başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. öz aramızda yazarlarının başlıq açarkən diqqət edilməli olduğu aşağıdakı nüanslardır.

    1. öncəliklə axtarın - sizdən əvvəl başqa bir yazar bu mövzuya toxunmuş ola bilər.

    * "rüşvət yeyən müəllim" başlığı "yox" deyirsə, bu "rüşvət alan müəllim" başlığı da yoxdur demək deyil.(ətraflı axtarın, uyğun başlıq ola bilər)
    "rüşvət", "müəllim" hətta "yeyən" kəlimələrini sözlükdə axtarsanız eyni mövzunun fərqli başlıqlarda incələnməsinə səbəb olmaz və cəzalanmazsınız.
     
    2. başlığın tərkibində ü,ö,ğ,ı,ə,ç,ş kimi hərflərdən hər hansı biri varsa, bunları işlətməyiniz şərtdir.
    * "ç" yerinə "c" və ya "ə" yerinə "e" yazmaq başlığın silinməsinə yazarın cəzlandırılmasına səbəbdir.

    3. başlıq açarkən digər yazarların da həmin başlığın altına yazacağını nəzərə almaq lazımdır.

    4. başlıqlar başqa bir başlığın davamı və ya başqa başlığa cavab şəklində olmamalıdır...
     
    6. bir "şey" üçün başlıq açarkən, o "şey"i tam olaraq izah edən kəlimə ya da kəlimələrdən istifadə olunmalıdır.
     
    doğru başlıq: mingəçevir
    səhv başlıq: mingəçevir şəhəri
     
    doğru başlıq: tütək səsi
    səhv başlıq: tütək səsi kinosu

    6. bir internet saytı haqqında başlıq açarkən başlıqda saytın adı bildirilməlidir.
    doğru başlıq: öz aramızdı
    səhv başlıq: www ozaramizdi.org (bu başlıq açıla bilər ancaq "öz aramızdı saytının internet adresi" şəklində yazılar yazıla bilər altına.daha sayt haqqında ümumi məlumat ve s. yazılar "öz aramızdı" başlığına yazılmalıdır.)
    (adı olmayan internet saytları istisnadır. məsələn box.az)

    7. başlıq daxilində hər hansı bir istifadəçinin adı keçməməlidir.(çox istəyirsənsə get nickinin altına yaz)

    8. yazarlar arasında keçən dialoqlar nəticəsində ortaya çıxan cümlə və ya kəlimələr sözlükdə başlıq olaraq açılmamalıdır. başlıqlar subyektiv olmamalıdır.
    * nisyə siqaret verməyən əlövsətə sözün varsa, get üzünə de... o sözlüyü oxuyub zad eləmir.

    9. qrammatik səhv olan başlıqlar silinir...(xoşniyyətli redaktor düzəldə də bilər).

    10. sözlük daxilində və ya xaricində hər hansı bir şəxsi və ya qurumu təhqir edici, alçaldıcı, söyüş tərkibli başlıqlar açılmamalıdır.

    11. etik, əxlaqi baxımdan ailənizdən hər hansı birinin oxumasını istəmədiyiniz başlıqlar açmayın.
    ("mənim anam,bajım internet bilmir, internetə girmir" deməyin... əjdərin maması oxuyub sizinkilərə danışa bilər)
     
    12. tarix tərkibli başlıqlar  " 28 may 1918" şəklində olmalıdır. 28.05.1918 şəklində olmaz!

    13. "alma meyvəsi",  "rock musiqisi" şəklində başlıq açmaq olmaz. doğru olanı: "alma", "rock".

    *özəl adlar istisnadır.

    14. bir fel ya da deyim tərkibli başlıq açarkən məsdərdən istifadə edilməlidir. bu istifadə başlıq altına yazı(izah) yazarkən meydana gələ biləcək səhvləri minimuma salmaq üçündür.
     
    doğru başlıq: plovu əllə yemək
    səhv başlıq: plovu əllə yeyən insan

    * istisnalar ola bilər

    15.məlum bir kəsimə xitab məqsədli başlıqlarda şəxs əvəzliklərində istifadə etmək olmaz.

    doğru başlıq: müəllimin iki yazması
    səhv başlıq: müəllimin sizə iki yazması

    16. şəxslər haqqında açılan başlıqlar, sadəcə "ad və soyad" yazılaraq açılmalı..

    doğru başlıq: ilham əliyev
    səhv başlıq: prezident ilham əliyev

elapis #3654 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "başlıq açarkən diqqət edilməli olan nüanslar" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın