atay - Zaman Tuneli
atay (#31108) 6 il əvvəl
ilham əliyev
öz xalqından qorxan bir prezident. son iki gündə şimal rayonlarına ziyarəti bütün həyatı iflic vəziyyətə gətirib. bəyzadəni indicə qubadan qusara yola salırıq. millət yollarda qalıb.
atay (#31000) 6 il əvvəl
uşaq olarkən başımıza gələn hadisələr
qonşunun qızının gözünə daş atıb göyərtməyim yadıma gəlir. sonra atam da mənim günümü bir ay göyərtmişdi.
atay (#30998) 6 il əvvəl
xalaşka
azərbaycanlıların sekslə problemlərinin təzahürü kimi qiymətləndirmək olar
p.s. qüsura baxmayın osmanlı qardaşlarımız demişkən 2 ildən sonra doğma sözlüyə qaytımağın təlaşı ilə yazılan ilk yazımdı bu:)).
atay (#26823) 8 il əvvəl
redbull
yazılarında çox real yumor qabiliyətini əks etdirən yazar..
atay (#26820) 8 il əvvəl
maxinator
bugün 20 yaşını tamalayıb 21-ə keçən yazardır.təbriklər.
atay (#26654) 9 il əvvəl
big gun
futbol bilgisi ilə yanaşı intellekt səviyyəsini çox bəyəndiyim yazardır..
atay (#26498) 9 il əvvəl
multi tasking
kişi cinsinə mənsub olmadığını təzəcə öyrəndiyim yazardır. çox şən yazıları var. * .
atay (#26482) 9 il əvvəl
multi tasking
hərtərəfli * bir yazar olduğunu isbat eləməyə doğru gedən kəs..
atay (#26451) 9 il əvvəl
cc21
uzun sürən təəssüratlanma dövründən sonra nəhayət qərara gəldim ki, zarafat və mövzulara sadə baxmaq yönündən mənimlə oxşar xüsusiyyətləri olan adamdır. var ol... * * * .
atay (#26442) 9 il əvvəl
cc21
bu yazar haqqında heç kim yazı yazmayıb!
çox hörmətli atay ilk yazını sən yaza bilərsən(yaz sevinsin cc21) bu yazılar çıxdı cc21-in infosuna girəndə.hihi. sevinsin deyə yazıram. hələlik məndə təəssürat oyatmayıb. bilmirəm bu zəhrimar təəssürat nə andır şeydisə hələ də oyanmır. bəlkə də yuxu dərmanı atıb yatıb. oyananda cc21-ə aid bir şey mütləq yazacaq..
atay (#26054) 8 il əvvəl
google
çoxbilmiş. bir kilo kartofun kilosunu yaz neçəyədir tapıb verəcək sənə..
atay (#26029) 8 il əvvəl
n saylı hərbi hissə
gizlilik məqsədi ilə azərbaycandakı hərbi hissələrin şərti adlandırılma üsulu..
atay (#26024) 8 il əvvəl
sözlüyə qayıdış
çox uzun bir müddətdən sonra atayın sözlükdə ilk yazısını yazdığı hadisədir.
hamıya salam. hə köhnə dostlar, necəsiz?bir həftəlik ağdamdan ayrılmışam..
atay (#21299) 8 il əvvəl
türk filmlərindəki replikalar
*seni çok seviyorum yavrum. yarın gelip babandan isteyeceğim seni* * * .
atay (#21028) 8 il əvvəl
arda turan
2009-2010 sezonundan etibarən qalatasarayın həm yeni 10 nömrəsi həm də əsas kapitanı olacaq futbolçu. * .
atay (#21025) 8 il əvvəl
corc buş
dəyirmanın repində haralı olduğu bilinməyən prezident * ..
atay (#20964) 8 il əvvəl
hitler
qoca nəsil tərəfindən çox vaxt haqqında * gərək hitler kopoyoğlu gəlib alardı azərbaycanı indi gün görərdik* bənzətməsinin işlədildiyi psixopat lider. * .
atay (#20937) 8 il əvvəl
gizli nömrədən vızov atmaq
hələ də əlacı tapılmayan hərəkətdir. bugünlərdə iki dəfə başıma gəlib.-alə xiyar turşusu, bir dəfə elədün bir qələt idi. ikinci dəfə 5 dəqiqə keçənnən sonra nə p*xdu yeyirsən? niyə xəyal gücümü zorlayırsan ki bütün günü kim olduğunu fikirləşim.? * .
atay (#20935) 8 il əvvəl
atiye deniz
bir insan ancaq bu qədər gözəl ola bilər dedirtən xanım-xatun..
atay (#20905) 8 il əvvəl
manga
sifarişçinin də qeyd etdiyi kimi türk rok qrupu. * . zarafatsız ən yaxşı qruplardan biridir. amma alternativ roka yönəliblər. rep-rok sintezi son albomları olan şehri-hüzündə daha çox nəzərə çarpır. son albomlarında bir dənə pis mahnı belə tapa bilməzsiz. dünyanın sonuna doğmuşum, beni benimle bırak, hayat bu işte,her aşk ölümü tadacak albomun inciləridir..
atay (#33679) 5 il əvvəl
qənirə paşayeva
(bax: xalq anası).
atay (#31097) 6 il əvvəl
ad çıxarmaq
azərbaycanda canın çıxmasından daha pis bir hadisə..
atay (#30999) 6 il əvvəl
azs
işlədiyim başıbatmış dövlət orqanının pazı.
atay (#26839) 8 il əvvəl
keloğlan
çox gözəl tarixi faktlar yazan yazar. sözlüyün çox ehtiyacı var. * .
atay (#26822) 8 il əvvəl
multi tasking
yanılmıramsa çox uzun bir aradan sonra yenidən sözlüyə təşrif buyuran yazarımız..
atay (#26661) 9 il əvvəl
atay
axır vaxtlar bəxti heç gətirməyən insan. * .
atay (#26648) 9 il əvvəl
hayalet
* sözlüyə bu ana qədər 258 yazı qazandıran, sayəsində qazandığımız yazardır. mən bu rəqəmə hörmət edirəm! yazar dostların da onu yaxşı incələmsini xahiş edirəm. hörmət ediləcək başqa xüsusiyyətlərini də incələyib tapmaq mümkündür. sadəcə diqqətli olmaq lazımdır.* demişdi canıyanmış onun üçün. bəli canıyanmışın istəyini nəzərə alıb bu qızın bir xüsusiyyətini də tapdım. yazılarındakı istiliyi və incəliyi hiss eləməmək mümkün deyil..
atay (#26492) 9 il əvvəl
leyla
yazılarını həmişə birmənalı başa düşüləcək şəkildə yazan, bir mövzu haqqında 100% tövrünü açıqlayan qız. * .
atay (#26476) 9 il əvvəl
atay
roscidusdan hər an kontr-şərh gözləyən və ürəyinin kəndirləri * titrəyən və yanında oturan hansısa bir manyakın internetdə baxdığı sexy lady tiplərinə gözucu nəzər salan * * biri..
atay (#26448) 9 il əvvəl
roscidus
gözəl insan. bir çox xeyirlərə vəsilə olan şəxs..
atay (#26055) 8 il əvvəl
ramil səfərov
ali hərbi akademiyada tək baş leytenantdır ki bölük komandiri olub. adətən orda bölük komandirləri mayor rütbəsinə sahib olurlar.onun bölüyündəki taqım komandirləri isə mayor olaraq ona məruzə edirdilər.
p.s.hə əziz sözlük mən yenə sizdən ayrılıram.amma bu dəfə 3 aylıq. və 3 aydan sonra gəlib həmişəlik burda yazılarıma davam etmək ümidi ilə gedirəm. narahat olmayın erməniyə imkan vermərik ki bizim əsgərin burnunu belə qanatsın.sağolun!.
atay (#26046) 8 il əvvəl
paxlava
quba variantının xüsusilə dadlı olduğu şirniyyat.bir dəfə yesəniz dadı ömürboyu damağınızda qalar.qubaya səfər edənlərə məsləhətim paxlavaçıdan bükmə * və paxlava alıb evə gətirərək gözəl dəmlənmiş çayla birgə dadmağınızdır..
atay (#26028) 8 il əvvəl
yerlibazlıq
bugün azərbaycanın hərbi hissələrində ələlxüsus da ön xətdə cərəyan hadisədi. qulluuq etdiyim ağdam ərazisinə düşən n saylı hərbi hissənin batalyonlarında gəncəlilər və sumqayıt uşaqlarının bir birlərini görməyə gözləri yoxdu. * .
atay (#21301) 8 il əvvəl
arxadan atılan daş topuğa dəyər
əslində paxıllıqdan yaradılan atalar sözüdür. belə ki bir adam bunu söyüb qaçan birinin dalınca alıb yerdən bir daş atır ki istəyir başı yarılıb ğlsün. amma ki bir daş, iki daş,... beş daş hamısı gedib adamın başı yerinə dəyir ayaq pəncəsinə. həmin bu adam da * arxadan atılan daş baş yarar* məsəlinin təməlini qoymaq istəyərkən *bu da bir işdi.cəhənnəmə!* -deyib arxadan atılan daşın hər zaman topuğa dəyməsi üçün mütləq hökm verib.
p.s. hə, əziz sözlükçülər. bu da mən atayı düz bir illiyinə sözlükdən ayıran son yazı idi. səhər tezdən vətənə xidmət üçün bizə yol görünür. necə deyərlər- vətən bizi çağırır * . inşallah sağ salamat qayıtsam və hörmətli sözlük idarə heyətimiz də bir illik passiv fəaliyyətimi nəzərə alıb hesabımı bağlamasa * yenə gəlib sevə-sevə yazılarıma davam edərəm.gələn il gələndə sözlüyü qaynayan qazan kimi görmək məni çox sevindirər. sağ olun sağlam olun..
atay (#21298) 8 il əvvəl
türkiyeli yazarların entry girme hızı
yerli yazarların sürəti 06 ilə ölçülsə hər halda türkiyəli yazarlarınkı da x5, s class zad olar..
atay (#21026) 8 il əvvəl
google
allah bərəkət versin * 1 kilo soğan, 1 kilo kartof neçəyədi?* belə yazsaz cavabını tapıb verən axtarış sistemi. * .
atay (#21024) 8 il əvvəl
çinlilər
dünyanı çəyirtkə kimi basan millət. * .
atay (#20963) 8 il əvvəl
işıq evlərində diskoteka
isko-disko isko-disko. üç yüz beş yüz üç yez beş yüz. uçur bizi aaaaabi, uçur bizi diiiiicey...
atay (#20936) 8 il əvvəl
orhan gencebay
cem yılmazın milenyum şousunda dediyinə görə ancaq yeni il gecələri televizora çıxdığı üçün hamı tərəfindən noel baba zənn edilən müğənni. * .
atay (#20934) 8 il əvvəl
hidayət türkoğlu
dünən verilən məlumata görə portland*a böyük atış gələrək kanada nbada təmsil edən toronto raptors*a 63 milyon dollara transfer olan basketbolçu. * .