başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. 1. azərbaycan respublikasının əsas etnik qrupu.
    2. azərbaycan respublikasının vətəndaşı.

elapis #2544 şikayət kimzaman tuneli paylaş
  1. etnik qrup deyil. azərbaycan vətəndaşlığı göstəricisidir. azərbaycanda isə azərbaycanlı etnik qrupu yoxdur. türk, talış, ləzgi, tat, avar və.s. var. azərbaycanda çoxluq təşkil edənlər azərbaycan türkləridir. bütün dünyada, elə də güney azərbaycanda da azərbaycanlı deyə təqdim edilənlər əslində azərbaycan türkləridir. bəziləri isə vətəndaşlığına görə azərbaycanlı hesab edilir. məsələn azərbyacna vətəndaşıdır, ancaq talışdır. belə də ola bilər...

elapis #2556 şikayət kimzaman tuneli paylaş
  1. azərbaycan respublikasının vətəndaşı. sovet vaxtında pasportlarda milliyət geydi olduğu üçün vətəndaşlıq mənasıyla yanaşı türk kökənli azərbaycan vətəndaşların milliyəti də bu şəkildə göstərilirdi. buna görə də, azərbaycanlı həm vətəndaşlığı, həm də milliyəti nəzərdə tutur. məsələ gürcistanda yaşayan soydaşlarımızın milləti azərbaycanlıdır. ayrıca azəri deyimi səhfdir və rəsmi şəkildə istifadə olunmur. bu barədə azərbaycan xarici işlərin rəsmi müraciəti də olub. azərbaycanda yaşayanlara azərbaycanlı, dilinə isə azərbaycan dili olaraq istifadəsi istənilib.

elapis #5123 şikayət kimzaman tuneli paylaş
  1. azərbaycanda yaşayan, azərbaycana aid olan və ya kökəni azərbaycana aid olub özü azərbaycanda yaşamayan hər kəs.

( leyla , 9 il əvvəl yazıb )
elapis #5132 şikayət kimzaman tuneli paylaş
  1. hər insanın öz milli mənsubiyyəti qürur mənbəyidir. mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən azərbaycanlıyam.
    heydər əliyev
    bax http://www.rtunnel.com/index.p...66330e359318346

elapis #5166 şikayət kimzaman tuneli paylaş
  1. azərbaycan vətəndaşlarının ortaq adı.uyduruq millətin adı.

elapis #12781 şikayət kimzaman tuneli paylaş
  1. ilk dəfə azərbaycanlı sözü iosif stalin tərəfindən kəşf edilmişdir. çar hakimiyyəti vaxtı ruslar tatar demişlər onlara. 200 illik rus assimiliasiyası, ondan əvvəl isə əsrlər boyu iran mədəniyyətinin basqın təsiri bu qafqaz millətini kateqorizasiya etməyi ciddi şəkildə çətinləşdirir. dilləri türk dil qrupuna aid olsa da, musiqiləri, xeyir və şər məclislərinin keçirilməsi iranik, yəni iran təsrilidir. qalan hər şeyləri isə ruslar tərəfindən ərmağandır.

( hazirun , 9 il əvvəl yazıb )
elapis #18159 şikayət kimzaman tuneli paylaş
  1. sado mazoxizmi seksual konseptdən çıxardaraq həyatının bütün sahələrinə yayan insanların cəminə azərbaycanlı deyilir.

( hazirun , 9 il əvvəl yazıb )
elapis #19384 şikayət kimzaman tuneli paylaş
  1. xarici bir tərəfə qoysaq bugün öz içimizdə də artıq dəfələrlə "rüşvətxor,qorxaq,qürursuz" bir xalq kimi tərifi verilən xalqdır.yalan da deyil.vəziyyətin çıxılmazlığını gördükcə kimiləri çıxıb azərbaycanlıların elə əzəldən belə olduğundan da bəhs edir..ama deyildi.hətta çox qəribə haldır bu.100 il qabaq nəinki erməni heç rus generalı da qarabağın hərhansı bir kəndinə ürkmədən girə bilməzdi.demirəm girmədilər.o torpaqlar işğal olunmuşdu.amma indiki kimi yox.bir neçə batalyonla gəlib hərbi asılılığı qəbul etdirmişdilər.amma buna rağmən indiki kimi qapazaltı eləməyə cürət edə bilmirdilər.artıq əksik hərəkət edən yüzlərcə rus bürokratın kəlləsi uçmuşdu çünki.kəndin ağasına bəyinə xəbər vermədən heç canişin kefi istədiyi kimi hər yerə girib çıxa bilməzdi.o sistemi tərifləmək üçün yazmıram.heç razı da deyiləm ancaq haqqı danmaq lazım deyil.o vaxt ki ziyalıların dərdi camaatı necə əhilləşdirmək idi.hansısa rus vəzifəlinin öldürülməsini qınamaq idi dərdləri.camaat əhilləşdi amma bütün qoyun xislətlərini də öz üzərinə götürdü.niyə?o zamanlar azı qarabağ,borçalı,arazyanı sahələr türkmənlərin ən çox özünü qoruduğu qarışmadığı(qarabağdakı bir neçə kürd kəndlərini saymazsaq),adət ənənələrin qatı şəkildə mühafizə edildiyi yerlər idi.şura hökümətinin qurulması ilə zorla cəmiyyət mentaliteti dəyişdirildi.bu həm pis həm yaxşı idi.artıq sənə artıq əksik söz deyən erməninin rusun təpəsinə güllə çaxa bilməzdin.ama eyni zamanda artıq qan davası da güdə bilməzdin.və ən əsası.o dönəmdə rusun erməninin qorxduğu azərbaycan türkləri heç də qara camaat deyildi.bəylər ağalar,qaçaqlar,əsilzadələr idi.sovet qurulduğu zaman nə oldu?bütün bu qürurlu,qabağından yeməyən adamlara "kulak" damğası vurdular ya öldürüldülər ya sürgün edildilər.yerlərinə allahın çobanını fabrika müdiri elədilər.onun bunun qapısında nökərlik edən adamı kommunist partiyanın rayon şöbə başçısı elədilər.o dövrdən bəri,sovet zamanı da elə indi də irəlidə gedən adamların heç biri soylu nəsildən olmadı.hamısı qara camaatın törəmələridir.və əxlaq,namus,qürur anlayışları da ancaq o camatınki qədər idi.maraqlı bir şey də deyim.keçən gün azərbaycanlı bir kommunistin "plebeylərin aristokratiyası" başlıqlı yazısını oxumuşdum.əslində onun yazma məqsədi tamam başqa idi.amma bundan gözəl başlıq düşünə bilmirəm.80 ildir azərbaycanda plebeylərin aristokratiyasıdır.onların əxlaq anlayışları kriter götürülür,onların həyat tərzi doğru kimi təqdim edilir.rüşvət əxlaqsızlıq,qorxaqlıq onun bunun önündə quyruq bulamağı öyrədilir millətə.başqa cür öyrədə bilməzlər.bildikləri budur dədə babadan belə yaşayıblar.adam kimi yaşayanlar bir əsr qabaq məhv edildi.ha kommunistin o başlığı seçib azərbaycanlıları tənqid etməsi də ayrı paradoksdur.çünki bu xalqı onlar yaratdı.onların əsəridir.təbii seyrində irəliləmədi azərbaycan türklərinin tarixi.zorla dəyişdirildi.ona görə indi kimilərinin çıxıb azərbaycanlıları qapazaltı olmaqda günahlandırmağa haqqı yoxdur.heçnə yandırmır sadəcə bir neçə il qabaq ermənilər hücum edəndə ağlaşıb yollara tökülən,vertolyot gözləyən xalq yandırır.biz bu deyildik.uyqarlığa qarşı deyiləm,bəlkə də bunlar əhilləşməyimizin əvəzidir.onun borcudur.100 il qabaq azərbaycanlıları namus cinayətində,qız qaçırtmaqda,rus məktəblərinə nifrət etməkdə hətta mədəniyyyətə nifrət etməkdə günahlandırmaq olardı.amma qorxaqlıqda onun bunun qabağında quyruq bulamaqda günahlandıra bilməzdi.nəysə..

elapis #24163 şikayət kimzaman tuneli paylaş
  1. türkiyədə bu günlərdə daha çox alovlanan "etnik" və "milli" kimlik probleminin, bizdə də yaranmamasının səbəbi termin. babaya duaçıyıq.

( redbull , 8 il əvvəl yazıb )
elapis #24173 şikayət kimzaman tuneli paylaş
  1. unikal canlıdır

( grungie , 8 il əvvəl yazıb )
elapis #24358 şikayət kimzaman tuneli paylaş
  1. 25% torpağı işğal altında olduğu halda ses çıxarmayan ancaq yumurta mitinqinə çıxan bir millət .

( azelimm , 6 il əvvəl yazıb )
elapis #30772 şikayət kimzaman tuneli paylaş
  1. azərbaycan respublikasının və cənubi azərbaycanın əsas əhalisini təşkil edən, türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.

elapis #32844 şikayət kimzaman tuneli paylaş
  1. ruslar tərəfindən türkləri ayırmaq üçün uydurulmuş milliyət.

( vito13 , 5 il əvvəl yazıb )
elapis #33116 şikayət kimzaman tuneli paylaş
  1. esasen ded heyderin ..men fexr edirem ki men azerbaycanliyam .. deyimi ile esil millet kimliyimiz olan turkluyumuzden vazzz kecibde ozumuze yeni kimlik tanimlamasi olarag yapiwdirdigimiz gondarma bir zadd

( dedabe , 4 il əvvəl yazıb )
elapis #34398 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "azərbaycanlı" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın