başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. 1. azərbaycanlı kommunist ağsaqqal olur, türkiyəli kommunist gənc.

    2.azərbaycanlı kommunist ağsaqqal olduğuyçün həyatın hər üzünü görmüşdür, o artıq xalqı zadı düzəltməklə əlləşmir, onun yaşı keçib, söyür-donquldanır filan. türkiyəli kommunist idealistdir.

    3. məsələn ağacı qurtarmaq üçün türkiyəli kommunist parkda çadır qurub mahnı oxuyar, nitq söylər. azərbaycanlı kommunist belə şeyləri bambılılıq hesab edər.

    4. azərbaycanlı kommunist bir az da molla olur, türkiyəli kommunist mollaları sevməz ya da uzaqdan sevər.

    5. azərbaycanlı kommunist köhnə kişidir, bir cənub şəhərində filmini filan sevə bilər, türkiyəli kommunist müasirdir , özünü yeni yollarla ifadə edər.

    6. azərbaycanlı kommunistə qulaq asmaq insanı həyatdan soyudur, iki siqarət çəkib özünü asmaq istəyirsən. türkiyəli kommunistə qulaq asanda qaz maskasını götürüb meydanda qışqırmaq istəyirsən.

    7. türkiyəli kommunist insan haqları, soyqırım, etnisite və s mövzulara olduqca həssasdır. faşist onlarda ən ağır təhqirdir. azərbaycanlı kommunistin belə dərdləri yoxdur, hətta ağzını burnunu bir az düzəltsən, faşistə də oxşayır.

elapis #34406 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "azərbaycanlı kommunistlə türkiyəli kommunistin fərqləri" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın