başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. yazarlığı qeydiyyata alınmış hər bir yazarın önünə çıxması ehtimal edilən hadisədir.
    birinci növbədə sayt formatının kobud şəkildə pozulması hallarında baş verir. ancaq çox dəyərli yazar dostlarımız başa düşməlidir ki, ancaq sözlük formatındakı bəndlərə üzdə əməl etməklə bu aqibətdən sığortalanmayıblar. sözlük reqlamentində göstərilməyən müxtəlif səbəblərə görə də şatatdan kənarlaşdırılma cəzası tətbiq edilə bilər.

    bunlar təxminən aşağıdakı hallardır:

    (!eyri!: - mətnalıtı yazı yazmaqla sözlük ab-havasını pozmaq və gərginlik yaratmağa meyl etmək;
    - yazar həmkarları ilə konflikt yaratmaq, sözlüyün başlıqlarını və yazılarını şəxsi zəmində yaranmış problemə meylləndirmək;
    - idarəçi və redaktorun ardıcıl xəbərdarlıqlarına məhəl qoymamaq;
    - redaktor heyəti ilə subardinasiyanı qorumamaq;
    - redaktor qərarlarına qarşı açıq aqresivlik nümayiş etdirmək.)
    sadaladığım bu səbəblərə görə də yazarların cəzalandırılması mümkündür. həm də hazırda məlum kriteriyaları kobud şəkildə pozanların kimliyi də məlumdur. sadəcə redaktor heyəti formatın yeni olması ilə əlaqədar bu kimi hallara qarşı səbrli davranmağa davam edir. ancaq bu o demək deyil ki, yazar dostlarımız sükütun pozulmamasından istifadə edib pozuntulara davam etməlidirlər.

    öz aramızdı portalının inkişafı və gələcək perspektivləri bu saytdan məsuliyyət daşıyan idarə heyətini hamıdan çox düşündürür. odur ki, bütün sözlük əhli əmin olsun ki, əsl niyyəti sözlüyümüzə fayda vermək olan yazarlara qapılarımız və ürəyimiz açıq olacaqdır. ancaq sizə bu kimi cəzalar tətbiq olunduğunda da anlayışla qarşılamağı, redaktor heyətinin məsələdə sadəcə sözlüyün mənafeyini əsas götürdüyünü qəbul etməlisiniz.
    öz aramızdanın mənafeyi mənim baş redaktor statusumdan üstün olduğu kimi, hər bir yazarın yazar statusundan da alidir! biz bütün yazar dostlara mümkün olduğu qədər xoş niyyətli yanaşmaq kursuna sahibik. ancaq nizam-intizam hər bir cəmiyyətin inkişafında birinci amildir. elə bizim sözlük cəmiyyətinin də.

elapis #3020 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "ştatdan kənarlaşdırılma" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın