big gun - Zaman Tuneli
big gun (#34264) 4 il əvvəl
nuri şahin
borussia dortmundun türk oyunçusu. feyenoord, real madridliverpoolda da vaxt keçirib..
big gun (#34262) 4 il əvvəl
big gun
4 il sonra geri dönmüş əjdaha.
big gun (#26666) 9 il əvvəl
hayalet
kolleqam, 700 (sözlə yeddi yüz) yazının müəllifi. nə vaxt online düyməsini bassam, canlı yayımda gördüyüm, profilaktika nədir bilməyən "ruh". gün o gün olsun, 1000-ci yazısını daşlı qala restoranında qeyd eləyək.
p.s. mən bu yazını yazanda ondan mesaj aldım. bir daha əmin oldum ki, həyatımızın hər anı izlənilir. :)
.
big gun (#26664) 9 il əvvəl
big gun
sözlüyə gəldiyi müddətdən bəri hələ heç bir yazarın başlığı altında yazısı olmayan yazar. ayıb olsun!.
big gun (#26382) 7 il əvvəl
eurovision 2010
xərclənən 10 milyon avro ilə yalnız 5-ci yeri tuta bildiyimiz mənasız yarış. ümid eləyirəm ki, dərs olacaq və bir daha ciddi yanaşmarıq..
big gun (#26263) 7 il əvvəl
inglourious basterds
şərəfsiz oğraşlar, hətta şərəfsiz oğreşlər kimi də tərcümə oluna biləcək film. film çox yüksək səviyyədə və tarantinonun üslübuna uyğun olduqca cəsur çəklib. məncə ötən ilin ən yaxşı filmlərindəndir..
big gun (#26107) 7 il əvvəl
azerilerin yanında söylenmemesi gereken sözler
(bax: huy).
big gun (#25955) 7 il əvvəl
səfurə əlizadə
nəhayət şayiələrin özünü doğrultduğu, eurovision 2010 mahnı müsabiqəsində bizi təmsil edəcək teenager.

haqsızlığa uğrayanlar
(bax: məryəm şabanova)
(bax: milk & kisses).
big gun (#25946) 7 il əvvəl
big gun (#25894) 7 il əvvəl
ihsan doğramacı
bu gün 95 yaşında vəfat etmiş alim, pediatr, bilkent hacettepe universitetlərinin təsisçisi, türkiyənin ali təhsil qurumunun ilk prezidenti.

(bax: allah rəhmət eləsin).
big gun (#25729) 8 il əvvəl
nigar köçərli
big gun (#25727) 8 il əvvəl
zəhra bədəlbəyli
eurovision mahnı müsabiqəsi üzrə azərbaycanın musiqi koordinatoru. day after day mahnısının söz müəllifi olan zəhra final mərhələsinə çıxmış mahnılardan da birinin müəllifidir.

(bax: eurovision 2010).
big gun (#25679) 8 il əvvəl
eurovision 2010
azərbaycanın milk & kisses, səfurə əlizadə və ya məryəm şabanova ilə təmsil olunacağı, hamının birincilik gözlədiyi yarışma. şayiələrə görə səfurə artıq seçilib, ancaq məncə məryəm gedəcək..
big gun (#25597) 8 il əvvəl
azərbaycan milli futzal komandası
macarıstanda keçirilən futzal üzrə avropa çempionatının yarımfinalına vəsiqə qazanmış komanda. komandamız deməyə o qədər də dilim gəlmir, çünki yığmadakı 12 oyunçudan 5-i braziliyalı, 4-ü isə rusdur. yerdə qalan yerli 3 oyunçudan yalnız rizvan fərzəliyev komandamızın avropanın ən güclü 4 ölkəsindən biri olmasına öz töhfəsini verib.

növbəti mərhələdə rəqibimiz ya serbiya, ya da portuqaliya olacaq. hər halda portuqaliya nisbətən daha asan olardı. qalib gəlsək, finalda çox böyük ehtimalla ispaniya ilə qarşılaşacağıq.

(bax: futzal üzrə 2010 avropa çempionatı)
(bax: brazerbaijan).
big gun (#25281) 8 il əvvəl
avatar
2009-cu ilin ən yaddaqalan filmi. ceyk qardaşımız pandora planetinə göndərilir. navilərin məskunlaşdığı bu planetin öz dili və mədəniyyəti var. yer kürəsindən gələnlərin öz aralarında və yerli mədəniyyətin daşıyıcıları ilə münasibətləri alınmır. james cameron dayımızın bizə növbəti hədiyyəsi..
big gun (#25279) 8 il əvvəl
avropa azərbaycan cəmiyyəti
big gun (#24659) 8 il əvvəl
silvio berlusconi
qəzəbli bir italyan tərəfindən döyülmüş, ağzı-burnu qana bulanmış baş nazir.

  
 - http://www.youtube.com/watch?v=cqDuWdKmvCQ.
big gun (#24627) 8 il əvvəl
fənərbaxça
türk klubları arasında avropa kuboklarında ilk dəfə qrupdan lider çıxmağı təmin edə bilmiş klub. dünənki twente qələbəsindən sonra komandanın 12 xalı olmuşdur ki, bu da sonuncu turdan əvvəl 100% birincilik deməkdir. bu gun qalatasaray panathinaikosa qalib gələcəyi təqdirdə qrup birincisi ola biləcək. hətta türkiyə milli komandasının belə qrup mərhələsində birinci olmaq nailiyyətinə rast gəlinməyib..
big gun (#24582) 8 il əvvəl
mən şanslıyam
google axtarış saytının imkanlarından biri. nadir hallarda istifadə edirəm.

(bax: i m feeling lucky).
big gun (#24483) 8 il əvvəl
adnan hacızadə
2 il müddətinə azadlıqdan məhrum edilmiş gənc fəal, bloqqer

(bax: emin milli)
(bax: xuliqan satirist)

..
big gun (#34265) 4 il əvvəl
mikayıl cabbarov
yeni təhsil naziri

misir mərdanov.
big gun (#34263) 4 il əvvəl
hacıbəy heydərli
almançı nuri şahinlə "müsahibə"si əsl klassikadır.

http://www.qazzetti.com/?p=486.
big gun (#26769) 8 il əvvəl
big gun
demotion almış yazar. bir neçə ayın içində yazarlıqdan əvvəl korrektorluğa, daha sonra isə redaktorluğa yüksəlmiş, göstərdiyi diqqətəlayiq passivlikdən sonra yenidən yazarlığa salınmış mən.

.
big gun (#26665) 9 il əvvəl
təzə xamam
keyfiyyətli və rəngarəng mövzularda yazılar yazan, ancaq bir qədər tələsikliyə yol verən dostumuz. bir neçə mesajlarımıza da cavab verməyə hələ imkan tapmayıb. q və g hərflərinə bir qədər daha diqqətli yanaşsa, daha yaxşı olardı. bir də bəzən elə türkcə sözlərdən istifadə edir ki, o sözlər dilimizdə başqa dildə istifadə olunur (məs; nüfuz vs. əhali).
big gun (#26520) 9 il əvvəl
big gun
ingilis dilindən tərcümədə çox nüfuzlu, səlahiyyətli adam deməkdir. həm də mənim yazar ləqəbimdir..
big gun (#26331) 7 il əvvəl
fənərbaxça
4 ildə 2 dəfə (eyni baş məşqçi ilə) sonuncu turda çempionluqdan imtina edən komandam. əvvəlcədən ürəyimə damdığı üçün 2006-cı ildəki qədər məyus olmadım. hətta bir qədər sevindim ki, daum yenidən qovulacaq..
big gun (#26133) 7 il əvvəl
telman adıgözəlov
57 yaşında dünyadan köçmüş azərbaycanın xalq artisti. allah rəhmət eləsin!

(bax: yaşıl eynəkli adam)
(bax: ordan burdan).
big gun (#26094) 7 il əvvəl
turan ibrahimov
əvvəllər atv-də işləmiş, hal-hazırda ans tv-nin özündənrazı aparıcısı. daha da məşhurlaşmaq üçün iki gün öncə efirdə gedən proqramda insanları fahişə olmağa səsləyib.

http://www.musavat.com/new/Son_xəbər/73135-məşhur_aparici_efirdə_qalmaqal_yaratdi.
big gun (#25947) 7 il əvvəl
mart
azərbaycanlıların 31 günündən 14-də işləməyəcəkləri ay..
big gun (#25900) 7 il əvvəl
big gun (#25753) 8 il əvvəl
tağı əhmədov
bu kədərli, soyuq, qarlı, işıqsız günlərdə bizi yenə güldürmüş dahi şəxsiyyət


  
 - http://www.youtube.com/watch?v=MAxJEIN_ujE.
big gun (#25728) 8 il əvvəl
milli kitab mükafatı
əli və nino nəşriyyat evi tərəfindən təsis edilmiş mükafat. ilk 3 yeri tutan şəxslərə müvafiq olaraq 3000, 2000 və 1000 manat ödəniləcək. artıq longlist elan olunub və bu yaxınlarda shortlist ictimaiyyətə çatdırılacaq.

(bax: nigar köçərli).
big gun (#25681) 8 il əvvəl
azərbaycan milli futzal komandası
avropa çempionatında 4-cü yerlə kifayətlənməmiş yığmamız. yarımfinalda portuqaliyaya məğlub olan braziliyalı azərbaycanlılar 3-cülük matçında da qrup mərhələsində darmadağın etdiyimiz çexlərə uduzduq..
big gun (#25678) 8 il əvvəl
timbaland
big gun (#25422) 8 il əvvəl
səfurə əlizadə
dünən ya özü, ya da geydirmə hesabını yaratmış hansısa ağıllı tərəfindən facebook vasitəsilə mənimlə dost olmaq istəmiş eurovision namizədimiz. gözlərim yaşardı. reklam və təbliğat səviyyəsindən ehtimal etmək olar ki, osloda ölkəmizi təmsil etmək başqasına nəsib olacaq.

(bax: ülviyyə rəhimova).
big gun (#25280) 8 il əvvəl
tale heydərov
big gun (#24881) 8 il əvvəl
gülər əhmədova
abş-da bloqgerin həbsinə etiraz olaraq bəyanatla çıxış etməyi planlaşdıran milli məclisin üzvü. sən bizi güldürdün, allah da səni güldürsün.

(bax: amerikaya demokratiya aparmaq).
big gun (#24639) 8 il əvvəl
öz aramızdı
yeni dizayn, yeni yanaşma və yeni münasibətlə qarşımıza çıxmış, bizləri sevindirmiş doğma balamız.

(bax: etibarsız mənbə).
big gun (#24612) 8 il əvvəl
1-ci özaramızdı zirvəsi
lissabonun sammit şəhərində keçirilməsini təklif elədiyim zirvə.

(bax: lissabon)
(bax: sammit).
big gun (#24522) 8 il əvvəl
milli dirçəliş günü
hər il noyabrın 17-də qeyd olunan gün. bundan 21 il əvvəl (o zaman heç 9 yaşım yox idi) azadlıq (o vaxt lenin) meydanına toplaşan on minlərlə insan o zamankı siyasətə etiraz edib, meydan hərəkatının əsasını qoymuşdu. bundan üç il əvvəl qanunvericiliyə edilmiş dəyişikliklərdə sonra iş günü sayılır..