başlığı paylaş
başlıq içində axtar
şəkillər
hələlik şəkil yoxdur!
  1. öz aramızda yazar etikası normalarını müəyyən edən, aşağıdakı məzmunda kodeksdir.

    1. sözlüyü hüquqi cəhətdən çətin vəziyyətə sala biləcək istifadəçi adından istifadə etmək olmaz.
    cəza: üzvlük hesabının silinməsi.

    * allah, məhəmməd peyğəmbər, elçibəy, heydər əliyev və s. provokasiya xarakterli istifadəçi  adları sözlükdən silinəcək.
    * tərkibində söyüş olan istifadəçi adları silinəcək.

    2. sözlüyü hüquqi cəhətdən çətin vəziyyətə sala biləcək fəaliyyət göstərmək.
    hər hansı bir şəxsə və ya quruma ünvanlanmış təhqir, söyüş tərkibli yazılar yazmaq.
    cəza: ştatdan çıxarılma.(bu davranışı təkrar edənlərin hesabı silinir).

    3. başlıq, yazı, mesaj vasitəsi ilə başqa bir yazara söyüş söymək, yazarı təhqir etmək.
    cəza: üzvlük hesabının silinməsi.

    4. bir istifadəçinin ikinci bir sözlük hesabı açması.
    cəza: üzvlük hesablarının silinməsi.(ay tapdın aaay deməyin... uzağı 40 gün gedər)
    (eyni bilgisayardan istifadə edən istifadəçilər idarəçilərdən hər hansı birinə öncədən xəbər versə, anlaşılmaqlız olmaz).

    5. ardıcıl olaraq söyüş, arqo tərkibli, əhəmiyyətsiz yazılar yazmaq olmaz.
    cəza: şatatdan çıxarılma.

    6. sözlük formatına riayət etmək.

elapis #3653 şikayət kimzaman tuneli paylaş

"öz aramızdı" elektron səhifəsinin heç bir qurum və quruluşla yaxından-uzaqdan əlaqəsi yoxdur! bu məkanda yazılan yazıların (o cümlədən "öz aramızda etika kodeksi" haqqında yazılanların heç biri doğru olmaq məcburiyyətində deyil. amma bəzən yazarların klaviaturasından doğru olmayan yazılarla yanaşı, tam gerçək məlumatlar da çıxa bilər. "öz aramızdı" elektron səhifəsi hər yazılan yazı ilə gerçəyi tapmağı, "amerika kəşf etməyi" planlaşdırmır, sadəcə şəxslərə yazmaq imkanı yaradır. hüquqi prosedur məcburiyyəti olmadığı halda yazarların özəl bilgiləri gizli tutulur. saytda yayımlanan yazıların müəllif haqları azərbaycan gəncliyinə məxsusdur. "öz aramızdı" elektron səhifəsinin idarəçiləri 17 yaşını tamamlamayan və tamamlayıb abituriyent olan həmvətənlərimizə burada vaxt geçirməməyi məsləhət görür (gedin dərs oxuyun, universitetə yaxşı hazırlaşın, dədənizi xərcə salmayın.) amma "atam bilər, mən bilərəm" deyib yazmaq istəyənlər varsa, buna əngəl ola bilmərik. təklif və şikayətlərinizi əlaqə bölməsindən bizə yaza bilərsiniz.
bilin ki, heç bir ruhanı idarəsi bu saytın halallığına təminat vermir! uzman diş həkimləri məsləhət görmür! burda vaxt keçirtmək imanınızı artırmaz, dişlərinizi ağartmaz, artıq çəkinizi azaltmaz, pul kisənizi doldurmaz. bəlkə üfüqünüzü genişlədə bilər. o da bəlkə. «etibarlı mənbə» olaraq göstərilə bilməz. yazarlardan süpürgə pulu yığılmır, «remont» pulu alınmır, cibə nəşə atılmır, kontur tələb olunmur... burda yaza bilmək üçün nə oralı, nə buralı, nə paralı, nə day-daylı olmağa ehtiyac var, olmağın ziyanı da yoxdur, fərqi də yoxdur. yaz, kim olursan-ol yenə yaz! yaz ki, səni görə bilək!
Copyright məsələsinə özümüzü tutandan sonra yenidən baxabilərik. hələlik kopyalayın amk.
sitemap
Bizi Google+ də tapın