
2 ay qabaq "xalqlar dostluğu" adlı rus jurnalında yayınlanan əkrəm əylisli romanıdır. bir neçə gündür haqqında mübahisə gedir, söyürlər, basdırırlar, müdafiə edirlər.

roman 90-cı illərin əvvələrində erməni-azərbaycanlı münasibətlərindən bəhs edir. romanı tam şəkildə yeni oxumağa başlayıram, ancaq mətbuatda qırıq-qırıq yayılan hissələrinə baxılarsa davada ölənlərimizdən yox öldürdüklərimizdən danışır. onu da başa düşürəm, mümkündür ki 26 fevral yaxınlaşanda hər il tv-də fəryad filminə baxmaqdan bezib. kim olsa bezər.


ümumən romanın yazılmasında sevindim. söyənləri da başa düşürəm. onları qınamaq, insanlara demokratiya vəzi vermək fikrində deyiləm. peyğəmbərlik etməyi sevən insanlar var, böhran anlarında çıxıb müəllimlik etməyi sevirlər. o da bir növ psixoloji doyumdur, ehtiyacları var.

sevinməyimin səbəbi bir az başqadır. ən birinci ona görə ki 20 ildir müharibəyə göstərilən nadir ciddi yanaşmadır. müharibə fəlakətdir, bunu tez tez deyirlər ancaq həqiqətdə nə demək olduğunu çox azı hiss edir. quru müəllimlik naminə təkrar edilən sözdür. qarabağ müharibəsi zamanı 200 min erməni, bunun beş qatı azərbaycanlı illərdir yaşadığı torpaqdan qovuldu. bildiyimiz ən azı bir qəsəbədə bütöv soyqırım yaşandı, şəhərlərdə insanlar doğmaca evlərində döyülüb öldürüldü. ancaq bütün bunları görən, yaşayan, oxuyan ölkədə müharibəyə tarixin ən səfeh münasibəti göstərildi. dövlət təbii vəzifəsini yerinə yetirərək 90-larda bir yaşında ola nəsli yenidən kəsməyə öldürməyə köklədi. bu azacıq da olsa aydındır, bəlkə başqa bizim kimi məmləkətlər də vardır. bəlkə dövlətlərin xasiyyəti belədir. daha eybəcər və çirkin münasibət isə özünü yaradıcı hesab edən adamlardan gəldi. hər cür oğraşlığın baş verdiyi bir dövrə göstərilən ən insanı münasibət toplumların necə eşşək, qıjı olduqları idi. bu insani münasibət deyil ki. istənilən psixologiyası pozulmamış adam baş verənlərə normal rasional münasibət göstərə bilər. 2+2-nin 4 olduğunu demək niyə insanlıq olsun ki?

holokost haqqında onlarla film çəkilib, əsərlər yazılıb. hansı biriniz onları oxuduqdan sonra bayıra çıxıb həyəcanla almanların necə axmaq olduğunu düşünməyə başladınız? məsələn " həyat gözəldir" filmini izlədikdən sonra faşistlər haqqında "heç məntiqli hərəkətlər deyil, savadlanın bir az "mı dediniz? kim belə öküz münasibət göstərər axı? bizim geydirmə ədiblərimiz göstərdi. çünki faciəni qanmırlar və qanmaz kimi görünmək də istəmirlər. necə ki psixopatlar kədəri qavraya bilmir ya imitasiya edir ya da sadəcə başa düşürlər.

bu qədər insanlıq ayıbın baş verdiyi dövrə münasibət bildirmək üçün dolmadan, sarı gəlindən, iki qaluboyun "si**şməsindən nümunə gətirən adam psixopatdır. bu gün də əylislini müdafiə edərkən faciəni anlamırlar, peyğəmbərliyi imitasiya edirlər. bu gün əkrəm əylislinin romanının yazılması buna görə sevindiricidir, çünki romanı dövlət ideoloqu yaxud bir psixopat yazmayıb. bu da bir mərhələdir.

romanın yazılmasının ikinci müsbət tərəfi daha var. bildiyiniz kimi yuxarıda sözü keçən kəslər həm də bu günəcən dünya səviyyəsində bir roman yaza bilməyəcəklərini qeyd edir və bunu toplumun eşşəkliyinə bağlayırdılar. məsələn həyəcanla əlavə edirdilər ki novruzəli poçtun nə olduğunu başa düşsəydi mirzə cəlil də daha başqa şeylər haqqında yaza bilərdi. hərçənd ki mirzə cəlil müəllimlikdən qeyri heç bir istedad ortaya qoya bilməzdi, amma bunu qoyuram bir kənara. nə də olsa müəllimlik yaradıcılıq sıxıntısı çəkən adamların həmişəki sığınağıdır.

yəni nəticə olaraq bu adamlar bu gün dolmadan, tükəzbandan, sikdən-götdən, qənirədən başqa bir şey yaza bilməməyin, qanmazlığın * təzahürü olduğunu rədd edirdilər. bu gün əylislinin romanı həm də onu göstərdi ki istənildiyi zaman bəşəri əsərlər yazıla bilər. bəşəri roman pinqvinlər haqqında yazılmır, insanın faciəsi haqqında yazılır. xocalını, sumqayıtı yaşayan xalq faciəni görmüşdür, bunu yaza bilmirsə formalaşmasında bir şeylər səhv getmiş deməkdir..
bozqurdd (#33757) 5 il əvvəl
polis
qədim yunan dövlətlərində bu peşəni kölələr yerinə yetirmişdir. səbəbi də sadədir. çünki azad yunan vətəndaşı hətta küçədə dilənməyi polislik etməkdən üstün tuturdu. bunu demaqoqluq naminə demirəm, tarixi faktdır. yəni ki bilin necə şərəfli peşədir, kökü hardan gəlir..
bozqurdd (#33742) 5 il əvvəl
orqazm
yeniyətmələri ağır sınaqlar qarşısında qoyaraq, onları ümidsizliyə sövq edəcək yanlış anlaşılmalara yol verməyək. orqazma çatmaq üçün seks şərt deyildir * . seksin imitasiya edilməsi də kifayətdir. * * * .
bozqurdd (#33700) 5 il əvvəl
dərsliklər üçün alternativ nənə-bala dialoqları
deməli mənbəyimiz budur: http://www.facebook.com/photo....relevant_count=

hadisə burada cərəyan edir:
http://weblogs.baltimoresun.co.../FlyingPigs.bmp

bala: nənə, niyə adımı eşidənlər "adı ilə böyüsün" deyir?
nənə: onlar istəyirlər ki sən həmişə mehriban olasan

bala: nənə bəs heydər adının mənası nədir?
nənə: qızım, heydər vüqarlı, qüdrətli deməkdir.

bala: nənə bəs o aksiyaçılar kimdir?
nənə: onlar anti-milli ünsürlərdir. çiçəklənə bilmirlər.

bala: nənə bəlkə heç biz də çiçəklənməmişik?
nənə: nətər yanı a bala? *

bala: deyirəm bəlkə bunlar hamısı kitabdır. biz də şəkilik. mən birinci sinif şagirdi kimi danışmıram. içimdə dəxilsiz bir xoşbəxtlik hissi var. paltarım da pioner paltarına oxşayır. 21-ci əsrdə bu saç modeli, heykəllər zad.. nənə biz matritsadayıq. kimsə üçüncü sinif post-sosialist ölkə modeli qurub bizi oynadır. ama tanıyıram bu modeli, alternativ sonluqları yoxdur.
nənə: hıy?

bala: deyirəm aksiyaçılar si**kəcəy bizi.
nənə: kəs səsini. başını sal, dərsini oxu. siyasət murdar şeydir. heç birimiz rüşvət almasaq, rüşvət də yox olar(bax: heç birimiz sıçmasaq aclıq yox olar). bunlar yeyib doyub, başqaları gəlsə daha çox yeyəcək. prezidentimizin ətrafında sıx birləşməliyik. prezident yaxşıdır ətrafı pisdir. bizim qarab...

bala: bizim qarabağ boyda dərdimiz var bilirəm..ikimizi də eyni proqramçı yazıb.
nənə: sonra böyüyə böyürən, böyürə-böyürə qalar. ya da nəsə elə bir şey..
bala: dedim də si**əcəylər..
bozqurdd (#33586) 5 il əvvəl
sarı çiçəyim
köhnələrin hit mahnısıdır. təzədən kəşf elədiyim gözəl mahnıdır. ciddiyəm. bu da bütün blondinka sevənlərə gəlsin. ciddi olmayanlar qulaq asmasın.

  
 - http://www.youtube.com/watch?v=PaBwNpGcJLw.
bozqurdd (#33499) 5 il əvvəl
rəsulzadə fetişizmi
həddən artıq şişirilmiş bir şara ibadətdir. əsası elçibəyin vaxtında qoyulub və bu günəcən artaraq davam etməkdədir. haqqında danışanların əksəriyyəti bu kəsi tanımır, ya da elçibəyin nitqlərindən və 1 məmmədin üstündəki şəkildən tanıyır. rəsmi kanaldan soxuşdurulan heydər bütünə qarşı yaradılan müxalif bütdür. həqiqət budur ki bunların hər ikisi məğlub adamlardır və özünə uğurlu gələcək tasarlayan bir xalqa heç vaxt sağlam təməl olmayacaqlar. əvvəl sözlükdə səhifənin kənarında "oxşar başlıqlar" bölümü var idi, deyəsən artıq yoxdur. rəsulzadə və heydər əliyevə oxşar başlıqlar 31 mart, bolşevik işğalı, 20 yanvar, xocalı, 7 rayonun işğalı və sair bədbəxtliklərdir. uğursuz tariximizə əbədiyyən yapışmış adamlar. və kimsə istəyir ki bədbəxtlərdən özümüzə tanrı yaradaq. niyə?

azərbaycan adını coğrafi anlamdan çıxarıb siyasi kimlik qazandıran şəxslərdən olduğu deyilir. bu zarafat söz deyil. yəni sənin vətəndaşlığın, sənin milliyətin, sənin kimliyini yaradan adam. sənin bu gün özünü necə tanımladığını müəyyən edən şəxs. kimsə qışqırır, bu büt olmağa kifayət etməzmi? mənə elə gəlmir. təkcə ona görə yox ki büt elə varlığı etibarı ilə axmaq şeydir. 2 səbəbdən. əvvəla bu kimə lazım idi? azərbaycan və azərbaycanlı kimliklərinin formalaşmasına xidmət edərək nə etdi? bu gün mən özümü azərbaycanlı hesab etdiyim üçün, vətənimin sərhədlərini ağstafadan astaraya qədər çizdiyim üçün rəsulzadə ilə fəxrmi etməliyəm? mən kiminsə tərəfindən azərbaycanlı yox tatar, qafqazlı, türk olaraq dizayn edilsəydim nə olacaqdı? dahamı az qürur duymalı idim? yoxsa azərbaycanlı olmaq bu coğrafiyada yaşayan xalqın millətləşmə prosesinin qaçınılmaz son həlqəsi idi? bu halda hə, minnətdar ola bilərəm, həm də çox. ancaq bütün bunlar mənə bir xeyli fantastik və artıqlaması ilə zorlama teorilər kimi görünür. heç də tarixin qaçınılmazlığı təəsuratı oyatmır.

ikincisi və bəlkə ilkindən daha önəmli olan səbəb isə bu kimliyin, siyasi dizaynın yuxarıda bir dəfə toxunduğum uğursuzluq tarixçəsidir. bu kimlik bizi cılızlaşdırdı, məğlub olduq, yenidən məğlub olduq. bütün bu məğlubiyyətlərin yanında ən yaxşı halda biz 2 milyonluq erməni və 4 milyonluq gürcünün bərabəri olduq. və hətta onlara da uduzduğumuzu demirəm. mən bununla fəxr edə bilmirəm. qitənin o bir ucunda min illik parlament tarixi olan, 5 respublika yıxıb quran, aid olduğu, özünü aid hesab etdiyi mədəni kimliyi dəfələrlə bəşəriyyətə həkk edən xalqlar yaşadığı zaman mən bu cılız tarixlə, cılız bütlərlə fəxr edə bilmirəm. zənn edilməsin ki bu bəsitcə, türkçü emosiyanın özünü müdafiəsi kimi bir şeydir. elə dəyil. rəsulzadənin azərbaycanı, əgər azacıq da olsa bu bədbəxt insanlara müvəffəqiyyət, özünə inam aşılaya bilsəydi mən bunları yazmadım. ama aşılamır.

rəsulzadə və onun çevrəsindəki şəxsləri hətta bu xalqın "qurucu atalar"ı kimi təqdim etmək istəyənlər var. vallah gülüncdür. aydın məsələdir ki bu rüsvayçı təklifin orijinalı amerikan tarixindədir. o qurucu atalar ki bir yeni millət, yeni dəyərlər yaratdı. qurduqları dövlət 200 ildən çoxdur dayanmadan möcüzəvi uğurlar qazanır. bəlkə tarixin gördüyü ən möhtəşəm dövlətlərdən birini yaratdılar. və yaratdıqları üçün özləri ilə fəxr də edə bilərlər. həqiqətən görmürsüzmü ki başqaların qan tökərək bizə hədiyyə etdiyi, ömrü heç 2 il çəkməyən bir dövlət amerikan tarixinin sadəcə bərbad bir parodiyası ola bilər? utanmırsınızmı bunu təklif edəndə?

bütün bunlar bir yana bu xalq 1000 ildən çoxdur bu torpaqlarda yaşayır, 300 il qabaq amerikaya köçən, avropanın tör-töküntü qaçqınlarının yaratdığı yeni millətlə özünüzü necə eyniləşdirə bilirsiz? bizim tariximiz sizə bu qədərmi suni gəlir ki öz qurucu atanızı 1000 illik tarixin son 100 ilinin 2 illik kəsiyində axtarırsınız?

bilirəm bəlkə zənn edirsiz ki mən bunu həddən artıq şişirdirəm, elə deyil. siz təsəvvür edə bilirsizmi, adının önündə professor ünvanı olan bir tarixçi, "qurucu atalar" a işarə edərək "siz o kişilərdən ağıllı olmayacaqsız ki" deyə bilir. yəni adam özünü itirib, cılız təfəkküründə bu adamları allah yerinə qoyur. bu sadəcə onun problemi deyil, rəsulzadə fetişizmindən əziyyət çəkən bütün bədbəxtlərin problemidir. onlar böyük gələcək arzulamır, nəinki arzulamır heç gözləmir də. onlar bir-birini kəsən qaraçı balkan dövlətləri kimi nə vaxtsa hansısa böyüyün qoltuğuna girib əmin-amanlıq şəraitində yaşamağı arzu edir. əmin-amanlıq pis şey deyil, amma yenə kimlərinsə hədiyyə etməsi ilə qurtulmaq, bunu bilmirəm..
bozqurdd (#33399) 5 il əvvəl
qan turalı
haqqında ironiya ilə danışılması bir az qəliz olan kəsdir. hətta tərifini vermək də. yəni nə bilim, kumiri ahmet hakan olan bir adamla mən axı necə mırt tutum? şəffaf adamdır, lətifəsi asandır başa düşüləndir, alnına yazılıb. alnı da yekədir * . türkiyəli arabesk jurnalistlər kimi ağlayaraq düşündürmək istəyənlərdəndir. bunu yanlış anlamayın, mən ağlayan yazara hörmət edirəm. dərd odur ki ağlaya bilməyəsən. bütün ağlayan adamlar kimi şeir yazır, yağışlı havada pəncərə önündə oturub ilhan irem mahnılarına qulaq asır, alınsa bu barədə facebooka status yazır. boş vaxtlarında rəfiqələri ilə pijama partisi keçirir.
bax belə, görürsən adam istəyəndə tapır, halbuki ahmet hakan demişdik, alnı yekə demişdik, haqqını yemişdik. kişi özü boyda materialdır. roman da yazır.
(bax: polis qorxusu ilə öpüşmək)
(bax: çiyələkli gecənin pornoqrafiyası)
(bax: rus institutu 18)
(bax: rus institutu 19)
gözləyirik inşəallah..
bozqurdd (#33254) 5 il əvvəl
yeni il
bozqurdd (#33231) 5 il əvvəl
ayrılmaq istədiyin qızdan ayrılmaq təklifi almaq
düşünülən qədər xoş iş deyil. ayrılmaq istəyən tərəf pis-yaxşı psixoloji üstünlük daşıyır, seçim edir, bəndəsinin taleyinə hökm verir. bir də var bəndə sənə təpiyi vurur, 1-ci gün mal-mal baxırsan, 2-ci gün ağlayırsan, 3-cü gün filosof olursan. buna da qədim yunan elmində fəlsəfənin üç mərhələsi deyilir. platon, platonik sevgini belə kəşf edib, sokrates ibnəymiş, da vinçi də azərbaycanlı olub..
bozqurdd (#34418) 3 il əvvəl
seymur baycan
köşə yazmağı bacaran, kitab yazmağı bacarmayan adamdır. azərbaycan mətbuatında, sektorunda, ümumxanasında * sevdiyim, sayğı duyduğum nadir adamlardandır. yəni sözdür deyirəm, ümumxana təbii ki qayıdıb "sen kimsin ki yarraam" da deyə bilər.

bu adamı niyə sevirəm, çünki seymur baycan mənimçün əxlaq budilniki kimi bir şeydir. hərdən, təmiz yadımdan çıxdığı zamanlarda bir yazısına rastlayıram və mənə hələ də cındırlığın cındırlıq olduğunu xatırladır. əxlaq elastikdir, 4 il qabaq ağlına gələndə diksinəcəyin şeylər haqqında bu gün gülüb danışa bilərsən. bu 4 ildə çevrən dəyişir, dostların, oxuduğun kitablar, işin-gücün dəyişir. bu dəyişim içində sənə bəzi şeylərin hələ də nə isə ifadə etdiyini xatırladacaq şeylərə ehtiyacın var. bu şeylərdən biri seymur baycandır. bu hər halda balaca iş deyil.

bu mənim üçün məna kəsb edən hissəsi. keçək qalan xüsusiyyətlərinə. əvvəla oturub durduğu mühit gijdıllaqdır, dostudur əmisioğludur öz işidir, ama ekran vasitəsi ilə ona deyirəm ki pis uşaqlara qoşulma (bax: biz səni ora oxumağa göndərmişik). yeminlə güneli kor-kor isa məsihə aparsan sağaltmaz. sonra o biri qurbağa parodalı maestro filan var, tağının ölümündən özünə isveçrə bileti düzəldən gəda var, özün bilirsən yorma məni memati.

bir də axır vaxtlar kişilik obsessiyasından əziyyət çəkir. görürsən birdən qaza gəlir ki bəs belə kişi olmaz, bu nə oyundur, kişi şabalıdı sol əllə almalı, pulu sağ əllə saymalıdır zad. qurban olum, bir güzgünün qarşısına keç, tələsmə * , diqqətlə vid-fasonuna bax, gör kişilik raconu kəsəcək pozisiyadasanmı?
şəkil a: https://www.facebook.com/photo...&type=3&theater

bir də ki mentaliteti sağlı-sollu s**əndən sonra vorsayağı kişilik qırıldatmaq olmur ay qa. alınmır.

son olaraq bu 7 kitab yazmaq söhbətini də çox açıb-ağartma. 21-ci əsrdə süpürgəçi də peşə sirrlərini gələcək nəsillərə ötürmək üçün kitab yazıb amazon-da satır. yəni ki ayıbdır, yazdığın elmi iş deyil, ciddi bir araşdırma deyil, kafana görə takılmısan.ayıbdır axı, sonra süpürgəçi sənə qənim olar..
bozqurdd (#34406) 4 il əvvəl
azərbaycanlı kommunistlə türkiyəli kommunistin fərqləri
1. azərbaycanlı kommunist ağsaqqal olur, türkiyəli kommunist gənc.

2.azərbaycanlı kommunist ağsaqqal olduğuyçün həyatın hər üzünü görmüşdür, o artıq xalqı zadı düzəltməklə əlləşmir, onun yaşı keçib, söyür-donquldanır filan. türkiyəli kommunist idealistdir.

3. məsələn ağacı qurtarmaq üçün türkiyəli kommunist parkda çadır qurub mahnı oxuyar, nitq söylər. azərbaycanlı kommunist belə şeyləri bambılılıq hesab edər.

4. azərbaycanlı kommunist bir az da molla olur, türkiyəli kommunist mollaları sevməz ya da uzaqdan sevər.

5. azərbaycanlı kommunist köhnə kişidir, bir cənub şəhərində filmini filan sevə bilər, türkiyəli kommunist müasirdir , özünü yeni yollarla ifadə edər.

6. azərbaycanlı kommunistə qulaq asmaq insanı həyatdan soyudur, iki siqarət çəkib özünü asmaq istəyirsən. türkiyəli kommunistə qulaq asanda qaz maskasını götürüb meydanda qışqırmaq istəyirsən.

7. türkiyəli kommunist insan haqları, soyqırım, etnisite və s mövzulara olduqca həssasdır. faşist onlarda ən ağır təhqirdir. azərbaycanlı kommunistin belə dərdləri yoxdur, hətta ağzını burnunu bir az düzəltsən, faşistə də oxşayır..
bozqurdd (#33962) 5 il əvvəl
türk qızları
bütün şərqə yanlış tanıdılan qızdır. burdan bütün yanıqlara səslənirəm,, boşuna yanmayın qardaşlar, tarkanın klipindəki qızlar türk deyildir.

müşahidələrimə əsasən qonşularımız arasında gözəllik şkalasındakı yeri, rus qızları > azərbaycan qızları > gürcü qızları ≥ * erməni qızları > türk * qızları > fars qızlarıdır.

fars qızları qiyabi uduzur, qara-qura qızlar zövqümə uyğun deyildir, ancaq fikrimi dəyişdirmək üçün şansları var. * * * .
bozqurdd (#33941) 5 il əvvəl
prozopaqnoziya
üz tanıya bilməmək xəstəliyidir. qarşıdakının səsi yaxud başqa xüsusiyyətləri tanınsa da üzü xatırlanmır. beyin zədələnməsi səbəbindən yaxud anadan gəlmə ola bilər..
bozqurdd (#33925) 5 il əvvəl
yeraz düşmənliyi
azərbaycanda tanış-biliş arasında müşahidə etdiyim düşmənlikdir. məlum əsərdən sonra yenə nifrətin qusanlar oldu. səbəbini bilmirəm, azərbaycanda regionları yaxşı tanıdığımı deyə bilmərəm. amma belə kənardan çox gijdıllax görünən hadisədir. bunu naxçıvanlıların etməsi daha da gijdıllax hadisədir. əgər düşmənçilik edərkən azərbaycanın pox gününə qoyulmasında regional əmək faizini əsas alırıqsa onda hakimiyyəti yerazlarla paylaşan naxçıvanlılar gərək şələ-şüləsin yığıb gecəylən qaçsın.

tez-tez eşitdiyim arqumentlər isə yerazların yaltaq olduğu, bu cür qabağa getməkləridir. bakını pis günə qoyublar. bir də torpaqlarını qoyub qaçıblar. yaltaqlıqlarını bilmərəm ama torpaq adamın üzünü qara edən şeydir.

şəxsən yeraz dostum yoxdur, ama hər bir halda faşizmdir, yaxşı hərəkət deyil, etməyin. edənlərə xəbərdarlıq edin, başa salın..
bozqurdd (#33912) 5 il əvvəl
tanqo
argentina mənşəli rəqsdir. ehtiraslıdır, sərtdir, insana az-bir az tanrılıq qatan gözəlliklərdəndir. işçi sinfindən doğub əsilzadə salonlarına girən rastignacdır. fakirdir ama qürurludur. tanıdıqca aşiq olduğum rəqsdir..
bozqurdd (#33897) 5 il əvvəl
talışların hər şeyi mənimsəməsi
bozqurdd (#33890) 5 il əvvəl
eynəyini çıxarıb saçlarını açan katibə
latın serialları bizə bir şey öyrədibsə o da məmələri böyüyüb yubkası qısalan, baxışları vəhşiləşən katibələrdir.. təxminən bu cür metamorfoz keçirir.

(şəkil: #773)
(şəkil: #774)

yoxlayın, deyin "ay xanım sizi eynəksiz olar?". alınmırsa nəyisə düz eləmirsiz. təkrar deyirəm, "ay xanım" deməsəz alınmayacaq..
bozqurdd (#33838) 5 il əvvəl
azərspace-1
bizim istehsal etmədiyimiz, bizim kosmosa göndərmədiyimiz, pulunu verib aldığımız azərbaycan peykidir. belə olan halda azərbaycanın ilk peykini elə 1957-də göndərilən sputnik 1 də hesab etmək olar..
bozqurdd (#33811) 5 il əvvəl
ski sonluqlu soyadları
dünyanın ən xarizmatik soyadlarıdır. oğlanları yaraşıqlı, qızları göyçəkdir. aristokratdır ancaq irqçi deyil, gözəlliyi hər kəsə açıqdır. hətta azərbaycan standartlarında sürünən əbiyev * kimi soyadı bu sonluğu alıb əbiyevski kimi yağlı inamarkaya çevrilə bilər. bərdimuhammədov kimi bədbəxtliyə isə heç allah da kömək edə bilməz. ümumiyyətlə asiyalılar bu cəhəddən tanrının yola verdiyi xalqlardır.

onları si*dir et, mən halımıza yanıram, dibinə qədər yaxınlaşıb, bir astanovka qala düşmək çox ağır gəlir sevgili sözlük * * * . hacıyevski olmaq varkən hacıyevdə ilişib qalmaq allahdan rəvadırmı? bu cəhətdən bəxti gətirən bir neçə azərbaycanlı var ki barmaqla sayılıdır. ərəblinski, sarabski, şuşinski * * * , hətta qotur kəbirlinski də bu gün ən qabaqda gedənimizi soyadı ilə döyər.

bununla yarışa biləcək yeganə soyadı, sonu "iç" ilə qurtaran yugoslaviçlər idi. onların bazarını da 5-6 il qabaq trt-də gedən ayraniç-bol iç-ayraniç-boliç reklamı öldürdü. ta 50 ibrahimoviç də doğsalar xeyri yoxdur. * * * .
bozqurdd (#33799) 5 il əvvəl
ramştayn
youtube-dakı faşist hərbi paradlarının 90 faizində fon musiqisi kimi istifadə olunan qrupdur. yalnız almanlar deyil, ruslar və hətta azərbaycanlılar da bunu edir. mahnının sözlərinin heç bir əhəmiyyəti yoxdur, bir uşağın yuxularından, döyçləndin səfalı guşələrindən ya da ələkbər əmidən bəhs edə bilər. videoda onsuz da tanklar, təyyarələr, şaqat eliyən əsgərlər, çoxlu şaqat eliyən əsgərlər görəcəksiniz. və lindemanın "r" hərfinin ağzını s*kə-s*kə çıxardığı qəzəbli, xırıltılı səslər.
oğraş qrupdur vapşe, qulaq asmayın, new age-ə qulaq asın, ruhunuzu dincəldin, həyatı sevin, sevgilinizə bir dəstə gül alın.
(bax: sabah sabah insanlar eyleniyor haberleniyor güzel şeyler oluyor).
bozqurdd (#33779) 5 il əvvəl
pis polislərin kürd olması
pis mollanın talış, pis generalın ləzgi olması üçbucağının ana sütunudur. azərbaycan müxalifəti inanır ki qan çəkməyən yerdə can da yanmır. haqlı olaraq yaxşı polis kimdir deyə soruşursunuz.
(bax: yaxşı polis).
bozqurdd (#33760) 5 il əvvəl
waffen ss
vermaxtdan müstəqil təşkil olunmuş, yüksək səviyyədə hazırlıq görmüş elit hərbi birliklərdir. faşizmə səmimi qəlbdən nifrət edə bilərsən, irqçilikdən iyrənə bilərsən. heyvanlara əziyyət edildiyi üçün kürk geyməkdən, kosmetik məhsullar almaqdan imtina edə bilərsən. vegeterian, greanpeace-çi, ifadə azadlığına inanan, mənim azadlığımının sərhədi başqalarının azadlığının başladığı yerə qədərdir deyən təmiz ailə qızı liberal ola bilərsən. hətta yaxşı oğlanın məkanı olmaz deyən konservativ tin uşağı ola bilərsən.

ancaq ikinci dünya müharibəsi ilə azacıq maraqlanıb, ss birlikləri ilə tanış olanda həyəcanlanmırsansa, damarlarında qanın axışı sürətlənmirsə ya iküzlü bir əclafsan ya da nirvanaya çatmısan deməkdir. namaste. eşq olsun.

bu video isə bizim kimi geridə qalan primitiv heyvanlara gəlsin.

  
 - http://www.youtube.com/watch?v=LfhyUn_ezqw


vicdan əzabının qeydi: ayıq vaxtları yazar hərb müəssəsinin ləvğini arzu edir, dövlətin müqəddəsliyinə filan inanmır, müharibədən həzz almır, ss tərəfindən öldürülən polyak kəndlilərin meyidlərinə baxıb kayf almır. yazar xəstə deyil. kişi seks əsnasında verdiyi sözlərdən məsuliyyət daşımadığı kimi bu cür emosional orqazm nitqlərinin vəbalını çəkməyə də borclu deyildir..
bozqurdd (#33752) 5 il əvvəl
azərbaycanda faşizm
yox zənn edilir, vardır. yox zənn edilməsi mənim üstün mühakimə qabiliyyətimlə bağlı deyil, faşizm əsasən dar çərçivədə başa düşüldüyü üçündür. hətta dar çərçivədən ziyadə birbaşa nemes kimi anlaşıldığı üçündür. bunun tarixi özü böyük bir ironiyadır, zira stalin faşizmi, hitler faşizmini faşist olmaqda ittiham edirdi. oxuyanda gülməli alınır deyilmi? stalinə gülməli gəlməyib. ümumiyyətlə bilmirik, o gülə bilirdi ya yox. görkəmli standupçı-nın dediyi kimi bəlkə heç gülə bilmirmiş, bunu axı bilmirik. güldüyünü göstərən bir neçə şəkil var, ancaq bu kafi dəlil deyildir. delfinlərin və hətta pişiklərin də güldüyünü göstərən videolar vardır, ancaq bunlara etibar etmək çətindir. bəlkə stalinin üz cizgiləri gülürmüş kimi görünəndə əslində başqa bir emosiyanı ifadə edirmiş? bəlkə ac imiş, yemək istəyirmiş? bunun belə olmadığını kim deyə bilər ki? bütün bunlar bir tərəfə, o öləndə əynində bircə hərbi şineli var imiş, başqa var-dövləti yox imiş, allah ona rəhmət eləsin. 21-ci əsrdə azərbaycanda bunu təsəvvür edə bilirsiz? bir yoxlayın.. adam çılpaqdır, əynində heç nə yoxdur, çiynində şinel var, lüt şinel geyən bir adam sizə baxır. alındımı? hə, sonra ölür. nə isə qayıdaq mövzumuza.

deməli faşizmin bir neçə xüsusiyyəti vardır. totalitardır, dövlətçidir, partiyaçıdır, ümummilli lideri vardır * * * , iqtisadi sahədə korporatisdir, diskriminasiya dövlət siyasətidir. yəni bir insanı müəyyən özəlliklərinə görə topluluğun digər üzvlərindən ayırmaq, onu əksik, aşağı hesab etmək. bu dərisinin rənginə görə ola bilər, dini inancına, danışdığı dilə hətta qulaq asdığı musiqiyə yaxud geydiyi şinelə görə * . buna başqa bir başlıqda ətraflı qayıdacağıq.

indi qısa olaraq bolşevik faşizmi ilə nasist faşizminin oxşar və fərqli xüsusiyyətlərini tapaq. deməli hər ikisi dövlətçidir, hətta bundan daha irəli totalitardır. hər ikisi partiyaçıdır, partiya insan həyatını ən kiçik detala qədər nizamlamağı sevir, bir növ seksual zövq alır bundan. özəl həyat fetişi deyirlər buna. axtarın porno saytlarda tapacaqsız. hər ikisinin öz ümummilli liderləri vardır, bu liderlər arasında fərq ancaq bığlarının ölçüsü qədərdir. bəs iki qardaş cərəyanın fərqləri yoxdurmu? vardır. bu fərq əsasən diskrimasiya siyasətində ortaya çıxmaqdadır. bu hissəsi bir az məzəli bir az da dramatikdir. hər nə qədər mövzunun ciddiyətini zədələsə də yenidən şinelli lüt adama qayıdırıq. nasist faşistlər hesab edir ki şinelli lüt adam əgər sünnətlidirsə o aşağı cinsdir, iqtisadi həyatı iflic edir, sosial həyatı isə yozlaşdırır, buna görə cəmiyyətdən qoparılmalı və hətta öldürülməlidir. bu yerdə bolşevik faşisti etiraz edir və qışqıraraq deyir ki şinelli lüt adamın şeyinin mövzuya heç bir dəxli yoxdur. gül kimi faşizmi belə şeylərlə ləkələmə, ayıbdır, anamız-bacımız var. sənin mentaliletin yoxdurmu? erməni baxıb nə deyər? bizim qarabağ boyda dərdimiz var.. bu yerdə qısa bir səssizlik olur.. nasistlər çaşır, bolşevik də hiss olunur ki özünü itirib. sonra özünü yığışdırıb deyir ki, bəli yoldaşlar əsas məsələ şinelli lüt adamın şeyində deyildir, əsas məsələ onun şinelindədir. axı bu lap aşkar məsələdir, bu adam ancaq şinel geyinib. niyə? o şinelin qiyməti nə qədərdir? və onu hardan alıb? məgər cəmiyyətimizin digər üzvləri də şinel geyirmi? əgər onlar geymirsə deməli şinelli lüt adam da şinel geyinə bilməz. o ancaq lüt adam olmalıdır. ona şinelli statusunu kim verib? bizim cəmiyyətimizdə belə statuslara yer yoxdur. biz hamımız bir lüt adam kimi tələb edirik ki şinelli lüt adam öldürülsün.

sevgili oxucular, gördüyünüz kimi bu iclasdan bir cəsəd mütləq çıxacaqdır. şinelli lüt adam nə olursa olsun qəhbə fələyin oyununa gəlmişdir. bəs onun çıxış yolu nədir? o qəhbə fələyin oyununu poza biləcəkmi? şinelli lüt adamın gələcək macəraları üçün bizi izləyin. hər şənbə bu saatlarda. sağ olun, gələn görüşlərədək. * .
bozqurdd (#33736) 5 il əvvəl
23 yanvar 2013 ismayıllı üsyanı
qubadan sonra ikinci belə hadisədir. baş verənləri bütünüylə izah etmək iddiasında deyiləm ancaq hər dəfə neyzen tevfikin dühasına heyrət edirəm. bəy * deyir ki:

türk milleti tuhaftır
her lafı kaldırmaz
ibne dersin kızar da
sikersin aldırmaz.

bir də kiçik bir qeyd. yazar burda ismayıllılara söyüş söymür, belə bir şey ağlından keçməyib. yazarın ümumiyyətlə hammeri yoxdur..
bozqurdd (#33680) 5 il əvvəl
qəhbə qaşına oxşuyan bığ
bozqurdd (#33547) 5 il əvvəl
corc karlin
demaqoqdur * * . bütün demaqoqlar kimi gözəl danışır. danışdıqlarına nə qədər inanır bilmirəm, çox da inanmadığına ümid edirəm. gülməlidirmi? bir elə yox, ancaq qulaq asmalıdır, qətiyyən darıxmazsınız. şəxsən tanımadığım üçün özü haqqında qəti fikir deyə bilmirəm, ancaq onun danışdıqlarını ciddiyə alanlar, sosial mesaj filan qəbul edənlər axmaqdır. birmənalı olaraq. gəldiyi nəticələr qurdlar vadisi serialı səviyyəsində iddialardır, sürü ilə conspiracy söhbətlər. bəzən səhnədə danışanda gurultulu alqışlar sözünü kəsir, kimsə "yea", "no" filan qışqırır. elə gəlir ki bu qədər axmağı məzələnmək üçün bir yerə yığıb. belə fikirləşəndə haqqında fikrim dəyişir, hörmət edirəm. facebookda bu şəxsin videosunu paylaşıb üstünə nəsə ciddi cümlələr yazan dostunuzdan yaxın vaxtda "bunlar yeyib doyub, o birilər gələndə daha çox yeyəcək", "siyasət bir oyundur" "dövlətlərin daimi dostu olmur daimi marağı olur * " nə bilim "hamısı amerikanın planıdır" "masonlar bizi sikəcək" temalı statuslar da gözləyə bilərsiniz. uzun sözün qısası yürüyən, ayağı-başı olan, nəfəs alan, insana oxşayan, danışan bir zeitgeist filmidir. izləyin əylənin özünüzü çox itirməyin..
bozqurdd (#33403) 5 il əvvəl
xiyara xiyar deyə bilməyən xalq
avropaya girməyə * hazırlanan xalqdır. məlum olduğu üzrə avropa nisbətən mədəni məkandır, bizim kimi deyil. orda vətəndaşa "ə" deyə səslənən polislər tapa bilməzsiniz. hərçənd ki mövzumuza dəxli yoxdur, hollandiyalılar üçün hətta bir az peysərdir deyirlər, yəni hətta o dərəcə. bu səbəbdən qan qardaşlarımız ora daxil olarkən bu nanəcib kəlmənin yerinə "salatalık" sözünü seçmişlər. mədəniyyət başqa şeydir canım.ancaq mən bir kobud sadə azərbaycanlı kimi qeyri-ixtiyarı bir sıra təkliflər verməyə özümü məcbur hiss edirəm.
(bax: qarşok yerinə sıçmalıq demək)
(bax: qəhbə yerinə sikməlik demək)

baxma mundarlığıma, utanıram sözlük...
bozqurdd (#33389) 5 il əvvəl
bizə düşmən lazım deyil
yəni ki xalqımız müharibədən bezib. artıq bizə düşmən obrazı yaratmayın. bütün bunlar siyasətçilərin oyunudur, biz sülh istəyirik.
(bax: paralel dünyalar).
bozqurdd (#33250) 5 il əvvəl
viktor tsoy
hər hansı bir mahnısını açanda sona qədər qulaq asacağın əfsanəvi rus rock ulduzudur. "peremen" mahnısı bütün xalqların himnidir, "zvezda", "paçka sigaret","kukushka" mahnıları ölmədən əvvəl mütləq dadmalı ləzzətlərdəndir. heç bir işə qulp olmasan da, sağ əlin verdiyini sol əlin görsə də görməsə də, hərəyə bir ağac əkməsən də boşuna yaşamış olmayacaqsan, bu da sizin üçün müftə fürsət. belə..