başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. bilmirəm müğənni deyim meyxanaçı deyim yoxsa azərbaycan musiqisinin düşməni.hər halda yazdığı mənasız mahnılarla şöhrət olub.bu insan youtube da üzeyir hacıbəyovdan daha çox axtarılır.buda azərbaycan musiqisinin biyabırçılığı.atam deyirki 20ci əsrin üzeyiri azərbaycanı dünyaya tanıtdı 21ci əsrin üzeyiri bizim boyumuzu yerə soxdu.bəsdidə mənasız düşük mahnılar yazdın.bilirəmki bu başlıqda çox şərhlər olacaq çünki bu adamdan bezənlər çoxdu.

elapis #30987 şikayət kimzaman tuneli paylaş
  1. deyilənə görə yuxarıların sözü keçən adamlarından biri tərəfindən ultimatuma məruz qalıb. ona sadəcə növbəti albomu buraxmaq mədəni şəkildə qadağan edilib.

    (bax: zəhləmizi tökdün)

elapis #30988 şikayət kimzaman tuneli paylaş
  1. kimdən soruşsan ağzına gələni deyir bu adam haqqında,min cür dediqodular çıxır haqqında.ancaq azərbaycanda ən çox bu insanın mahnılarını dinləyirlər statistika bunu göstərir.millət pisləyir,ancaq eyni zamanda da dinləyir.heç kəs dinləməsə yox olar gedər də elə deyil?məncə bu insanı çox adamın gözü götürmür,doğrudur mahnılarına qulaq asmıram,ancaq təhqir də etmirəm.qulaq asmaq istəməyən qulaq asmasın daha niyə təhqir edirsiniz axı?

( azelimm , 6 il əvvəl yazıb )
elapis #31035 şikayət kimzaman tuneli paylaş
  1. biz təhqir etmirikki o bizi təhqir edir.azərbaycan musiqisini təhqir edir.minillik musiqini təhqir edir.ən çoxda üzeyir hacıbəyovu təhqir edir.adam bilsəydiki bu ölkədə belə mahnıya oxşar android şeylər yazacaqlar bəlkədə heç bəstəkar olmazdı.

elapis #31037 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "üzeyir mehdizadə" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın