başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək.
    (bax: şəklə baxmaq)
    (bax: pəncərədən baxmaq)
    (bax: diqqətlə baxmaq)
    (bax: ətrafına baxmaq)
    (bax: güzgüyə baxmaq)

elapis #34271 şikayət kimzaman tuneli paylaş
  1. tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək.
    (bax: kinoya baxmaq)

elapis #34274 şikayət kimzaman tuneli paylaş
  1. mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək; tanış olmaq.
    (bax: kitaba baxmaq)
    (bax: qəzetə baxmaq)

elapis #34275 şikayət kimzaman tuneli paylaş
  1. öyrənmək, oxumaq, məşğul olmaq.
    (bax: dərslərinə baxmaq)

elapis #34276 şikayət kimzaman tuneli paylaş
  1. yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək.
    (bax: əlyazmalarına baxmaq)
    (bax: şagirdlərin dəftərlərinə baxmaq)
    (bax: korrekturaya baxmaq)

elapis #34277 şikayət kimzaman tuneli paylaş
  1. göz gəzdirmək, axtarmaq, araşdırmaq.

elapis #34278 şikayət kimzaman tuneli paylaş
  1. yoxlamaq, müayinə etmək.
    (bax: nəbzinə baxmaq)
    (bax: hərarətinə baxmaq.

elapis #34279 şikayət kimzaman tuneli paylaş
  1. birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək.
    yoldaşlarına bax, özünü düzəlt.
    sən ona baxma, öz ağlınla iş gör!

elapis #34281 şikayət kimzaman tuneli paylaş
  1. fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq,hesablaşmaq.

elapis #34282 şikayət kimzaman tuneli paylaş
  1. bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq.
    sən bu məsələyə necə baxırsan?
    bu işə sadə bir iş kimi baxmaq olmaz.
    mən ona bir alim kimi baxıram.

elapis #34283 şikayət kimzaman tuneli paylaş
  1. müzakirə etmək, gözdən keçirmək.
    iclasda hansı məsələlərə baxacaqlar?
    məhkəmə bu gün işə baxacaqdır.

elapis #34284 şikayət kimzaman tuneli paylaş
  1. ölçüb-biçmək, yoxlamaq, fikirləşmək,düşünmək, mülahizə etmək.

    baxaram, vaxtım olsa, gələrəm.
    baxarsan, xoşuna gəlsə, alarsan.

elapis #34285 şikayət kimzaman tuneli paylaş
  1. qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək.
    (bax: xəstəyə baxmaq)
    (bax: atlara baxmaq)

elapis #34286 şikayət kimzaman tuneli paylaş
  1. nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq,qarovul çəkmək.
    (bax: uşaqlara baxmaq)
    (bax: sürüyə baxmaq)

elapis #34287 şikayət kimzaman tuneli paylaş
  1. idarə etmək, başçılıq etmək, müdirlik etmək.
    - bu işlərə kim baxır?

elapis #34288 şikayət kimzaman tuneli paylaş
  1. müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək.
    - xəstəyə hansı həkim baxır?

elapis #34289 şikayət kimzaman tuneli paylaş
  1. müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq.
    evin pəncərələri həyətə baxır.
    topların ağzı dənizə baxır.
    binanın ön tərəfi şimala baxır.

elapis #34290 şikayət kimzaman tuneli paylaş
  1. asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq.
    məsələnin həlli əksəriyyətə baxır.
    bu iş sənə baxır.
    o baxır sənin fərasətinə.

elapis #34291 şikayət kimzaman tuneli paylaş
  1. bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.:
    (bax: fala baxmaq)
    (bax: ağıza baxmaq)
    (bax: barmaqarası baxmaq)
    (bax: əyri baxmaq)
    (bax: yan baxmaq)

elapis #34293 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "baxmaq" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın