ağzıgöyçək - Zaman Tuneli
ağzıgöyçək (#34419) 3 il əvvəl
seymur baycan
ədəbiyyatımızın üzeyir mehdizadəsi. saray şairi kimi yaşayıb xalq ın şairi kimi münasibət gözləyən yazıs..
ağzıgöyçək (#34046) 5 il əvvəl
al paçino
1940-cı ildə nyu-yorkda doğulan aktyor. rejissor və ssenarist kimi də fəaliyyət göstərir. ən məşhur filmlərindən biri də 1992ci ildə lentə alınan “qadın ətri`” filmidir..
ağzıgöyçək (#34044) 5 il əvvəl
antananarivo
(bax: antananarivu).
ağzıgöyçək (#34042) 5 il əvvəl
mexiko city
əhalisinə görə dünyanın ən böyük şəhəri..
ağzıgöyçək (#34040) 5 il əvvəl
elvis presley
1935-ci ildə abş-da doğulan bu müğnəni. rockn rollun kralı hesab olunur. hazırda da onun milyonlarla fanatı var. aktyor kimi də özünü sınayan və uğurlar qazanan ulduz..
ağzıgöyçək (#34038) 5 il əvvəl
fici
okeaniyada yerləşən ada dövləti. sakit okeanın sularına daxil olan dövlət 322 adadan və 522 adacıqdan ibarətdir. bu adaların 106-sında yaşayış yoxdur. ən böyük adaları viti levuvanua levudur ki, bu adalarda yaşayan əhali ümumi əhalinin 87 faizini təşkil edir..
ağzıgöyçək (#34036) 5 il əvvəl
flüt
kökü çox qədimlərə gedib çıxan musiqi aləti. müasir formasını 19-cu əsrdə alıb. buna boehm sistemi deyirlər. burda musiqi alətinin pərdələri var. əvvəllər isə deşikləri barmaqla tutularaq not əldə olunurdu..
ağzıgöyçək (#34034) 5 il əvvəl
bolonya
italiyanın şimalında emilia-romagna əyalətində yerləşən şəhər. simvolik adı " qızıl şəhər"dir. adını evlərin çoxunun qırmızı kirəmitli olmasından alıb. orta əsrlərin möhtəşəm abidələri ilə zəngindir..
ağzıgöyçək (#34030) 5 il əvvəl
bmv
əsası 1916cı ildə karl fridrix rapp` tərəfindən qoyulan alman avtomobil fabriki. münhen şəhərində yerləşir..
ağzıgöyçək (#34028) 5 il əvvəl
twitter
2006-cı ildə san fransiskoda yaradılan sosial şəbəkə. idarəçisi hazırda jack dorsey-dir. 2008-ci ildə abş-dakı prezident seçkilərində barak obamanın da çox istifadə etdiyi sosial şəbəkədir.azərbaycanda hələki facebook qədər məşhur deyil..
ağzıgöyçək (#34026) 5 il əvvəl
vilyam şekspir
həyatının ilk vaxtları çətinliklərlə keçib. amma "the globe" ilə işləməyə başlayandan sonra yazdığı senarilər ona ad-san və pul qazandırıb. "qış nağılı", "kral lir", "yuli sezar" kimi məşhur əsərlərin müəllifidir..
ağzıgöyçək (#34024) 5 il əvvəl
baoba
dünyada ən uzunömürlü ağaclardandır.a frika və asiyanın tropik bölgələrində bitir. yaşı 5000-ə çatan növləri mövcuddur. gövdəsinin diametri 9 metrə çata bilir. gövdəsi su deposu funksiyasını yerinə yetirir. bakının sahilyanı milli parkına da gətirilib əkilmişdir..
ağzıgöyçək (#34018) 5 il əvvəl
tarakan
qütblərdən başqa dünyanın hər yerində mövcuddurlar. təxminlərə görə dünyada ən qədim canlılardandır. beyinləri başında yox, ayaqlarındadır. ona görə də başı kəsilmiş halda iki həftə yaşaya bilir. ölməsinin səbəbi isə aclıq olur. amma xəstəlik yaymaq kimi xüsusiyyəti yoxdur. belə olsa idi, yəqin, dünyada böyük fəlakətlərə səbəb olardı..
ağzıgöyçək (#34016) 5 il əvvəl
johnny deep
1963cü ildə abşda doğulan bu aktyor , həm də senarist, musiqiçi, rejissor kimi də fərqlənib. bir çox mükafatlara sahib çıxıb. "gizli pəncərə" filmində baş rolun ifaçısı olan aktyor ən məşhur rollarından birini "karib dənizinin quldurları" filmində ifa edib..
ağzıgöyçək (#34014) 5 il əvvəl
pablo picasso
1881-1973-cü illərdə yaşamış ispaniyalı rəssam və heykəltaraş. 20-ci əsrin ən yaxşılarından hesab olunur. məşhur "guernica" əsərinin müəllifi olan sənətkar..
ağzıgöyçək (#34012) 5 il əvvəl
bayquş
başı böyük və tüklü olan yırtıcı quş. bəzilərinin qanadları açıq vəziyyətdəki boyu insan qədər olduğu halda, bəziləri sərçə qədər balacadır..
ağzıgöyçək (#34010) 5 il əvvəl
rafael nadal
ispaniyalı tenisçi. 1986`cı ildə doğulub. fransa açıq, avstraliya açıq wimbledon kimi turnirlərdə qalib olub. şakiranın "gypsy" klipində də rol alan solaxay tenisçi..
ağzıgöyçək (#33871) 5 il əvvəl
nadir qafarzadə
türklərin "biz türkük" deməsindən narahat olan tat..
ağzıgöyçək (#33493) 5 il əvvəl
cırıq qaşıq
ağzıgöyçək (#33489) 5 il əvvəl
hərəyə 5 qəpik verək aksiyası
beyindaşların təşkil etdiyi, beyinsizlərin lağ etdiyi aksiya.
(bax: beyin).
ağzıgöyçək (#34420) 3 il əvvəl
zamin hacı
kapitanı oyun danışan, oyun satan komandanın ən yaxşı futbolçusu..
ağzıgöyçək (#34047) 5 il əvvəl
azadlıq məşəli
abşda qadınların ictimai yerlərdə siqaret çəkməsinə pis baxılmasın qarşısını almaq məqsədi ilə 1929-cu ildə edward bernaysin göstərişi ilə qadınların küçədə siqaret çəkməyə başladıqları flashmob`.
tarixdə ilk flashmob kimi qəbul edilir..
ağzıgöyçək (#34045) 5 il əvvəl
antananarivu
qısa adı “tana”dır. yerli dildən tərcüməsi “ minlər şəhəri” mənasını ifadə edir..
ağzıgöyçək (#34043) 5 il əvvəl
mövlud süleymanlı
yazıçı, kinossenarist, drammaturq. 1980-ci ildən azərbaycan yazıçılar birliyinin üzvüdür. 1974-cü ildə qızıl qələm mükafatı laureatı olub. "şeytan", "dəyirman" kimi əsərlərin müəllifi olan bu sənətkarın filmoqrafiyasına bir neçə filmlə yanaşı "bəyin oğurlanması" filmi də daxildir..
ağzıgöyçək (#34041) 5 il əvvəl
qaraciyər
bütün onurğalılarda və bəzi onurğasızlarda mövcud olan orqan. protein sintezi, biokimyəvi həzmi həyata keçirir. yaşam üçün vacib olan həyati orqanlardandır..
ağzıgöyçək (#34039) 5 il əvvəl
asala
1973-1985-ci illərdə aktiv olan terror təşkilatı. hələ də mövcud olduğu güman edilir. orta şərq, avropa, türkiyə, abş və hətta azərbaycanda bir neçə terror aktı bu təşkilatın adı ilə bağlıdır..
ağzıgöyçək (#34037) 5 il əvvəl
reqbi
vətəni ingiltərədirə olan oyun. 19-cu əsrdə bir məktəbdə meydana gəlib və meydana gəldiyi şəhərin adı ilə adlandırılır. hazırda iki növü var və bu iki növ müxtəlif qaydalarla (amma bir-birinə yaxın) oynanılır. iki komanda arasında əl və ayaqlardan istifadə etməklə oynanılan top oyunudur..
ağzıgöyçək (#34035) 5 il əvvəl
flüt
(bax: tütək).
ağzıgöyçək (#34033) 5 il əvvəl
frank rijkaard
1962-ci ildə amsterdamda doğulan, ayaks-da kariyerasına başlayan futbolçu. sportinq, saraqosa kimi klublarda oynadıqdan sonra milana gəlib. ən gözəl günlərini də burada keçirib. milanda 142 oyuna 16 qol vurub..
ağzıgöyçək (#34029) 5 il əvvəl
se7en
rejissoru david finçer olan film. 1995-ci ildə lentə alınıb. baş rollarda morqan frimanbred pit çəkilib. onlar filmdə dedektiv rolunu canlandırıblar. filmdə ardıcıl törədilən maraqlı cinayətlər söhbət gedir..
ağzıgöyçək (#34027) 5 il əvvəl
bizim cəbiş müəllim
1969-cu ildə lentə alınan film. hadisələr 2-ci dünya müharibəsi illərində bakıda cərəyan edir. qələbə naminə hər cür çətinliklərə dözən, halal zəhmətilə ailəsini dolandırmağa çalışan insanlar təsvir olunur. baş rollarda süleyman ələsgərovşəfiqə məmmədova yer alıb..
ağzıgöyçək (#34025) 5 il əvvəl
avril lavigne
kanadalı qadın rock ifaçısı. 1984-cü ildə doğulub. ilk albomu 2002-ci ildə çıxan "let go"dur. modern rock, punk, pop rock janrlarına daha çox müraciət edib..
ağzıgöyçək (#34023) 5 il əvvəl
mussolini
1883-cü ildə italiyada doğulub, 1922-1943-cü illərdə italiya krallığının rəhbəri olub. faşizmin yaradıcılarından və ən böyük nümayəndəlirndəndir..
ağzıgöyçək (#34017) 5 il əvvəl
mc donalds
dünyanın ən böyük fast-food restoran şirkəti. əsası 1940`cı ildə kaliforniyada qoyulub..
ağzıgöyçək (#34015) 5 il əvvəl
quantanamo
kubanın ən böyük əyalətlərindəndir. kubada qəhvə mərkəzi hesab olunur. əhalisi 200.000`ə yaxındır. dünyada, bəlkə də, ən məşhur həbsxananın yerləşdiyi bu əyalət.
(bax: quantanamo düşərgəsi).
ağzıgöyçək (#34013) 5 il əvvəl
fındıq
dünyada istehsalında birincilik türkiyəyə məxsusdur. 62-65%..
ağzıgöyçək (#34011) 5 il əvvəl
masonluq
16-cı əsrdə şotlandiyada, 17-ci əsrdə isə ingiltərə mövcud olması barədə məlumatların olduğu gizli hərəkat, təşkilat.
seymur baycana görə yarımçıq insanların sevimli mövzusu..
ağzıgöyçək (#33872) 5 il əvvəl
masaj salonu
bir vaxtlar "bar maskası" altında fəaliyyət göstərən pritonların yeni maskası.
seks * öncəsi sığal mərasiminə masaj deyirlər bu salonlarda..
ağzıgöyçək (#33870) 5 il əvvəl
nadir qafarzadə
xolodenniki * ilə oyünən manıs..
ağzıgöyçək (#33490) 5 il əvvəl
erotik zərb məsəllər